Qaçdığım Qismət (Real) Bölüm 25

 
Qaçdığım Qismət (Real) Bölüm 25


Müəllif-Milady Ovod

Gecə onunla daha danışmayaraq yanımda yatmağına heçnə deməyib yuxuya getmişdim.Səhər oyanarkən gözlərimi açanda onu seyr edən zaman qaşlarının düyünü yatanda belə açılmırdı.Simasının ciddiliyi yuxuda olanda belə dəyişmirdi,bilmirəm işinə görə belə idi yoxsa mənə elə gəlirdi.İzləyərkən oyandığını görən kimi arxamın çevirib gözlərimi yumsamda oyaq olduğumu anladığı üçün özünə çəkərək yaxınlaşdırıb qucaqladı.Bir müddət ikimizdə dinib danışmyaraq susqunluğumuza bürünməyimizi Ziyad səsi ilə aradan götürmüşdü..Qulağıma toxunaraq oxuduğu mahnının sözlərinə bütün bədənim boşaldı.
-Sən bir Mələksin.
Her şey demeksin.
Tut hep elimi...Vazgeçilmezim.
Bu romantikliyi gözləmədiyimdən ağzım açıq qalaraq eşitdiklərimin təsirində idim.Onu sevməsəmdə mənə qarşı olan bu duyğularına qarşılıq verə bilməsəmdə yeri məndə böyük idi.Keçən zaman ərzində məni özünə necə bağlamışdısa həyatımın tam ortasını zəbt etmişdi.indi bu hərəkətinə görə mənə dəli ağlamaq güc gəldiyindən özümü ələ alaraq dolmuş gözlərimi yumub üzümü ona çevirdim.Bununlada İncikliyimi,küsülülüyüm keçib getmişdi.Mən belə idim..Ediləni unutmasamda üstündən keçməyi bacarıb bağışlaya bilirdim.Sən axı məni bu qədər niyə sevdin?.Qorxuram bu sevginə qarşılıq verə bilməməkdən,qorxuram özümdən.Mən incindiyim qədər səndə mənimlə bərabər yanırsan sevgində..Elə bil bir alovun içindəyik və bir birimizi bu atəşdə yandırırıq..Səsli söyləməsəmdə əmin idim ürəyimdən keçənlər gözlərimdən oxunurdu.Onun mənə həsrətlə baxan parlayan gözlərinin içində özümü gördükcə utanırdım.-Bağışla-ürəyimdə deyib gözlərimi yumanda bərk qucaqlayaraq sinəsinə sıxıb saçlarımdan öpərək gözlərini yumanda məndə yatdım.
Oyananda onu yanımda görməyəndə işə getdiyini bilib ayağa qalxaraq evlərə əl gəzdirməyə başladım.Günortaya kimi işlərimi bitirib yemək yeyəndə özünü nahara çatdıra bilmişdi.Bərabər yeyən zaman anasının zəng etməyi ilə telefonu açıb danışanda verdiyi cavablara acığım tutmuşdu.Qaynanamın qardaşı qızının toyu üçün Dağıstana gedəcəkdilər və mənidə aparmaq istəyirdilər deyəsən.Ziyad isə işinə görə gedə bilməyəcəyimizi söyləyəndə qaynanam təkid edərək mənidə aparmaq istədiyində icazə verməyib söhbəti bağlayaraq telefonu söndürdü.Üzünə əsəblə baxıb masadan qalxaraq boşqabımla qonaq otağına gedib oturub orda yeməyə başladım.Mənim fikrimlə maraqlanmadan qərar verməyinə acığım tutmuşdu.Onsuz həmişə onun dediyi olurdu,qərarlarına tabe olmaqdan başqa bir şey etmirdim.Nə olardı bu dəfə mənim fikrimlədə maraqlansaydı.
Payızdan qış fəsilinə keçid dövrü olduğu üçün hava adətən yağışlı,tutqun olurdu.Bu gün isə gözəl gün çıxdığından evdə oturmaq istəmirdim.Ziyada zəng vurub həyətə düşmək istədiyimi desəm icazə verməyəcəkdi bilirdim amma yenədə bəxtimi sınayacaqdım.Bəlkə şeytanın ayağını sındırıb icazə ala bildim?.
-Ziyad?
-Buyur İnci,de görüm nə istəyəcəksən-mənimlə tələskən danışdığına görə işləri çox idi.
-Şey...bu gün hava çox qəşəngdi.Evdə oturmaq istəmi..-sözümü yarım kəsdi.
-Yaxşı sən hazırlaş Əzizə zəng edəcəm gəlib səni bizə aparsın-mən həyətə düşməyi arzulayarkən yenə mənim adıma qərar verərək icra edirdi.Qaynanamgil məhlə evində olduğu üçün çöldə gəzə biləcəyimdən daha heçnə deməyib razılaşdım.Yarımsaat sonra Əziz gəlib məni evlərinə qoyub dərsinə qayıdanda tələbəlik illərim lap yadıma düşmüşdü.Baharı burda görmədiyimə sevinməmişdim desəm yalan olardı.Qaynanam Dağıstandakı qohumların məni görmək istədiklərini onun üçündə aparmaq istədiyini deyərək oğlunu mənim razı salmağımı istəyirdi.
