http://www.incensefor.com . http://www.norbry.net . https://aplikasipenghasiluang.com

Ölünün xatirinə Allahdan istəmək olarmı?

 
Ölünün xatirinə Allahdan istəmək olarmı?


Mərhəmətli və Rəhimli Allahın adı ilə.

Sual: Peyğəmbərin, imamın və ya hansısa övliyanın üzü suyu hörmətinə (xatirinə) Allaha təvəssül edərək dua etmək olarmı?

Cavab: Bu şəri icazəli bir təvəssül deyildir. Bu əməl dinə sonradan uydurulan çirkin bir bidətdir. Bir çox pirə gedən insanlar “kiminsə üzü suyu hörmətinə (və ya xatirinə) orada dua edirəm” deyib bu sözləri batil əməllərinə dəlil gətirmək üçün istifadə edirlər. Halbuki, bu cür təvəssül etmək şəriətdə icazəli təvəssül növlərindən deyildir. Şəriətdən icazəli olduğu bilinən üç cür təvəssül növü vardır ki, biz də bunu qəbul edirik. Amma, bundan başqa təvəssül növlərinə Quran və Sünnədən dəlil yoxdur.

Həmin üç növ isə bunlardır:

Birincisi: Allaha gözəl adları ilə təvəssül etmək;

İkincisi: qulun Allaha özünün etdiyi saleh əməllər ilə təvəssül etməsi;

Üçüncüsü: qulun Allaha saleh kimsələrin (sağ ikən) ona etdikləri dua ilə təvəssül etməsi.

Allahın Qurani-Kərimdə əmr etdiyi bir şeyi necə tərk edə bilərsən? Allahu Sübhənəhu və Təala buyurmuşdur:

«و لِلَّه الأسماءُ الحُسنى فادْعوه بها»

«Gözəl adlar Allaha məxsusdur. O adlar ilə Allaha dua edin» (əl-Əraf, 180)

Yəni, Allaha Onun gözəl adları ilə təvəssül edərək dua edin. Məsələn: bir insanın belə deməsi kimi: “Ey Allahım! Sən Rəhman və Rəhim olduğun üçün, Sən əl-Cəvad və əl-Kərim olduğun üçün Səndən istəyirəm ki, məni bağışlayasan, mənə Rəhm edəsən! Məni doğru yola yönəlt…” və s. şəklində dua edə bilərsən.

Hər bir müsəlman bilməlidir ki, dua əzəmətli bir yaxınlıqdır. Necə ki, Uca Allah buyurmuşdur:

«و قال ربُّكم ادعوني أستجب لكم»

«Rəbbiniz dedi: Mənə dua edin, Mən də sizə cavab verim.» (Ğafir, 60)

Başqa ayədə buyurmuşdur:

«و إذا سألك عبادي عني فإني قريب أجيب دعوة الداع إذا دعان»

«Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən onlara yaxınam, Mənə yalvaranın duasını Mənə yalvardığı vaxt qəbul edərəm.» (əl-Bəqərə, 186)

Həmçinin, bilmək lazımdır ki, dua ibadətdir. İbadəti də Allah və Elçisinin (Allahın Ona salavatı və salamı olsun) buyurduğu kimi etməlisən, nəfsinin istədiyi kimi deyil. Onda gündə hərə bir şey icad edib deyər ki, mənə belə ibadət etmək xoşdur. Təsəvvür edin onda nələr baş verər? Dində nə qədər yeniliklər, bidətlər əmələ gələr?

Deməli, bildik ki, dua ibadətdir. Peyğəmbər (Allahın Ona salavatı və salamı olsun) buyurmuşdur:

«الدعاء هو العبادة»

«Dua ibadətdir.» (hədisi Əhməd və sünən əhli rəvayət etmişlər)

Əgər dua ibadətdirsə, bəs niyə onu birbaşa Allaha yönəltməyək ki? Sual yaranır ki, məgər Allahın vasitəyə, təvəssülə ehtiyacı varmı? Xeyir, (həşə lilləh) Allah bütün nöqsanlardan uzaqdır! Sən kiminsə xatirinə, üzü suyu hörmətinə dua etsən də, etməsən də Allah səni Eşidir. Axı az öncə də qeyd etdik ki, Allah Qurani-Kərimdə buyurur:

«Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən onlara yaxınam, Mənə yalvaranın duasını Mənə yalvardığı vaxt qəbul edərəm.» (Əl-Bəqərə, 186)

