"..Xatırla Sevgili.." Bölüm 9

 
"..Xatırla Sevgili.." Bölüm 9


Müellif: MİRA LENA

Bu qız keçen defe pencereden texmini gördüyüm qız idi deyesen.! He he odur! Uzun saçlarından tanıdım!! Men qıza acıqlı baxsamda daha doğrusu o terefe baxmamağa çalışsamda Deyesen tanış olmalı idim..
- Oyyy başımın belasıda burda imiş ki.? (Gülür)
Araz- Menim başımın belası burda olandan sonra menim olmamağım ayıb olardı-deyib o da ona qoşularaq gülür. Texminen 2-3 deqiqelik söhbetde men her hansı bir "heykel"rolünü oynasam da görünür sonra yada düşmüşdüm. Nece deyerler:-Üzümden zehrimar yağırdı..
Nece gedim ?-deye düşündükde Malikin zengine bu qeder sevineceyimi düşünmemişdim:
-Bu zengi açmalıyam,bağışlayın-deyib 1neçw addım kenara çekildim. Malikin ne dediyini bele eşitmirdim. Qaçmaq üçün behanem var idi.
- Alo.?
- Anka gelmirsen hele.?
- Aaa nee? Nece oldu bu?
- Anka delisen.? Ne Nece oldu.?
- Çox heyif.. Can gelirem indi üzülme
- Anka.??? Ay qız başıva soyuq deyib senin.? Niye bele danışırsan.?
- He he gelirem mütleq. 10 deqiqeye ordayam sağol -deyib zengi sonlandırıb üzümü geri çevirerek:
- Üzrlü sayın vacib getmeliyem. Metanet çox sağolun)
Araz, "Gözle men aparım seni"-dese de ardıma baxmadan getmişdim...
Çağırsa bele dönmeyib gözden itmişdim..
Yol boyu esebimi heç cüre gizlede bilmemişdim.. Arazda meni çeken nə ise vardı.. Deyine deyinr çatmışdım. Seherin açılmasını heç istemirdim.. Görüb yene esebleşecekdim bilirem.. Amma seher açılmış men işe getmişdim..
Bugün ferqli olsun deye pozitiv düşünürdüm.. Gülümsemeye çalışırdım. Hetta o qeder esebi idim ki,bir yanlışında Arazı öldüre bilerdim..
Ancaq di gel ki,çoxdandır sakit qalan Tamara boş durmayıb menim haqqımda axtarış etmiş ve hetta meni izleyirmişde.. Bunu sonra öyrenmişdim.. İyrenc sözleri ile meni pisleyib gözden salacağını düşünse de görünür olacaqlar başqa imiş...
Bugün Araz ele de gözüme deymemişdi.. Sadece "salam sağol"-etmişdik. O da ona Nece davranmışdımsa yeqin birde salam vermeyecekdi.. Belece heç bir deyişiklik-yenilik olmadan
Günler bir birini evezledikce aylar bele gelib keçmişdi..
4 ay sonra..
Artıq tam 4ay idi burda işlediyim.. Heleki yaxşı gedirdi işlerim.. En azından öz işimin öhdesinden gelmeyi bacarırdım.. Amma zaman keçdikce ve 2gün sonra ise heç istemediyim o gün gelib çatmışdı.. Xestelik bir terefden,zamanın su kimi axması da bir terefden mene o qeder unutdurmuşdu ki bezi şeyleri ,bir ilin nece keçdiyini anlaya bilmemişdim.. Ve 2 gün sonra o gün gelib çatırdı..
Atamın "İl merasimi" olacaqdı.. Ona göredir ki men artıq neçe gün idi ne geceler yata bilirdim ne de özümü yaxşı hiss edirdim.. Bugün icaze almaq üçün Murad hekimin otağına gedecekdim.. Amma özümü yaxşı hiss etmediyimden,bağçaya çıxıb hava almaq,biraz düşünmek istedim..
