QAÇDIĞIM QİSMƏT (Real) Bölüm 30 (Final)

 
QAÇDIĞIM QİSMƏT (Real) Bölüm 30 (Final)


Müəllif-Milady Ovod

FİNAL.....


Bütün günü güzgünün qarşısında dayanıb bədənimə baxaraq lap kompleksə düşürdüm.Gün ərzində əvvəlki kimi yox normal dərəcədə yemək yeyəndə biraz aclıq hiss etsəmdə başımı qatıb yemirdim.Gecə yatanda Ziyadın məni qucaqlamaması xətrimə dəymişdi.Doğrusu bəzən ürəyim daraldığı üçün yaxın durmamasını özüm deyirdim.Qaşqabağımı sallayıb arxamı ona dönərək yatmışdım.Səhər işə gedəndə oyanıb yola salmaq istəyəndə-əziyyət çəkib durma,yat mən gedərəm.-deməyi ilə küskünlüyüm lap üzə çıxdı.
-Niyə dura bilmərəmki?..Mən o qədər kökəm?-əsəbləşməyimdən hormonlarımın atdığını görüb gülərək gəlib saçımdan öpmüşdü.
-oy,oy yaxşı gəl-şirinlik edərək qalxmağımı gözləyib səhər yeməyini birliktə yeyəndə,əvvəl ki kimi çox yemədiyimi görüb əsəbləşmişdi.
-Dediyindən dönmürsən?.
-Yox...çox kökəm.arıqlayacam.
-İnci!.
Səs tonundan qorxaraq masadan qalxıb digər otağa keçəndə ardımla gələrək danışırdı.
-Hazırlaş həkimə gedirik!.
-Getmirəm.
-Özündən xəbərin var!..Rəngin iki gündə solub..
-Heç nə olmaz.
-İnci dedim!.
-....................
-Qapıda gözləyirəm!-sözünü bitirməsinə üzərimi dəyişib qabağına düşərək həkimə getmişdik.Onun sözündən sonra inad etməyimin mənası olmadığından razılaşmışdım.Səsində,görkəmində elə bir iradə vardı ona qarşı çıxa bilmirdim.Bəlkə də mən qorxaq biri idim...Həkimin müayinəsindən sonra zəiflədiyimi deyib vitaminlər yazarkən Ziyad bir neçə gün burda qalmağımı deyəndə həkim tanışı olduğu üçün razılaşmışdı.Bunu eşidəndə ürəyim sınmışdı,gözlərim dolduğundan heç nə deməyib susmuşdum.Onun zəhmli biri olduğunu bilirdim amma bunu etməsini istəmirdim..Məni təmiz bir otağa yerləşdirib sağollaşanda üzünə baxaraq mənimlə zarafat etdiyini düşünürdüm.Qucaqlayıb öpəndən sonra heç nə demədən otaqdan çıxıb getməyi ilə zarafat olmadığı beynimə çatmışdı.Belə etməyinə ağlayaraq yataqda oturub gözümü siləndə gələn tibb bacısının gülümsəməyinə lap əsəbləşirdim.Axşama kimi nə qədər zəng etsədə açmamışdım.Bir tək mesaj yazanda yaxşıyam yazıb telefonu kənara qoymuşdum.Bütün günü bu otaqda təkcə darıxdığımdan ağlayaraq yuxuya getmişdim.Gözlərimi ovxalayaraq oyananda başımın üstündə dayanıb mənə baxan Ziyadı görən kimi qalxıb yerimdə oturdum.
-Niyə gəlmisən?-səsimdə küskünlüyüm duyulduğuna əmin idim.
-Evə gedirik.
-Doğrudan?-sevincimdən gözlərim parlayırdı.
-Hə..bu qədər qaldın bəsdir..
Küskünlüyümü unudaraq ayaqqabılarımı geyinib ayağa qalxanda əlimdən tutub xəstəxanadan çıxarmışdı.Həkimlə rastlaşanda dediyi sözlərə əsəblərim oyandı..
-İnci birdə yeməkdən imtina etmə,uşağa təsir edir bunlar.Burda qalmağa ehtiyac yox idi.Ziyadın istəyinə görə belə etdim..Özünə yaxşı bax,birdə kompleksə girmə.
-Çox sağolun həkim-sağollaşıb həkimin yanından ayrılanda əlimi əlindən çəkmək istəyəndə üzümdə olan ifadəni görüb buraxmamışdı.Mənə dərs olsun deyə belə etməsinə hirsləndiyim üçün onunla yan-yana belə getmək istəmirdim.Əlimi buraxmayıb maşının yanına gətirərək qapını açıb oturmağıma kömək etmişdi.Yol boyu danışmayaraq evə çatanda üzünə baxmadan ayaqqabılarımı çıxarıb otağıma keçdim.Üzərimi dəyişib rahatlayandan sonra uzanmışdım ki əlində sini və içində cipsi,şokolad,dolma,meyvə şirəsi gətirib yatağın digər,boş hissəsinə qoydu.
-İstər kök istər arıq ol,mən səni tək bədəninə görə sevməmişəm..Gəl tərsliyindən dön və ürəklə yeməklərini ye İncim-qarşımda oturub danışaraq üzümü sığallamasından hirsim yoxa çıxmışdı.Həm də çətinliklə imtina etdiyim yeməklərdən bu qədər ayrı qaldığım bəs idi.Cavab vermədən yerimdə dikəlib sinini qucağıma qoyaraq böyük iştahla ilk dolmadan başlayıb qabları 10 dəqiqə içində boşaltmışdım.Bu halıma Ziyad ucadan gülərək məni izləyib arada nəfəs al deyirdi..