Daha əzəmətli fayda bilirsinizmi nədir? Bu ayə Qurani-Kərimdə yeganə ayədir ki, sual ilə başlayan ayədə Allah “قُل ” (de ki) sözünü işlətmir. Başqa bütün «يَسْألُونَك» (Səndən soruşurlar) bu cür formada başlayan sual cümlələrində isə cavab «قُل» (de ki) sözü ilə başlayır. Məsələn:

1) يسألونك ماذا ينفقون قل…”“

«Səndən Allah yolunda nə verəcəklərini soruşurlar. De ki…» (əl-Bəqərə, 215)

2) يسألونك عن الأهلة قل…”“

«Səndən yeni doğan aylar haqqında soruşurlar. De ki…» (əl-Bəqərə, 185)

3) يسألونك عن الروح قل…”“

«Səndən ruh haqqında soruşurlar. De ki…» (əl-İsra, 86)

4) يسألونك عن اليتامى قل…”“

«Səndən yetimlər haqqında soruşurlar. De ki…» (əl-Bəqərə, 222)

İndi isə, yuxarıda qeyd etdiyimiz əl-Bəqərə surəsi 186-cı ayəni bir daha oxu və Uca Allahın xitabındakı yeganə fərqə fikir ver. Qurani-Kərimdə təvəssül məqamına necə fərqli ifadə işlədildiyinin şahidi ol.

Dəyərli müsəlman! Bilmək lazımdır ki, qəbirdə olan kiminsə xatirinə və ya üzü suyu hörmətinə dua edib təvəssül, vasitə etmək bidətdir. Kim olursa olsun, bu məsələdə fərq etmir. Bu əməli tərk etmək isə vacibdir. Bizdən öncə olan bu dini daşıyan, yaşayan saleh sələflərdən nə səhabələr, nə tabeinlər bunu etməyiblər. Əksinə, onlar saleh kimsənin duası ilə o, sağ ikən təvəssül edərdilər. Bu növ təvəssül bizim qəbul etdiyimiz təvəssüldür. Yəni, saleh bir insana sağ ikən deyə bilərsən ki, «mənim üçün dua et!»…Amma, o öldükdən sonra, bunun sənə bir faydası yoxdur.

Dəlil də Abbasın (Allah ondan razı olsun) rəvayətidir. Düzdür, bəzi bidət əhli bu hədisi öz xeyrinə dəlil gətirməyə çalışsalar da, əksinə, bu hədisin özlərinin əleyhinə dəlil olduğunu bilməyiblər. O rəvayət belədir:

«Ömər ibnul-Xəttab o zaman ki, onlara aclıq, şiddətli qıtlıq üz verdi, o, insanlara istisqa (yağış) namazı qıldırdı, sonra xütbə verərək dedi: «Ey Allahım! Bizə quraqlıq üz verdiyi zaman Peyğəmbərimiz vasitəsilə səndən yağış istəyərdik, sən də bizə yağış yağdırardın. İndi isə Peyğəmbərin əmisi vasitəsilə səndən yağış istəyirik. Bizə yağış yağdır!» (Səhih əl-Buxari, 954)

Baxın, onlar Peyğəmbərin (Allahın Ona salavatı və salamı olsun) sağlığında onun duası vasitəsilə yağış istədikləri kimi, O vəfat etdikdən sonra da Onun əmisi Abbasın duası ilə təvəssül edirdilər. Axı Peyğəmbər (Allahın Ona salavatı və salamı olsun) vəfat etmiş, əmisi isə sağ idi. Onların etiqadına görə sağ insanın duasıyla təvəssül etmək icazəli idi. Yoxsa, ölü ilə təvəssül icazəli olsaydı, onlar Peyğəmbər (Allahın Ona salavatı və salamı olsun) kimi ən şərəfli, ən üstün məxluq ilə təvəssül etməyi sizcə tərk edərdilərmi? Əgər bu icazəli olsaydı, Peyğəmbərlə təvəssül etmək başqasıyla təvəssüldən daha üstün olmazdımı və belə halda niyə daha üstün təvəssülə yönəlmədilər ki? Onların bunu etməmələri də dəlildir ki, bu rəvayəti dəlil gətirənlər özlərinə qarşı dəlil gətirmiş olurlar.

Artıq qeyd etdik ki, saleh kimsənin duası ilə təvəssül etmək icazəlidir. Bu da iki şərtlədir: Bu təvəssül saleh insan sağ ikən olmalıdır və onun zatıyla deyil, duası ilə olmalıdır.