Hava gözəl olduğundan heç evə çox girməyib günün altında bağda gəzərək Ziyad gələnə kimi başımı qatmışdım.Maşınını darvazadan içəri salanda məni axşamın sərin havasında çöldə görərkən qaşqabağı yerlə gedirdi.Üzərimə geyindiyim gödəkcəmi qucaqlayaraq çardaqda oturmağıma yanıma gələrək qaldırıb boynumdan qucaqlayaraq buz olmuş yanaqlarımdan öpmüşdü.Birliktə içəri keçəndə üşüdüyümün indi fərqinə varırdım.Mətbəxdə ikimizə çay süzüb masaya qoyanda sözə başlamağımın tam yeri idi.
-Ziyad bəlkə bizdə anagil ilə toya gedək?..Həm ordakı qohumların bizi çox görmək istəyirlərmiş həmdə mənədə oralar maraqlıdı.
-İşimlə düz alınmır yoxsa gedərdik.-ağzımı açmaq istəyəndə qaynanam gəldiyi üçün o söhbətimizə müdaxilə etmişdi.
-Yaxşı onda qoy İnci bizimlə getsin.Hanı bizim yeni gəlinimiz,niyə gətirmirsən bura deyə xalan hər dəfə telefonda məni öldürür.
-Mən getmirəmsə o,da getmir.
-Belə tərslik niyə edirsən bizimlə gedir tək olmayacaq.
-Olmaz dedim!..Mən harda İncidə orda.-çayını içib mətbəxdən çıxdı.
-Bu oğlan belə tərslikdə kimə oxşadı bilmirəm..-qaynanam biz gedənə kimi ona nə qədər dil töksədə olmaz deyib sözündən dönməmişdi..Axşam yeməyimizi yeyəndən sonra evimizə qayıdıb yatanda birdə mən onu razı salmaq üçün danışmaq istəyirdim.
-Məndə onlarla getmək istəyirəm desəmdə icazə verməyəcəksən Ziyad?-yerimizə uzanandan hərəmiz öz yastığına başını qoyub bir birimizə baxırdıq.O,yorulduğundan gözlərini yumsa da yatmadığını bilirdim.
-Mən orda yoxamsa sənin nə işin var.-ciddi tonda deməyinə dinə bilməyib baxırdım.Məndən səs çıxmadığına yenidən danışmağa başlamışdı-sənsiz mən burda qalan deyiləm.-gözlərini açaraq əlini belimə dolayıb aramızda olan məsafəni yox edərək nəfəs nəfəsə idik-Evə gələndə səni görməsəm özümü birqəribə,pis hiss edirəm.Səni qucaqlamadan yatmaq istəmirəm-danışdıqca üzümə dəyən nəfəsindən ağlım uçub gedirdi.Dodağımdan kiçik öpüş alıb alnını alnıma dayayaraq burnumdan öpüb özünə çəkərək səhərə kimi sinəsindən ayırmamışdı.Gecələr belə olan insan niyə gündüzlərdə belə olmurdu?..Qaynanagil ilə bərabər Dağıstana çox getmək istəyirdim amma bu dediklərindən sonra daha söz demək mənə düşmürdü.
Səhər qaynanamgil hazırlaşıb ailəliklə toya getmişdilər.Mən isə arzumun ürəyimdə qalmağı ilə pis olaraq evdə boş-boş dolanırdım.Evdə oturmaqdan darıxıb anamgilə getmək istəyirdim.Nahara evə gələndə bunu ona deyəndə razılaşmışdı.Gecənidə orda qalmağımı deyən zaman isə icazə verməyəndə səsimi başıma atmışdım.
-Bütün günü evdə təklikdən partlayıram.Bir yerə getdiyimdə yoxdur.
-Aparıb qoyaram səni amma qayıdanda özümlə gətirəcəm.
-Mən bir gecə qalmaq istəyirəm.-bilmirəm hormonlardan idi ya başqa nədənsə əsəblərim tamam qalxmışdı.Ailəsi ilə Dağıstana getməyədə qoymadı indi də bu istəyimə yox deməyinə əsəb qarışıq pis olurdum.
-İnci dedim olmaz!-sözünü deyib yenə öz qərarını verərək məni düşünmürdü.Daha heçnə deməyib divanda gözlərimi bir nöqtəyə dikərək əsəbləşməməyə çalışırdım.Yeməyini bitirdikdən sonra yanıma gəlib hazırlaş çıxaq deməyinə getmirəm deyəndə məni dilə tutaraq könlümü almağa çalışsa da alınmamışdı.O,gedəndən hirsimi ağlamaqla çıxararaq mətbəxi səliqəyə salıb oturmuşdumki qapının döyülməyinə monitorda nənəni görəndə sevinərək qapını açıb onu öpüb qucaqlamışdım.