Günlər axarı ilə keçib məni 9-cu ayıma çatdırmışdı.Bu gün Ziyad evdə tək darıxdığıma görə anasıgilə aparıb qoymaq istəyəndə razılaşaraq hazırlaşıb evdən çıxdıq.Məni evlərinə qoyub bir başa işinə yollanandan sonra üzərimi dəyişib yeni aşağa düşmüşdüm qaynanam yanına çağırıb pol ağacıı və əskisini əlimə verərək üç mərtəbənin üçünüdə silməyimi istəmişdi.Əyilib qalxmaqda çətinliyim olsa da qaynanamın istəyinə yox deyə bilməyib başlamışdım evi silməyə.Pilləkənləri silərək elə sonuncu mərtəbəyə çatanda çöl qapının açılması ilə əlimdə əski,yerə əyilmiş halda Ziyad məni görüb necə qışqırıq saldısa evdə hamımız qorxduq.
-Sənə kim deyib iş görürsən!
-.................
-Bu evdə bəs köməkçi nəyədir?!
-Ay bala..
-Çox sağol ana?!..İnci çıx çantanı götür tez!
Donub qaldığımdan səsindən diksinib yuxarı çıxaraq əşyalarımı götürüb düşəndə bacısına anasına hirslə baxan baxışlarından mən qorxmuşdum.Qaynanam,baldızım səslərini çıxara bilməyib baxa qalmışdılar.
-Siz bu uşağı birdə yuxunuzda görəcəksiniz!-anasının üzünə bunu deyib əli ilə açıq qapını işarə edib evdən çıxmağımı göstərmişdi.Qapını ardı ilə əsəblə çırpıb mənə qan daman gözlərlə baxanda qorxumdan baxışlarımı qaçırırdım.Maşında heç birimiz dinib danışmadan evə gəlib çatanda bilmirdim ağzımı açım ya yox..Məni evə qoyandan sonra işinə qayıdıb getməyi ilə kəlmə kəsməmişdik.
Yaşadıqlarımdan heyrət və qorxu içində olduğum üçün evdə dayana bilmirdim.Ziyadın xasiyyətini az çox mənimsədiyimdən bilirdim dediyini edəcəkdi..Nərminə zəng edərək olanları danışanda sevinərək haqq yerini tapdığını demişdi.
-Əcəb edir..Onlara bu da azdı.
-Yox Nərmin elə demə ailəsidir.
-Onlarda vicdan olsaydı sənə bu halınla əziyyət verməzdilər.Mənə ailədən danışma boş yerə.
-Yenə də istəmərəm araları dəysin.Nə də olsa nənə,baba olacaqlar..
-eee etmə bulma dünyasıdır,hər kəs cəzasını alsın bir zəhmət..
-Sən nə qəddar qızmışsan Nərmin..
-Qəddar deyiləm İnci,hörmət qoyana hörmət qoymaq tərəfdarıyam və eləyəm..-birazda danışdıqdan sonra onun fikirlərinin haqqlı olduğunu anlayırdım amma hər insanın xarakteri özünə məxsus idi..Mən kin saxlaya bilmirdim.Mənə ediləni unudub xoş davranmağı bacarırdım.
Axşam Ziyad evə gələndə biraz sakitləşmişdi.Yemək yeyəndə ürək edib sözümü demişdim.
-Bu gün dediklərində ciddi deyildin?
-Bu barədə danışmaq istəmirəm!.-Elə bir görkəmdə bunu dedi qayıdıb sözünə söz deyə bilmədim..Ailəsinə qarşı belə sərt olmasına ürəyimdə buruqluq yaranmışdı.Onlarla küskün olmasını istəmirdim.Çünki bu küskünlüyü məndə yaşamışdım.
Hamiləliyimin sonuncu ayını biraz ağrılı keçirdiyimdən işindən bir aylıq opuskaya çıxmışdı.Gecə yerimizə uzananda Ziyadın məni qucaqlaması ilə yan hissəmə sancı girəndə sıçrayıb gülümsəmişdim..Mənim dəcəl oğlum anasını atasına qısqanırdı.Yazıq Ziyad hər dəfə belə olanda toxuna bilmədiyindən qaşqabağını sallayaraq arxasını donub yatırdı.Bu gecə onun qucaqlamağına nə əcəbsə balam sakit dayanmışdı.Son günlər evdə doğuşumun necə olacğı haqqda mübahisələrimi olurdu.
-İnad etmə,gəl əməliyyatla olsun doğuş..
-Yox mən təbii doğuş istəyirəm.Balamın ilk ağlamaq səsini duymaq istəyirəm,onu görüb o anı yaşamaq istəyirəm..-əlimi qarnıma qoyaraq oxşayanda balacam içəridə hərəkətlər edirdi dəyəsən.
-Sənə bir şey olsa nə edərəm?..əməliyyatla olacaq doğuş vəssalam!.sənə qovuşmuşkən bu..-deyib sözünü yarım saxlamışdı.
-Mənə heçnə olmayacaq..İnan buna-özüm çox inanmasamda onu inandırmağa çalışırdım.Böyrəyimin birinin həddən artıq görünməyəcək qədər kiçik olması yox dəyərində həyatıma çox böyük təhlükə yaradırdı.Yenə də buna rəğmən təbii doğuş istəyirdim.Analıq hissini oyaq halda azad olduqdan sonra ilk qucağıma alanda dadmaq istəyirdim..Bətnində bir varlıq daşımaq və bu varlıq sənin bütün dünyanı zəbt edirsə necə ona bağlanmayasan?..Ümidim mənə Allahın bəxş etdiyi gözəl bir hədiyyə idi.Bəlkə də onu böyüdə bilməyəcəkdim amma canımdan bir can dünyaya gətirib yaşadacaqdım..
-Ziyad?
-Haycan..
-Anangilə belə etmə,küsmə onlara..
-Bu haqqda danışmayaq.
-Mən heç kimdən küsmürəm səndə küsmə..
-Sən çox böyük səhv edib küsmürsən!..
-Səni necə bağışlayıb yaşadımsa səndə onları bağışlayacaqsan.
-..................
-Ziyaad...bunu mənim üçün et xahiş edirəm..
-..................
-Ziyad?.
-Yaxşı..-sevinərək ona daha da qısılıb qucaqlayaraq başımı sinəsinə qoyanda saçlarımdan öpüb qucaqlamışdı..