Biraz tekliye ehtiyacım var idi deyesen.. Havanın soyuq olmasına baxmayaraq men bunu hiss etmirdim.. Eynimde sadece yubka ve çox da qalın olmayan kofta onun üzerinden ise ağ xeletim vardı.. Özümde bilmeden üşüdüyümü hiss etmesem de,dişim bir-birine deyir,xeletimi möhkemce qucaqlamışdım.. Biraz sonra soyuq yanağımdan axan isti göz yaşım sanki meni ayıltmışdı..gözlerimi qırpıb bir daha açdığımda Arazı qarşımda gördüm.. Neçe vaxt idi ki,ondan bir növ qaçırdım. Eslinde qaçmaq da demezdim. Sadece uzaq olsam yaxşıdır deye düşünüb ona görünmemeye çalışırdım.. İndi ise onu qarşımda görmek mene qeribe gelmişdi. Sadece salam verib gedecekdim.. Ayağa qalxıb:
-Salam Araz bey
-Salam Anella. Necesen.?
-Yaxşıyam. Sağolun-deyib gedecekdim ki,elini qoluma keçirib meni saxladı.
- Ne olub sene Anella.? Niye belesen.?
Qolumu geri çekerek:
- Yaxşıyam men. Getmeliyem indi. İcazenizle.
- Xeyr. Sene icaze yoxdur. Otur burda.
- Nece yeni icaze yoxdur.? İşimin başına keçecem buna icaze yoxdur.??
- Xeyd yoxdur. Otur danışmalıyıq.
- Menim sizinle danışacaq elave bir sözüm yoxdur.
- Niye qaçırsan menden.? Xeberin var heç neçe aydır meni gördüyünde yolunu deyişirsen .?
- Xeyr. O size ele gelib.
- Anella otur.!
- Sesinizi qaldırmayın mene..-deye pıçıldasam da neçe günlük stres ve kövrekliyim sayesinde ağlamağa başlamışdım.. Özümü sakitleşdirmek istesem de alınmırdı.. Ele hıçqırırdım ki,sanki bağrım çatlayırdı.. Araz qefil ağlamamdan qeribe olmuşdu deyesen. Ancaq növbeti hereketi eslinde xoşuma da gelmemiş deyildi..
Mene yavaşca yaxınlaşıb qarşımda dayandı. Növbeti hareketinde artıq onun meni qolları arasına alıb qucaqlamasını hiss edirdim.. Başımı sinesine sıxıb hem qucaqlamış hemde saçlarımın etrini qoxlayırdı.. Bir neçe deqiqe sonra ondan ayrılmaq istesemde o buna icaze vermeyib:
- Gel gedirik-deyib evvelce çiynindeki paltonu menim çiynime salıb,sonra Da elimden tutaraq ardınca çekişdirdi.
- Dayanın hara gedirsiniz.? Işim var buraxın elimi.!
- Terslik etme. Gel dedimse gel.-deyerek ardınca dartmağa davam eledi. Nece oldu bilmedim amma bir neçe deqiqe sonra artıq onun avtomobilinde idim. Özüde eyleşib Hetta menim kemerimi bağlayırdı. Müherriki işe salan kimi istilik sistemini qoşaraq:
- Buz kimi olmusan soyuqda. Ellerin donub. İsin biraz-deyib yoluna baxdı.. Yola yeni çıxmışdıq ki,biraz suretin artdığını hiss edib:
- Xahiş edirem biraz yavaş sürün- deyib gözlerimi yumub-qulaqlarımı da tutmuşdum.. Texminen 10-15 deqiqe sonra sakit bir yerde idik.. Men ne danışır ne de her hansı bir reaksiya verirdim.. Sadece susub pencereden çöle baxırdım.. Arazda susmuşdu.. Amma sakitliyi de o pozmuşdu..
- Anella.??-demesine sakitce dayanmışdım helede.. Deyesen nitqim qurumuş,yeniden evvele qayıtmışdım.. O günlere yeniden dönmek istemirdim.
-......
- Anella.?? Mene bax-deyib elimden tutanda diksinib elimi geri çekdim.. Üzüne baxmaq istemesem de,gözlerine baxmışdım... Sanki
" her şeyi bilmek isteyirem,danış"-deye bir baxışı vardı..
- Buyurun.-deyib susmuşdum.
- Ne olub sene.? Niye bele dalğınsan.? Ne olub axı sene.??
- O gün yaxınlaşır.. Yaxınlaşır..
- Hansı gün Anella..?