-Ay qızım cavan yaşımda o dünyalıq olacam.-bərk qucaqladığımın fərqinə varıb ayrılaraq içəri qonaq otağına apardım.-Necədi mənim gözəl gəlinim?
-Yaxşıyam nənə əsas sən necəsən?
-Dayan görüm sənin gözlərin niyə qızarıb yoxsa ağlamısan?
-......................
-Yenə səni ağladıb o babasına oxşayan..Nə edib?.Əli qurumasın onun yazıqdı.Gül kimi qız alıb indidə ağladır.
-Nənə çox qısqanclıq edir..Öyrəşməyə çalışıram dedikcə alınmır.Dözə bilmirəm daha-nənə ilə aramız hamıdan çox yaxşı idi.Mənimlə arası elə açıq idi ki onun yanında sıxılmırdım.Ürəyimi rahat bölüşəcəyim az insandan biri idi..Bəlkə də həyatlarımız bir birinə oxşadığı üçün belə yaxınlığımız alınırdı.
-Qızım səbrli ol hər şey zamanla yerinə oturacaq...Baban məni toyuma bir həftə qalmış qaçırıb öz yoldaşı etmişdi.Toyuma hazırlaşanda gözümü açdım başqasının evində,bir başqasının gəlini olmuşam amma indi?..Bax ətrafımıza,övladlarımız,nəvələrimiz var.Sözümün canı odur ki qızım səbrli ol.
-Nənə bacarmıram.Qısqanclıqları ilə hər şeydən məni uzaqlaşdırır.
-Ay qızım nə istəyirsən ayrılmaq?..Bu halınla necə edəcəksən.Balam ailə qurmaq asandır amma onu bir ömür saxlamaq çətin.Ailəni qoruyan ən böyük varlıqda qadındır.-nənə öz balası kimi məni başa salaraq nəticəsi ağır olan qərar qəbul etməyimi istəmirdi.Onu gözəl anlayırdım.Mən sadəcə Ziyaddan biraz uzaq qalaraq nə qısqanclıq nə də qadağalar istəmirdim.
-Yox nənə bizdə alınmır.-nənə başıma ağıl qoymaq istəsədə dediyimdən dönmədiyimi görürdü.
-Gəl gedək bizdə qal...Babanda Dağıstana gedib məndə tək qalmamış olaram.
-Gələrdim sizinlə amma Ziyad bilsə qoymayacaq.
-Bizdə ona demərik-üzgün sifətimə nənənin dediklərindən sonra işıq gəlmişdi..Razılaşıb özüm üçün vacib bir iki paltarrımı çantaya yığıb bərabər evdən çıxıb getdik.Telefonumuda dibindən söndürüb əl çantama atdım.Ürəyimdə Ziyadın qorxusundan narahatlıq olsa da tək qalacağım üçün birazda rahatlıq var idi.Uzaq qalmaq həm mənə həmdə ona yaxşı gələcəkdi.
Nənə ilə evə keçib özümüzə çay qoyub yeməyin altını yandırdıq.Söhbət edərək çayımızı içib,yeməyimizi yedikdən sonra istirahət üçün otağıma çəkildim.Yatıb oyananda hava qaraldığından içimdə olan qorxu ilə qulağım qapıda qalmışdı.Mənə elə gəlirdi bu dəqiqə Ziyad bura gəlib dalaşaraq məni aparacaqdı.Ehtiyatla otaqdan çıxıb evə baxanda əlində yun toxuyan nənəmdən başqa evdə heç kim yox idi.O,da məni görən kimi ürəyimin bir şey istəyib istəmədiyini soruşaraq gülümsəmişdi.Yuxudan yeni oyandığım üçün aclıq güc gəldiyindən mətbəxə gedib yemək yedikdən sonra maraqla nənənin yanında oturub hörgüsünü izləyirdim.
-İstəyirsən sənədə öyrədim?-başımı hə mənasında silkələyəndə atdığı hər ilməyi izah edərək öyrətməyi bacarmışdı..Başımız buna qarışdığından ayılanda saat 10 olmuşdu..Ağlımın bir kənarında indi görən Ziyad nə edir?,dəli olmuş olar kimi fikirlər dolandığından nənənin telefonundan Nərminə zəng etdim.
-Alo nənə can.
-Mənəm İnci Nərmin..
-Sən hardasan səhərdən?..Ziyad dəli olub burda axtarmadığı yer qalmayıb.