Dünəndən ağrılarım artsa da keçər deyib yola verirdim.Səhər halsız halda oyanıb qalxmaq istəyəndə sancım necə bərk tutmuşdusa qalxmadan yerimdə qaldım..Dərindən nəfəs alıb verərək sakitləşəndə sancım azalmışdı.Ziyad sənədlərlə bağlı mağazalarına getdiyi üçün evdə tək idim.Doğuş sancısı olmaz deyə düşünərək qalxıb mətbəxə keçəndə sancım yenə tutanda tez masaya oturub dərindən nəfəs almağa başladım.Qarşımda olan saata baxanda 15-dəqiqədən çox sancı çəkməyimdən qorxaraq Ziyada zəng vurub ağrıdığımı deyən kimi özünü çatdırmışdı.O,gələnə kimi birtəhərdə olsa ağrıyaraq otağıma gedib üzərimi dəyişərək yatağa uzanıb ağlayırdım.Bu ağlamaq həm sevincdən həm həyəcanımdan idi.Ziyad çöl qapını açıb məni səsləyərək tələsik yanıma gələndə məni ağlayan görəndə pis olmuşdu..Qorxusu gözlərindən oxunurdu.Keyləşib yerində qalmağını mənim qışqırıq səsim ayıltmışdı.Güclə qalxanda əlimdən tutaraq kömək edib evdən çıxararaq maşına oturtmuşdu..Xəstəxanaya çatanda anamgil,qaynanamgil hamısı burada idi.Üzlərindən həm sevinc həm kövrəkliklərini oxuya bilirdim.Ziyad qorxudan əlimi bir dəqiqədə olsun buraxmırdı.Otağa keçən zaman həkim yoxlayıb doğuşun tam vaxtıdır deyəndə həyəcanım daha da artmışdı..Doğuşun vaxtı olsa da açılışım hələ olmamışdı.Günorta saat 12dən ora gedən mən axşam 1-ə kimi sanncımı çəkdikdən sonra doğuş otağına aparılmışdım.Doğuşa otağına keçməmişdən əvvəl Ziyadla tək qalanda ürəyimdən keçənləri deyərək halallaşmaq istəyirdim.
-Mənə söz ver nəsə olsa uşağımızı unudub yasımı saxlamayacaqsan..Onu mən varam kimi yaxşı böyüdəcəksən.
-Belə danışma.sənə heçnə olmayacaq!.
-Ziyad ?
-Yaxşı.-ağlayaraq danışmağıma onu da kövrəltmişdim gözləri dolmuşdu.-Söz verirəm...-Yanağına isti öpüş qondurub doğum otağına aparılmışdım..Gecə 1-dən başlayan doğuşum səhərə yaxın saat 4-də nəhayət bitmişdi.O,gözəl anı yaşamaq mənədə qismət olmuşdu.Oğlumu ağlayaraq dünyaya gətirməyəcəm deyə özümə söz versəmdə ilk görən kimi xoşbəxtlik duyğusunu dadaraq ağlayıb gülürdüm..Onun ağlamaq səsini duyanda gözlərimi rahat qapayıb özümdən getdiyim üçün daha heçnəyi xatırlamırdım.Oyananda başımın ağrısından gözlərimi güclə açan zaman Ziyad baş ucumda oturub əlimdən tutaraq məni izləyirdi..