Alimlərin sünnəyə tabe olaraq öz məzhəb imamlarının bəzi sözlərini tərk etmələri

 
Alimlərin sünnəyə tabe olaraq öz məzhəb imamlarının bəzi sözlərini tərk etmələri


Mərhəmətli və Rəhimli Allahın adı ilə.

Şəkk yoxdur ki, bir müəllimin sözlərini və onun dəvət etdiyi yolu ən yaxşı onun tələbələri başa düşər. Buna görə, gəlin baxaq, o tələbələrin öz imamlarına tabeçilikləri nə dərəcədə idi? Onlar əsas olaraq Quran və Sünnəni götürürdülər, yoxsa öz imamlarının sözlərini? Bu barədə çox misallar çəkmək olar, lakin, Allahın izni ilə, bu misallardan bir neçəsi ilə kifayətlənəcəm.

İmam Əbu Hənifənin (Allah ona rəhmət etsin) ən məşhur tələbələrindən olmuş iki imam – Muhəmməd ibn Həsən və Əbu Yusuf (Allah onlara rəhmət etsin), öz şeyxləri olmuş Əbu Hənifəyə (Allah ona rəhmət etsin) məzhəbin üçdə ikisində müxalif olmuşdurlar[1].
Həmçinin, buna imam Muzənini də misal çəkmək olar.

İmam Muhəmməd ( Allah ona rəhmət etsin) “Muvatta”-da (yəni Muvattanı rəvayət edərkən, qeyd olaraq) demişdir:
“İmam Əbu Hənifə (Allah ona rəhmət etsin) Allahdan yağış tələb etmək üçün namaz qılmağın şəriətdə varid olmaması rəyində idi, amma bizim rəyimizə görə, məscid imamı, Allahdan yağış tələb etmək üçün insanlara iki rükət namaz qıldırır, sonra dua edir, paltarını çevirir və s.[2]“

İmam Muhəmməd (Allah ona rəhmət etsin) həmin kitabda qeyd edir ki, o, təqribən iyirmi məsələdə öz imamı olmuş İmam Əbu Hənifəyə (Allah ona rəhmət etsin) müxalif olmuşdur[3].

İsam ibn Yusuf əl-Bələxi (Allah ona rəhmət etsin), imam Muhəmmədin tələbələrindən idi və imam Əbu Yusufa mülazim olanlardan idi.[4] O, çox vaxt Əbu Hənifənin rəyinə müxalif fətva verirdi. Çünki, imam Əbu Hənifəyə dəlil çatmamış olur və həmin dəlil ona çatdığına görə, dəlilə əsasən, imamın rəyinə müxalif fətva verməsi ona vacib olurdu[5]. Buna görə o, namazda rüku edərkən və rükudan qalxarkən əllərini qaldırardı[6], necə ki, bu, Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) sünnəsindən bizə mütəvatir yolla çatan bir sünnətdir. Məzhəb imamlarından üçünün rəyinin buna müxalif olması onun bu hədislərə əməl etməsinə mane olmamışdır.


Hənəfi alimlərindən olmuş Abdul-Həyy Əl-Ləknəvi (Allah ona rəhmət etsin) “Əl-fəvaid əl-bəhiyyə” kitabında İsam ibn Yusufun tərcümeyi-halını zikr edərkən belə demişdir: “Həmçinin, bilmək lazımdır ki, əgər hənəfi olan bir şəxs, bir məsələdə əks tərəfin dəlili güclü olduğuna görə öz imamının rəyini tərk edərsə, o, bu zaman öz imamına təqlid etməyi tərk etmiş sayılmır. Əksinə, onun belə etməsində zahirən müxaliflik görünsə də, əslində, yenə də ona təqlid etmiş sayılır. Çünki belə etməyi imamlar özləri əmr etmişdir, yuxarıda görmədinmi ki, İsam ibn Yusuf (Allah ona rəhmət etsin) rüku edərkən və rükudan qalxarkən əlləri qaldırmaq məsələsində İmam Əbu Hənifənin (Allah ona rəhmət etsin) məzhəbini tərk etdi, lakin o, yenə də hənəfilərdən sayıldı?!

