İtkin düşən alpinistimizin yazısı üzə çıxdı

 
İtkin düşən alpinistimizin yazısı üzə çıxdı



Xəbər verdiyimiz kimi, "Gilavar" Hava və Ekstrim İdman Klubunun 3 üzvü itkin düşüb. Onların axtarışı davam etsə də, hələ ki bir nəticə verməyib.

sosial şəbəkələrdə itkin alpinist Babur Hüseynovun yazdığı şeiri müzakirə mövzusuna çevirilib.


Sözügedən şeiri təqdim edirik:


İçimdə mütilik zəncirlərini,
Didib parçalayır vəhşi bir heyvan!
Bu heyvan adlanır-azadlıq eşqi,
O eşq ki həsrətdir ona çox insan.

Tufanla, küləklə pəncələşərək,
Soyuq göy sularla, buz dalğalarla,
Qaya tək sevişib titrəyəcəyəm.
Şəhərin suni, boz işıqlarını,
Ən uzaq, sehrli, al ulduzlarla,
Ən parlaq səmayla əvəz edəcəm!

Tənha mağaraya çəkilərək mən,
Dalaram seyrinə kəhkəşanların.
Ruhumun soyumuş,boş otaqları,
Dolacaq sehriylə asimanların.

Bir tənha ağac tək bitib zirvədə,
Olaram təsəlli tənha qəlblərə.
Bir tənha ada tək itib dənizdə,
Köçərəm ən dilsiz sükunətlərə.

Ey Tanrının ərşi sayılan qəlbim!
Səni zahidliklə dolduracağam.
Bakirə ruhumun uca məbədi!
Sənin paklığının keşiyində mən,
Sadiq bir əsgər tək daim duracam!
[/size


Geri dön

GoZeLoVa.A

  • 8 yanvar 2018 15:30
  • Məqalə: 1
  • Şərh: 201
  • Bal:
Gozel yazib((tesirli weirdir.
Inwallah sag salamat tapilsinlar(

aytc.sza

  • 7 yanvar 2018 22:45
  • Məqalə: 281
  • Şərh: 1959
  • Bal:
{awards}
ALLAH OZU KOMEK OLSUN HAMSNA.

--------------------

Darling

  • 7 yanvar 2018 20:49
  • Məqalə: 694
  • Şərh: 12532
  • Bal:
{awards}
Àllah Köməkləri olsun İn Şa Allah tapılarlar

--------------------
Həyat nə tamaşa,nə də bayramdır.Həyat çətin bir imtahandır.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 33
Cəmi: 88

 

Top 10 Müəllif

AyliN BunyaminovA
Xəbərləri: 1
Cəmi: 491
 
✵Дорогой✵
Xəbərləri: 1
Cəmi: 733
 
Yagmur_Gözlum
Xəbərləri: 1
Cəmi: 11
 
A.n.o.n.i.m.k.a
Xəbərləri: 1
Cəmi: 2
 
Poine♔
Xəbərləri: 1
Cəmi: 112
 
 
{slinks}