Beləcə anlaşılır ki, səhabələr də Peyğəmbər (Allahın Ona salavatı və salamı olsun) sağ ikən onun duası ilə təvəssül edib onlar üçün etməsini istəyərdilər. Amma, o öldükdən sonra Onun qəbrinə gedib demədilər ki, «Peyğəmbərin üzü suyu hörmətinə və ya xatirinə təvəssül edirik.» Buna bir dəlil yoxdur. Ayrı vaxt bəziləri (ayə hədisləri qəbul etmədikləri zaman) deyirlər ki, “bizimlə ağılla, məntiqlə danışın.” Bu da sizə əqli və məntiqi dəlil. İndi isə, insafla deyin görək bu rəvayətdə qəbirdəki, ölmüş insanın üzü suyu hörmətinə (xatirinə) təvəssül etməyə nə dəlil var?

Qaldı ki, bəzilərinin bu məsələyə dəlil tapmadıqdan sonra hansısa uydurma və batil rəvayətlərə üz tutmalarına, bu rəvayətlərdən biri budur:

«Allahdan bir şey istədikdə mənim xatirimə istəyin, çünki, mənim xatirim Allah qatında böyükdür.»

Bu rəvayət batildir və bu rəvayətin hədis kitablarında əsli yoxdur. Şeyxul-İslam ibn Teymiyyənin də dediyi kimi, bunu yalnız sünnədən qafil olan insanlar rəvayət ediblər.

(ət-Təvəssul, ənvəuhu və əhkəmuhu, şeyx Albani, səh 115)

Həmçinin, elə anlaşılmasın ki, biz “Peyğəmbərin, imamın, övliyanın üzü suyu hörmətinə (xatirinə) və ya haqqı üçün və ya hansısa saleh insanın üzü suyu hörmətinə təvəssül etmək, dua etmək olmaz” dedikdə onların qədir-qiymətini, hörmətini bilməmiş oluruq. Əksinə, indi bir misal çəkəcəyik ki, inşəAllah bu məsələ aydın olacaqdır. Bilirik ki, Peyğəmbər (Allahın Ona salavatı və salamı olsun) özü birbaşa kiməsə səcdə edilməsini və ya rüku edilməsini qadağan etmişdir. Bunu Muazın (Allah ondan razı olsun) Şamdan qayıtdığı zaman Peyğəmbərin ona Allahdan başqasına səcdə etməyi qadağan etməsi barədə olan hədisdən də anlamaq mümkündür. Həmçinin, Cəfər əs-Sadiqin (Allah ondan razı olsun) kral Nəcaşinin hüzurunda «Biz Allahdan başqasına səcdə etmirik» deməsi və bir çox hədislər də buna dəlalət edir.

Belə olduğu halda, bizdən kimsə Peyğəmbərin (Allahın Ona salavatı və salamı olsun) qəbrinə səcdə etmək istəsə, biz də ona mane olmaq istəsək, bizim haqqımızda deyilə bilərmi ki, siz Peyğəmbərin şanını, qədir-qiymətini bilmirsiz və ya inkar edirsiz? Əlbəttə yox! Niyə? Çünki, Peyğəmbər Özü bunu qadağan etmişdir.

Həmçinin, əgər belə bir təvəssül növü icazəli olsaydı, Peyğəmbər özü bunu ümmətə bildirərdi. Çünki, bir hədisi-şərifdə Peyğəmbər (Allahın Ona salavatı və salamı olsun) buyurmuşdur:

«ما تركتُ شيئا يُقرِّبكم إلى اللَّه إلا أمرتُكم به»

Yəni «Sizi Allaha yaxınlaşdıran elə bir şey (əməl) yoxdur ki, onu sizə xəbər verməyim.»

(İmam Şafi və Təbərani rəvayət edib. Bax: Şeyx Albaninin «Təvəssül» kitabı, səh 117)

Əgər Peyğəmbər (Allahın Ona salavatı və salamı olsun) Allaha yaxınlaşdıran hər bir ibadəti xəbər veribsə və belə bir ibadəti xəbər verməyibsə, deməli, bu, ibadət deyil və bidətdir. Bizə vacib olan odur ki, Peyğəmbərin yoluna tabe olaq, hislərimizə deyil. Məgər hər məsələdə məntiqi önə çəkənlər inkar edə bilərlərmi ki, Peyğəmbərə tabe olmaq ağılın vacib etdiyi məsələlərdəndir?

Allahdan istəyirəm ki, bizə haqqı haqq, batili də batil kimi göstərsin! Bizi nəfslərimizin şərrindən, azmaqdan, azdırmaqdan və bilə-bilə batil fikirdə israr etməkdən qorusun! Bizə İslamı Məhəmməd Peyğəmbərin (Allahın Ona salavatı və salamı olsun) gətirdiyi kimi saf, təmiz şəkildə anlamağı nəsib etsin! Amin!