Amma bu zəmanədə yaşayan bəzi cahillərin etdiklərindən Allaha şikayət edirik. Çünki onlar, bir məsələdə dəlilinin güclü omasına görə öz imamının məzhəbini tərk edən kəsi həmin məzhəbə təqlid etməyi tərk etmiş sayırlar və onu o imama təqlid edənlərin siyahısından çıxarırlar. Mən bunu edən sıravi insanlara yox, özlərini alimlərə oxşadıb, heyvanların yerişi ilə yeriyənlərə təəccüblənirəm”[7]

Həmçinin, Əbu Yusufun (Allah ona rəhmət etsin), İmam Əbu Hənifəyə müxalif olmasına misal olaraq, onun İmam Məlik ibn Ənəslə (Allah ona rəhmət etsin) arasında olan münaqişəni qeyd etmək olar.

O vaxt ki, Əbu Yusuf (Allah ona rəhmət etsin), İmam Məlikdən (Allah ona rəhmət etsin), “sa” və “mudd” (ölçü vahidləri) haqqında soruşur, İmam Məlik (Allah ona rəhmət etsin), Mədinə əhlinə əmr edir ki, öz “sa”-larını gətirsinlər, onlar da “sa”-ları gətirərək deyirlər ki, bu “sa”-lar onlara özlərindən əvvəlki insanlardan qalmışdır. Bu zaman imam Məlik (Allah ona rəhmət etsin) Əbu Yusufa (Allah ona rəhmət etsin) deyir ki, səncə onlar yalanmı danışırlar? O da: “Xeyr, vallahi yalan danışmırlar” – deyir.

İmam Məlik (Allah ona rəhmət etsin) deyir: “Ey İraq əhli! Mən bu “sa”-ları ölçdüm və gördüm ki, sizin ölçünüzlə bu “sa”-lar beş “ratl” (ölçü vahidi) və üçdə bir “ratl” miqdarındadır. (Yəni, sizin ölçüləriniz mədinə əhlinin ölçüləri ilə düz gəlmir). Bu zaman Əbu Yusuf imam Məlikə deyir ki, artıq sənin rəyinə qayıtdım ey Əbu Abdullah, mənim yoldaşım da (yəni, Əbu Hənifə) mənim gördüyümü görsəydi, o da mənim kimi rəyindən dönərdi.

Həmçinin, Əbu Yusuf və Muhəmməd ibn Həsən, göyərtilərdə zəkatın olub-olmaması məsələsində də imam Əbu Hənifəyə (Allah ona rəhmət etsin) müxalif olmuşdurlar. [8]

Əziz müsəlmanlar! Bu kimi bir çox misallar qeyd etmək olar ki, imamların tələbələri öz imamlarının sözlərini bizdən yaxşı başa düşürdülər və onların qəsd etdikləri kimi də əməl edirdilər və onlar bizim üçün haqqa tabe olmaqda ən gözəl örnəkdirlər.



[1] (İbn Abidin: Əl-Haşiyə (1/62), və əl-Ləknəvi “ənNəfiul Kəbir (93)” kitabında Qazalidən nəql etmişdir )

[2] (Əl-Muvatta: (158))

[3] Bu məsələlərin qeyd olunduğu səhifələrin rəqəmlərini ərz edirəm: 42, 44, 103, 120, 158, 169, 172, 173, 228, 230, 240, 244, 274, 275, 284, 314, 331, 338, 355 və 356.

[4] (Əl-Fəvaidul-bəhiyyə fi təracimi əbi Hənifə (116))

[5] (Əl-Bəhr ər-raiq (6/93) və Rasmul-mufti (1/28))

[6] (Əl-Fəvaid (116)

[7] (“Sifətu salətin-Nəbiy”, 51-52.

[8] İbn Teymiyyə, “Məcmuul-fətəva”, 20/306.


Geri dön

İslak_imza

  • 19 aprel 2018 21:54
  • Məqalə: 0
  • Şərh: 12
  • Bal:
Xeber ucun tewekkurler

Darling

  • 19 aprel 2018 21:27
  • Məqalə: 695
  • Şərh: 12521
  • Bal:
{awards}
Allah razı olsun

--------------------
Həyat nə tamaşa,nə də bayramdır.Həyat çətin bir imtahandır.

aytc.sza

  • 19 aprel 2018 20:38
  • Məqalə: 279
  • Şərh: 1958
  • Bal:
{awards}
Allah razi olsun.

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 27
Cəmi: 80

 

Top 10 Müəllif

Darling
Xəbərləri: 5
Cəmi: 695
 
The Shield
Xəbərləri: 3
Cəmi: 564
 
A.n.o.n.i.m.k.a
Xəbərləri: 1
Cəmi: 3
 
 
{slinks}