İlk cümləm -oğlumu görmək istəyirəm-deyəndə saçlarımdan öpüb sevinərək otaqdan çıxdıqdan sonra az keçməyi ilə həkim qucağında oğlum ilə gəlib gülümsəyərək qollarıma qoymuşdu..Bu balaca əlləri,ayaqları olan şirin oğlan mənim idi yəni?.Öpməyə qiymadığımdan başımı önə əyib nəfəsimlə ətrini duymağa çalışsanda gözlərimin qaraldığını görərək həkimə verib başımı yastığa söykəyib özümə gəlməyə çalışanda alınmamışdı.Dərin bir qaranlığa getdyimi görürdüm.Bu qaranlıqda nə qədər qaldığımı bilmirdim bir tək hey yol gedirdim..İşığı görəndə sevinərək qaçıb bir boşluğa özümü atanda gözlərimi açmağı bacarmışdı.Gözlərimi qırparaq açmağa çalışanda otağda həkim və tibb bacılarının qaçaraq hərəkət etməsinə,danışmasına reaksiya verə bilmədiyimdən yenidən gözlərimi qapamışdım..Bədənim sanki ağır bir yük daşımış kimi yorğun düşmüşdü..Bu dəfə yenidən gözlərimi açanda Ziyad yenə baş ucumda oturub mənə dalğın baxışlarla baxırdı..Gözümü açmağıma inanmayaraq otaqdan çıxıb həkimi çağırıb gəlmişdi.Bu dəfə həkimin dediklərini duyduğumdan səsimiiçıxara bilməsəmdə başımı yelləyib reaksiya verirdim..Yoxlanışlarını bitirdikdən sonra həkim ürəkdən nəfəs alıb vermişdi.
-Qızım bizi çox qorxutdun.
-.............
-.Böyrəyinin təzyiqi qalxdığı üçün oyana bilmirdin.24-saatdı yatırsan..
-Oğlum,..oğlum.-axır bu bir kəliməni iki dəfə söyləyə bilmişdim..Həkim oğlun tam sağlamdı narahat olma,indidə şirin yuxusundadır anası-deyib gülümsəyərək yenidən təzyiqimi ölçürdü..
-Qızım mən sənə əvvəldən dedim əməliyyatla olsaydın heç belə olmazdı.Doğuşa gücün çatsa da bədənin çox zəiflədi.-bütün yoxlanışları bitirəndən sonra ürək rahatlığı ilə çıxıb getmişdilər.Bayaqdan dinib danışmayan Ziyad hələdə susqun idi.Onu yenə qorxutmuşdum..Bir insan üçün sevdiyini itirməsi nə demək idi gözəl anlamışdım.Əlindən tutanda yanıma oturub qucaqlamağı ilə kövrəlmişdim.Belə gözəl insanın qismətimdə olmasına görə Allaha nə qədər şükür etsəm az idi..Bir-birimizi incidib dalaşsaqda,küsüb dindirməsəkdə ürəyimiz hər zaman bərabər döyünmüşdü.Bunu bu gün gözəl dərk etmişdim.Oğlumuzun doğulmağı ilə həyatımıza yeni səhifə açılmışdı və biz bu səhifədə bir birimizi qoruyaraq,incitmədən,yanında olaraq xoş qədəmlərimizi tariximizə yazacaqdıq.Ümidimiz bizim gələcəyimizə,xoş günlərimizə ümid olaraq göndərilmiş bir mələk idi..O bizi,biz onu qoruyacaqdıq..