Sonda Allahın Elçisi Muhəmmədə, Onun əhlinə və əshabına Allahın salavatı və salamı olsun!


Geri dön

Atesgah sigorta15

  • 26 aprel 2018 23:12
  • Məqalə: 0
  • Şərh: 2
  • Bal:
cog gozel movzuya toxamsiniz cox gozel minedaram

Jamestah

  • 22 aprel 2018 19:14
  • Məqalə: 0
  • Şərh: 19
  • Bal:
{awards}
y билеты на самолет барнаул москва цена авиабилета с новосибрска до хайфы y билет в набережные челны самолет расписание стоимость авиабилета из екатеринбурга до краснодара регистрация авиабилетов в москве адреса цены на авиабилеты с минска на тбилиси где купить авиабилет от москвы до ингушетии дешевые авиабилеты компания авиановости цена стоимость авиабилеты бишкек сша как дешевле покупать билеты на самолет через интернет или в офисе продаж дешевые билеты на самолет из худжанда в москву ск экспресс заказ авиабилетов харьков кутаиси авиабилеты авиасейлс предварительная продажа авиабилетов аэрофлот в спб электронные авиабилеты из москвы в армению

цена авиабилета из москвы в сочи пятилетнему ребенку http://post-human.ru/prostitutka-vlada-mbaumanskaya/2003-2016-05-12.php цена на авиабилеты нижний новгород красноярск http://www.speranzaonlus.org/index.php?option=com_k2&view=itemlist&task=user&id=
1543051 стоимость авиабилета в нячанг http://vocational-courses.nearoff.com/index.php?option=com_k2&view=itemlist&task
=user&id=5471812 как туроператор бронирует чартерные авиабилеты http://www.mauroluigi.it/index.php?option=com_k2&view=itemlist&task=user&id=3927
16 что нужно для покупки билета на самолет за границу http://pumps-spb.ru/component/k2/itemlist/user/214867

g евросеть авиабилеты цена билетов на самолет ижевск симферополь как заказать дешевый билет на самолет новокузнецк из сочи цены на авиабилеты по россии авианова цена авиабилетов калининград киев стоимость авиабилета москва новосибирск туда и обратно цены билетов на самолет из москвы в симферополь дешевые авиабилеты из караганды в новосибирск стоимость авиабилетов в город гюмри армения защита прав потребителей приобретение авиабилетов

стоимость авиабилета на рейс москва тбилиси http://www.ubiqueict.com/index.php?option=com_k2&view=itemlist&task=user&id=3995
90 стоимость авиабилетов с петербург самарканд http://freeroom.cn/index.php?option=com_k2&view=itemlist&task=user&id=418188 спб ташкент билеты на самолет сколка стоит http://post-human.ru/polizhite-prostitutka/4839-2016-12-21.php что делать исли при оформлении авиабилета произошла ошибка в фамилии http://www.fisioterapiastaf.it/index.php?option=com_k2&view=itemlist&task=user&i
d=492572 цена авиабилетов иркутск санкт петербург http://www.esteticaannaclub.it/index.php?option=com_k2&view=itemlist&task=user&i
d=438524

что значит svx в билете на самолет стоимость авиабилетов до братиславы цены на авиабилеты нижневартовск барнаул стоимость авиабилетов ташкент штутгарт и другие касса авиабилеты калининград

--------------------
http://smallenterpriseindia.com/index.php?option=com_k2&view=itemlist&task=user&id=505384

aytc.sza

  • 22 aprel 2018 16:41
  • Məqalə: 279
  • Şərh: 1958
  • Bal:
{awards}
Allah razi olsun.

--------------------

İslak_imza

  • 21 aprel 2018 20:01
  • Məqalə: 0
  • Şərh: 12
  • Bal:
{awards}
Cox gozel movzudu
Allah razi olsun

Darling

  • 21 aprel 2018 18:23
  • Məqalə: 706
  • Şərh: 12518
  • Bal:
{awards}
Allah razı olsun

--------------------
Həyat nə tamaşa,nə də bayramdır.Həyat çətin bir imtahandır.
İnformasiya
Qonaq qismində daxil olan istifadəçılərin bu məqaləyə şərh yazmaq hüququ yoxdur.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 28
Cəmi: 81

 

Top 10 Müəllif

Darling
Xəbərləri: 5
Cəmi: 695
 
The Shield
Xəbərləri: 3
Cəmi: 564
 
A.n.o.n.i.m.k.a
Xəbərləri: 1
Cəmi: 3
 
 
{slinks}