-Sakitləş Nərmin nənəgildəyəm.Biraz tək qalmağa ehtiyacım vardı sağolsun nənə belə məsləhət bildi.-danışaraq onu sakitləşdirib yerimi heç kimə deməməyini bərk bərk tapşırıb sağollaşdıq.İki gün tamam sakitlikdə nənə ilə bərabər başımı dinc keçirmişdim.Mətbəxdə günorta yeməyini hazırlayanda radionun səsindən çöl darvazanın açıldığını duymamışdım.Başım yeməyi hazırlamağa qarışdığından qolumda əl hiss edib diksinərək geri çevriləndə Ziyad qarşımda idi.
-Sən?.-qolumdan bərk yapışmağına əsəbi olduğunu anlamamaq mümkün deyildi.
-Gəl gedirik!-
-Getmək istəmirəm-ona dirənib qolundan çıxmağa çalışsamda alınmırdı.Qorxumdan dəli kimi ağlayaraq buraxmasını istəyirdim.
-Getmirsən?
-Yox..mən burda qalmaq istəyirəm-burnumun,gözümün suyunu axıdaraq bunu deyəndə qolumu əllərindən azad edib əsəbdən partlayaraq çıxıb getmişdi.Mən isə ağlamağımı saxlaya bilmədiyimdən yerə çöküb hönkürürdüm.Nənə evə keçəndə məni belə görüb qorxaraq yerdən qaldırıb su içirdi.Ziyadın yerimi necə öyrəndiyini Nərmin zəng edəndə onun halına ürəyi dözməyib dediyini boynuna almışdı.Özümə gələndən sonra telefonu açanda mesaj,zənglər gəlmişdi.Mənlə dalaşmayan Murad bu hərəkətimə görə telefonda məni o ki,var danlayıb dalaşmışdı.Ondan və Ziyaddan başqa evdən getməyimi görünür başqa bilən olmamışdı.Gecə ağlamaq gəlsə də ürəyimdən,ələ alaraq özümü yuxunun qollarına təslim etdim.Onun məni tapandan sonra aparmamağı təəccübümə səbəb olmuşdu amma heç vecimə deyildi.
Beləcə yenə iki günü geridə qoyaraq kitab oxumaqla,ev məhlə evii olduğundan gözəl meyvə ağacları,güllər,toyuq-cücələr olduğundan onlara dən verərək məşğul olmaqla başımı qatırdım.Ziyaddan hələ də səs çıxmaması çox qəribə idi.Yəqin nənə onunla danışıb mənə bir müddət yaxın durmamasını tapşırmışdı.Amma bu Ziyad idisə çətin razılaşardı.
Nənə ilə bekarçılıqdan darıxanda qonşuya getməyi təklif edən zaman məndə razılaşıb qoluna girərək evdən çıxdıq.Getdiyimiz ev sakit bir ailə olduğundan orda olan balaca qız uşaqlarını görəndə qanım qaynamışdı.Çox ünsiyyətcil olduqlarından mənimlə mehribanlaşıb yanımdan ayrılmırdılar.Qızların məni belə çox bəyənməklərinə gülümsəyib onların könüllərini xoş etmək üçün saçlarını darıyaraq sadə hörmüşdü.Qırmızı yanaqlarından dişləməmək üçün özümü birtəhər saxlayırdım.Hava qaralırdı deyə samovar çayımızıda içib ziyarət qısa olsa yaxşıdır deyib evə qayıdırdıq.Getdiyimiz qonşunun evi nənənin evindən bir tin qədər kənarda idi.Yəni çox uzaq deyildi.Qapının ağzına çatmağımıza az qalanda Ziyadı görüb diksinərək nənə ilə bir birimizə baxırdıq-bu burda nə edir görən?-çiynimi çəkərək dinməyib qapıya doğru getdik.
-Yenə qızın baş beynini aparmağa gəlmisən?
-Yox,qızın özünü aparacam.O,çıxıb xətdindən öz başına işlər görür.-sonuncu cümləsində qonşuya getdiymə eyham vurduğu açıq aşkar bəlli idi.Qorxumdan nənənin qolundan bərk yapışaraq arxasına keçib –nənə mən getmək istəmirəm.-deyəndə -İnci gözləyirəm!!.Get çantanı götür gəl!-səs tonundan qorxaraq,ayaqlarım əsə-əsə gedib götürüb gəlmişdim.Mən gələndə nənə ilə söhbət etməklərindən belə başa düşürdümki onun başına ağıl qoyurdu.Məni görəndə çantamı əlimdən alaraq oturmağıma kömək edib sonra da özü oturub maşını işə salmışdı.Pəncərədən nənəyə əlimin içini öpərək əl etdikdən sonra havadan öpüş atıb mənə baxan simasına gözlərim dolmuşdu.Bu qadının ürəyinə heyran idim.Yolboyu heç birimiz dinməsəkdə onun əsəbi olmasını rolu bərk tutduğundan hiss edirdim.Evdə məni nələrin gözlədiyini az çox təxmin etmək çətin deyildi.


