Özünü kiçik görmə

 
Özünü kiçik görmə

Bəzən yaş amili, bəzən də qabiliyyətləriniz nöqteyi-nəzərdən özünüzü qiymətləndirər, bacaracağınız işlər haqda yanlış qənaətə gələrsiniz. Fəaliyyət göstərmək istədiyiniz sahədə sizdən yaşca böyük insanlar mövcuddur. Ya da iş həyatına atılan insanların ortalama yaşı sizin yaşınızın çox üstündədir. Müvəffəq olmaq üçün aylara, aylardan mürəkkəb illərə ehtiyacınız var. Yanlış qəbullanmayın... Düşüncələrinizi öz inamla yoğurub, çalışmalarınızla canlılıq qazandırdıqdan sonra müvəffəq olmaq üçün tələb edilən mütləq yaş həddindən söz gedə bilməz. Tarixin hər səhnəsi bunu təsdiqləyəcək örnəklərlə doludur.

• Şah İsmayıl Xətai Səfəvi dövlətini qurarkən 13 yaşında idi.

• Napoleon Bonapart İtaliyanı 27 yaşında işğal etmişdi.

• Fateh Sultan Məhməd Bizans imperiyasının paytaxtı Konstantinopolu fəth edərkən 21 yaşında idi.

• Uilliam Pitt 24 yaşında İngiltərənin baş naziri olmuşdu.

• Motsartın konsert verməyə başladığında 6 yaşı var idi.

• Corc Fridrix Haendal ilk operasını 14 yaşında yazmışdı.

• Frensis Bekon şah əsəri "Noum Orqanum"u 15 yaşında yazmışdı.

• "Dell" şirkətini təsis edərkən Maykl Dellin 19 yaşı var idi.

• "Google" elektron şirkətinin qurucuları Laurens E. Peyc və Serqey M. Brin bu təşəbbüslərinə başladıqları zaman 22 yaşındaydılar.

• Dünyanın ən zəngin insanı Bill Qeyts onu bu uğura götürən şirkətini qurarkən 19 yaşında idi.


Düşüncələri bulandıran bir başqa vahimə qabilliyyətlərinizə baxışınızdan doğar. Digərlərində gördüyünüz üstün xüsusiyyətlər ideallarınızı iflic vəziyyətə salar və inamsızlıq bütün gücüylə mənliyinizə hökm etməyə başlayar. "O, məndən daha qabiliyyətlidir", "Ondakı qabiliyyətlər məndə olsaydı,...", "Heyf ki, bu işlər mənlik deyil", "Çox istərdim, amma...", "Real fikirləşmək lazımdır, mən bu işlərin adamı deyiləm". Varlığınızı davam etdirsəniz belə, düşüncə platformasında tükənmiş vəziyyətdəsiniz. Özünüzü bacardığınız qədər kiçik görməyiniz buna dəlalət edir. Halbuki dünyada normal insanların belə sahib olduqlarından daha azına sahib olaraq müvəffəqiyyətə imza atan minlərlə insan yaşamışdır.


• İngilis şairi Con Milton "İtirilmiş cənnət" adlı abidəvi əsəri yazarkən tamam kor idi.

• Franklin D.Ruzvelt gəncliyində uşaq paraliçi olduğundan gəzə bilmirdi. O, bunu əngəl bilməmiş və əzmi sayəsində dörd dəfə ABŞ prezidenti seçilmişdi.

• Bethoven 9-cu simfoniyasını bəstələyərkən tamam kar idi.


• Motsart ən böyük operalarını bəstələyərkən borc və xəstəlik içində idi.

• Böyük alman dramaturqu Şiller ən böyük tragediyalarını dözülməz ağrılar içində yazmışdı.


Ya siz?.. Qəbul edin, müvəffəq olmaq üçün daha şansınız. Bu digər şəkildə sizə özünüzü kiçik göstərən bütün fikirlər sadəcə yanlış tərəhhümdən ibarətdir. Riçard Bernediki "Bir insanın özünə edəcəyi ən böyük pislik özünü kiçik görməsidir", - deyir. Nə qədər böyük yaradıldığımızın fərqində belə deyilik. Yaradıcımız Kitabında biz insan ən gözəl biçimdə yaratdıq", - buyurur. [53:4] Ən gözəl biçimdə yaradılan insan özünü necə kiçik görə bilər ki?!.. Ölkə başçısı sizi şəxsən tanısa, özünüzü önəmli biri zənn edərsiniz. Kainatı Yaradan sizi tanımaqla kifayətlənmir, razı olduğu hər gözəl əməlinizdən mələklərinə tərifləyərək bəhs açır. Elə isə, siz böyük deyilsinizmi?



Geri dön

aytc.sza

  • 14 yanvar 2018 12:40
  • Məqalə: 281
  • Şərh: 1958
  • Bal:
Darling,
werhcun tewekkurler

--------------------

Darling

  • 11 yanvar 2018 18:14
  • Məqalə: 694
  • Şərh: 12528
  • Bal:
{awards}
Xəbər üçün sağ ol

--------------------
Həyat nə tamaşa,nə də bayramdır.Həyat çətin bir imtahandır.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 38
Cəmi: 101

 

Top 10 Müəllif

Yagmur_Gözlum
Xəbərləri: 4
Cəmi: 12
 
aytc.sza
Xəbərləri: 2
Cəmi: 281
 
The Shield
Xəbərləri: 1
Cəmi: 552
 
 
{slinks}