https://ubattidur.ecwid.com

Şəhidlik məqamı

 
Şəhidlik məqamı


Şəhidlik İslamda ən böyük mərtəbədir.

Allah qatında qədir, qiyməti çox ucadır. Axirətdə ən böyük dərəcə peyğəmbərlərdən sonra şəhidlərindir. Bu səbəblə, Allah şəhidlərin bütün günah və qüsurlarını əfv edər (qul haqqı xaric). Allah azzə və cəllə Qurani Kərimdə belə buyurmaqdadır:

Allah yolunda öldürülənlərə ölü deməyin! Əksinə onlar diridirlər. Allahın lütfündən onlara verdikləri ilə sevincli bir halda Rabbləri qatında ruziləndirilirlər . Arxalarından gələcək olanlara bunu müjdələmək istəyərlər. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməzlər. Onlar Allahın nemətini, lütfkarlığını, həm də Allahın möminlərin mükafatını heçə çıxarmayacağını müjdələmək istərlər.
(Əli-İmran surəsi, 169-171)

Müsəlmanları, düşmənləri üzərində qalib edən, üstün edən inanc elə məhz: “Ölsəm şəhid, qalib gəlsəm qaziyəm” inancı olmuşdur . Bu inancı Allah (cəllə cələluhu) iki uğurdan biri olaraq adlandırmış və öz kitabında belə buyurmuşdur:

De: Doğrudanmı siz bizlərə iki uğurdan (qələbədən və ya şəhidlikdən) birinin yetişməsini gözləyirsiniz?
(Tövbə surəsi, 52)

Bu düşüncənin, inancın ən gözəl nümunəsi Xalid bin Vəlidin (radiyallahu anhu) Sasani komandirinə dediyi sözlərdir:

“Sizin həyat və şərabı sevdiyiniz qədər, ölümü sevən bir ordu ilə üzərinizə gəldim.”

Şəhidlik İslamda 3 cürdür :

1) Dünya şəhidi. 2) Axirət şəhidi. 3) Dünya və axirət şəhidi.


1. Dünya şəhidi:

Bu şəxs zahirən müsəlmandır. Zahirən Allah yolunda döyüşürmüş kimi görsənir. Amma əslində kafirdir, münafiqdir və ya müsəlmandır ancaq Allah üçün döyüşmür. Zahirən o şəxs, müsəlman olaraq bilindiyi üçün ona dünyada şəhid kimi davranılır. Şəhidlər necə dəfn edilirsə, o cür dəfn edilir. Bu şəxsə sadəcə dünyada şəhid kimi davranıldığı üçün o Dünya şəhidi adlandırılır.

2. Axirət şəhidi.

Bu şəxs dünyada Allah yolunda savaşaraq öldürülməyib. Ancaq Rasulullahın (sallallahu aleyhi və səlləm) hədislərində qeyd etdiyi çox ağır hallardan bir halda ölüb.
* Suda boğulub.
* Yanğında ölüb
* Dağıntı altında qalıb
* Vəbadan ölüb
* Qızdırmadan ölüb
* Elm alanda ölüb.
* Doğuş vaxtı və ya ondan sonra ölüb
* Qarın ağrısından ölüb və s.


Əgər bunlara səbr edərək ölərsə, o şəxs Axirət şəhididir. Bu şəxsə dünya şəhidlərində olduğu kimi şəhid kimi davranılmaz. O adi halda əcəli çatmış insanlar kimi dəfn edilər. Ancaq inşəAllah Axirətdə şəhid əcri alarlar.

3. Dünya və Axirət şəhidi.

Bu şəxs həm dünyada möminlərin nəzdində, həm axirətdə Allah qatında şəhiddir. Dünyada və axirətdə ona şəhid kimi davranılar. Həmzə (radiyallahu anhu), Musab bin Umeyr (radiyallahu anhu.) və s. şəhidlər kimi.

Şəhidlik müsəlmanlara Allahın (cəllə cələluhu) bir lütfüdür. Ancaq hər müsəlman və mömin də şəhid olaraq ölüb, şəhid olaraq dirildilməyəcəkdir. Allah (cəllə cələluuh) bu lütfü, bu şərəfi – yaşayarkən onun əmr etdiyi kimi yaşayıb, ölümünün də onu rızası üçün olmasını səmimi şəkildə arzu edənlərə verər. Necə ki, Rasulullah (sallallahu aleyhu və səlləm) bir hədisi şərifdə bu haqqda bizlərə məlumat vermişdir:

Şəhid olmağı Uca Allahdan səmimi olaraq istəyən kəsi , Allah rahat yatağında vəfat etsə belə, şəhidlərin dərəcəsinə çatdırar.
(Muslim, İmarə, 156, 157)


Geri dön

_♕Röya♕_

  • 16 fevral 2018 14:19
  • Məqalə: 734
  • Şərh: 26544
  • Bal:
Allah butun shehidlere rehmet elesin

aytc.sza

  • 9 fevral 2018 15:40
  • Məqalə: 281
  • Şərh: 1959
  • Bal:
{awards}
allah razi olsun.

--------------------

Darling

  • 8 fevral 2018 18:19
  • Məqalə: 694
  • Şərh: 12528
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
Həyat nə tamaşa,nə də bayramdır.Həyat çətin bir imtahandır.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 41
Cəmi: 95

 

Top 10 Müəllif

Yagmur_Gözlum
Xəbərləri: 4
Cəmi: 11
 
aytc.sza
Xəbərləri: 2
Cəmi: 281
 
The Shield
Xəbərləri: 1
Cəmi: 552
 
 
{slinks}