Geri dön

aytc.sza

  • 22 dekabr 2017 20:52
  • Məqalə: 294
  • Şərh: 1968
  • Bal:
Ziyadin qsqanclgi olmuyada wink

--------------------

Limon qoxusu

  • 22 dekabr 2017 08:29
  • Məqalə: 267
  • Şərh: 1616
  • Bal:
{awards}
Hekayə ücün təşəkkür

Darling

  • 19 dekabr 2017 19:44
  • Məqalə: 694
  • Şərh: 12581
  • Bal:
{awards}
Ziyad da ağ ədibə ora getmə bura getmə qısqanc ol ama bu qədərdə yox uje Ziyad əvvəldən əsəbimi oynadib

--------------------
http://mail.mp3.legend.az/user/imza/

http://mail.mp3.legend.az/user/imza/

Jesicca

  • 19 dekabr 2017 18:16
  • Məqalə: 67
  • Şərh: 663
  • Bal:
{awards}
hekaye ucun tesekkurler

--------------------


İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 49
Cəmi: 100

 

Top 10 Müəllif

^^KuKuLKa^^
Xəbərləri: 4
Cəmi: 775
 
ARCUN
Xəbərləri: 3
Cəmi: 58
 
The Shield
Xəbərləri: 2
Cəmi: 561
 
 
{slinks}