40-gün sonra......
Bu gün oğlumun 40-ni çıxarmışdıq.Sabah onun şərəfinə qohum,tanışlar üçün restoranda kiçik qonaqlıq edəcəkdik.Bu günlərdə iki qısqanc oğlanın əlində qalmışdım.Ziyad mənə yaxınlaşan kimi həyassız oğlumun qışqır bağırı evi bürüyürdü.Və biz bu səs üçün ömrümüzü belə verməyə hazır idik.Sabah üçün aldığım uzun,mavi donu Ziyad bəyənsədə yenə qısqanclıq damarı üzərində idi.
-Daha açığını tapa bilmirdin?..bu çox qapalıdı-donumu görəndə danışaraq başımı aparsa da istədiyimi edəcəkdim..Mənim həyatımın yoldaşının bir tək qısqanclığı işləri korlasa da atalar demiş “ Hər gözəlin bir eybi var”..

İnci......
Salam dəyərli oxucular..Əvvəla Zəmişimə çox sağolumu bildirirəm.Həyatımı yazaraq ən böyük əziyyəti o,çəkdi.İkinci növbədə isə siz oxuculara təşəkkürümü bildirirəm oxuduğunuz üçün.Bəzən ağlatdıq bəzən güldürdük,bəzən əsəbləşdirdik..Rəylərinizdən görürdüm sakitliyimi qınayanlar oldu.Heçnə demirəm hərənin düşüncə tərzinə hörmətim var.Qızlar hamınıza bir məsləhətim var:Qarşınıza kimsə çıxanda onu tanımadan yox deməyin.Çalışın tanıyın,gec olmadan tanıyın ki əziyyət çəkməyəsiniz.Pis hadisələr baş vermədən,xoşbəxtlik sizdən qaçmadan və səbr edin,səbr edinki Allah sizə ən yaxşını nəsib edəcək.Səbr elədim,bağışlamağı bacardım.Allahda məni qiymətləndirdi..Ziyad mənim xoşbəxtliyim,həqiqi mənada Qaçdığım Qismətim oldu və nə yaxşı kidə oldu.Mən onu yaxşısı ilə pisliyi(qısqanclıq) ilə qəbullandım.Sizdə çalışısn sevginizdən,qismətinizdən qaçmayın.Hamınıza gözlənilən qismətinizi arzulayıram..

Bir hekayənin daha sonuna ggəldik) İnşAllah yenə yeni bir hekayəylə qarşınızda olacağam)


Geri dön

Limon qoxusu

  • 1 yanvar 2018 02:19
  • Məqalə: 267
  • Şərh: 1616
  • Bal:
Hekayə ücün təşəkkür

aytc.sza

  • 24 dekabr 2017 17:16
  • Məqalə: 294
  • Şərh: 1968
  • Bal:
{awards}
ilk once hekayenin finalina uzuldum.. amaki sonu xowbextlikle bitdiyi ucunde ayrica sevindim.. bugune qeder oxudugum en gozel hekayelerden biri idi, bitmesini hec istemediyim.. cox gozel hekaye oldu emeyinize saglig)

--------------------

Jesicca

  • 24 dekabr 2017 15:48
  • Məqalə: 67
  • Şərh: 663
  • Bal:
{awards}
thank you..

--------------------


Darling

  • 24 dekabr 2017 14:04
  • Məqalə: 694
  • Şərh: 12565
  • Bal:
{awards}
HEYİF FİNAL OLDU MARAQLI HEKAYƏ İDİ
SONU YAXŞI BİTDİ

--------------------
http://mail.mp3.legend.az/user/imza/
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 33
Cəmi: 98

 

Top 10 Müəllif

^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 775
 
 
{slinks}