- Atamı itirdiyim gün...-deyib maşından aşağı düşmüşdüm.. Neçe günlük,gizletmeye çalışdığım hisslerim meni incidirdi. Havaya çıxar çıxmaz derinden nefes alıb verir,sakitleşmeye çalışırdım. Araz gelib arxamda dayanmışdı. Sakit sesle davam etdi:
- Nevaxtdı.?
- 2 gün sonra.. -deyib geri dönende bu qeder yaxın durduğunu düşünmediyimden çox yaxın dayanmışdıq. Gözlerini menden çekmirdi.. Men onun gözlerinde ilişib qaldığım kimi o da menim gözlerime baxırdı.. Kilidlenmek bu idimi.?
Araz ellerimin ikisinide tutub:
- Senin yanında olmaq isteyirem.
Men ise ellerimi ondan çekerek:
- Men özüm tek başa çıxa bilerem. Sağolun..
- İstesende istemesende orda olacam.
Direşmeyin menasız olduğunu görüb:
- özünüz bilersiniz. İndi xahiş edirem qayıdaq. İcaze almalıyam Murad Beyden..
- Gede bilersen Anella. Men danışaram emimle.
- Özüm deyecem. Sizden kömek istemedim.!-deyib eseble arxa qapını açıb oturdum..
Araz özüde eyleşdikden sonra:
-Balacasan sen.?
- Nece.?
- Uşaq kimi arxada oturdun ona göre deyirem. Gel qarşıda eyleş.
- İstmirem. Hetta men taksi ile getsem daha yaxşı olar-deyib düşmek istedikde:
- Yaxşı inadçı otur. -deyib qaşlarını düyünledi. Bele olanda ondan çekinirdim heqiqetende.. Dilimi udub susmuşdum..
Birazdan işe çatdıqda maşından düşdükde Tamaranın mene qarşı esebi baxışlarını hiss etdim. Vecime almayıb bir başa Murad hekimin otağına gedib, 2günlük icaze aldım.
Bu Tamara menim başıma bir iş açacAqdı.. Bilirdim.. Ancaq heleki sessiz olması gözümden yayınmamış deyildi.. Bunu daha düşünmeyib işimi bitirib eve getmişdim.. Sabahdan atam üçün hazırlıqlar görmeli idik.. Eslinde neçe gündür narahat olmamı bir kenara qoysam hiss edirdim ki,daha men evvelki Anella deyilem..
Seher her işimizi hell etmişdik.. Hemin gün gelib çatanda ise çox narahat idim.. Anam 1il boyunca möhkem dayansa da indi daha da sakinleşmiş,gözlerini bir nöqteye zilleyib qalırdı.. Onun bu halı meni daha da narahat edirdi.. Biraz sonra artıq her şey başlamışdı.. Emim hazırlaşmağımızı ve atamı ziyaret etmeye gedeceyimizi deyende çox heyacanlanmışdım.. Gözlerim menden biixtiyar dolurdu.. Tam çıxacaqken:
"Anella iş yoldaşların geldi"-demelerine ayaq saxlamalı oldum. Qapıya yaxınlaşdıqda bütün qalan eseblerim tarıma çekilmişdi.. Bir tek Araz gelecek deye düşünmüşdüm.. Amma qarşımda Tamaranı "bic" bir ifade ile qarşımda görende ise........


Geri dön

..::Kitty::..

  • 7 yanvar 2018 16:49
  • Məqalə: 46
  • Şərh: 131
  • Bal:
hekayəyə görə təşəkkür edirəm

aytc.sza

  • 6 yanvar 2018 23:25
  • Məqalə: 281
  • Şərh: 1958
  • Bal:
{awards}
bu Tamarada qirilmadida wink

--------------------

Darling

  • 6 yanvar 2018 17:45
  • Məqalə: 694
  • Şərh: 12528
  • Bal:
{awards}
Hekayə üçün sağ olun

--------------------
Həyat nə tamaşa,nə də bayramdır.Həyat çətin bir imtahandır.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 34
Cəmi: 99

 

Top 10 Müəllif

Yagmur_Gözlum
Xəbərləri: 4
Cəmi: 12
 
aytc.sza
Xəbərləri: 2
Cəmi: 281
 
The Shield
Xəbərləri: 1
Cəmi: 552
 
 
{slinks}