Bəşəriyyətin ən çox möhtac olduğu nemət:

 
Bəşəriyyətin ən çox möhtac olduğu nemət:



İhdinəs siratal mustaqîm.
'(Ey Rəbbimiz) Bizi doğru yola hidayət elə.'
(Fatiha surəsi,6)
Gündə 17 dəfə deməklə əmr olunduğumuz bir dua.
Hər müsəlman gün ərzində fərz olaraq 17 rükət namaz qılır və 17 dəfə fatiha surəsini oxuyur və 17 dəfə bu duanı söyləyir. Bu onu göstəri ki, bəşəriyyət Allahdan doğru yol istəməyə nə qədər möhtacdır. Demək ki hər an doğru yoldan sapmaq təhlükəsi var. Allah bunu biz qularına fərz olaraq buyurub.
Düz, doğru və xətasız olan; Namuslu, əxlaqlı və doğruluq üzrə olan kimsə.
Mustəqim kəlməsi Qur`anda otuz yeddi fərqli yerdə keçir. Bunların ilki Fatihə surəsindəki "Bizi doğru yola yönəlt" (əl-fatihə 1/6) ayəsidir.
Bu ayədəki "sirat-ı mustəqim" doğru yol şəklində tərcümə edilir. Heç bir yerində meyl və əyrilik olmayan, dümdüz və dosdoğru yol və ya küçə deməkdir. Amma bu yol, mənəvi bir yoldur. Uca Allahın ortaya qoyduğu, batil olmayan, izləyənləri xeyirə aparan haqq yoldur. Qur`anda bir neçə yerdə keçən "sirat-ı mustəqim", təfsirçilər tərəfindən Allah yolu, haqq yol, Allahın kitabı, (Qur`anı Kərim) İman, imana tabe olanların yolu, İslam, İslam şəriəti, Peyğəmbərimizin (s.a.s) sünnələri, Onun və səhabələrinin yolu, Cənnət yolu, bir sözlə İslam ümmətinin yolu - deyə tərif edilmişdir (Elmalılı Hamdi Yazar, Haqq Dini Qur`an Dili, İstanbul 1971, 1, 123 vd)
Bu ayədəki istiqamət; Mərifət kimi Allahın verdiyi bir hidayət və rəhmətdir. Allaha ixlas və səmimiyyətlə inanmağın nəticəsidir. Möminlərin Allahdan ən çox istədikləri nemətlərdən biri bu yoldur. Ondan sonra gələn ayədə, sirat-ı mustəqimin ilahi bir nemət, xoşbəxtlik və səadət olduğu, Allahın qəzəbinə məruz qalan və zəlaləətdə olanların yolu olmadığı bildirilir (Muhamməd Ali əs-Sabuni, Revail-Beyan Təfsir`u Ayatil-Ahkam Minel-Quran, Dımaşk I977, I, 35, 36).
"Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir. Ona ibadət edin, doğru yol (sırat-ı mustaqim) budur" (Ali İmran, 3/51).
Bu ayədəki ifadə, həm Rasulullahın (sallallahu aleyhi və sələm) və həm də digər peyğəmbərlərin ortaq ifadəsidir. Bütün peyğəmbərlər insanları Allaha ibadət etməyə dəvət etmişlər. Bu vəziyyətin sırat-ı mustaqim olduğu, burada vurğulanmışdır. (əz-Zəmaxşəri, əl-Kəşşaf, Qahirə 1977,1, 176).
Necə ki, Peyğəmbərimiz (s.a.s) də bir hədisində, bu ayənin izahı mahiyyətində belə buyurmuşdur: "Allaha inandım (iman etdim) də,mustaqim (istiqamət sahibi, doğru) ol."( Müslim, İman, 67; Əhməd b. Hanbəl, III 413, IV, 385.
"Kim Allaha sığınarsa şübhəsiz ki o doğru yola yönəldilmişdir" (Ali İmran, 3/101).
Göründüyü kimi bu ayədə də, müstəqim olan (doğru) yol, Allaha, Onun dininə sarılmaq və ya bütün işlərimizdə Ona sığınmaq kimi tərif edilmişdir (Qadı əl-Beydavi, Ənvarut--Tənzil və Əsrarut--Təvil, Misir 1955, I, 73).
"Sən onları doğru yola çağırırsan" tərcüməsindəki ayədə də sırat-ı mustaqim, Allah və Peyğəmbər yolu olan İslam dini kimi tanıdılır. (Təfsirul-İmameyn əl-Cəlileyn, Dımaşq, s. 458).
Bununla yanaşı sırat-ı mustaqim, Peyğəmbər yolu olaraq tərif edilmişdir. (Yasin, 36/4; əş-Şurâ 42/52; Əz-Zuxruf 43/43.)
Həmçinin (əl-Ənam, 6/126, 135; Hud, 11/56) sırat-ı mustaqim Allah yolu, bəzən #hidayət (əl-Ənam, 6/87; Yunus 10/25; Əs-Saffat 37/118; Ən-Nisa, 4/68, 175; əl-Fəth 48/2, 20), bəzən #ibadət (Məryəm, 19/36; Yasin 36/61; Əz-zuxruf, 43/64; Ən-Nəhl 16/76) və bəzən də #ədalət mənasında istifadə edilmişdir.


Geri dön

aytc.sza

  • 11 yanvar 2018 19:51
  • Məqalə: 279
  • Şərh: 1956
  • Bal:
ALLAH RAZI OLSUN.

--------------------

Darling

  • 11 yanvar 2018 18:09
  • Məqalə: 1060
  • Şərh: 12510
  • Bal:
{awards}
Àllah razı olsun

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 29
Cəmi: 70

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 18
Cəmi: 666
 
aytc.sza
Xəbərləri: 16
Cəmi: 279
 
Darling
Xəbərləri: 6
Cəmi: 1060
 
Elya Alieva
Xəbərləri: 4
Cəmi: 153
 
Türkan_
Xəbərləri: 2
Cəmi: 2
 
poetry
Xəbərləri: 2
Cəmi: 15
 
ZuZuM__
Xəbərləri: 1
Cəmi: 432
 
ffx
Xəbərləri: 1
Cəmi: 1
 
Ayxan_007
Xəbərləri: 1
Cəmi: 28
 
♔Hе важно∞
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}