Qaçdığım Qismət (REAL) Bölüm 23

 
Qaçdığım Qismət (REAL) Bölüm 23


Müəllif-Milady Ovod

Arada sürən qısa səssizlik Ziyadın danışmağı ilə pozulmuşdu.
-Bəli güclə qaçırdım amma peşman deyiləm..Yenə olsa yenə edərəm..Mənim üçün hər işdə əsas nəticədi sizdə nəticəyə baxın.
-Əgər nəticə dəyişsə bizdən inciməyin-əmimin araya girməsi ilə ürəyimin sürətli döynütüsündən bu dəqiqə özümdən gedəcəyimi düşünürdüm.Ərşadın kiçik oğlu Sənan yanıma gələrək qucağıma oturmuşdu.5 yaşı olsa da çoxbilmiş uşaq idi.
-İnci Ziyad da yatanda səni qucaqlayır?.-Sənanın dediklərinə necə utanmışdımsa yerin parçalanıb məni içinə almasını istəyirdim.Atasının bu qədər zəhmli olmasına baxmayaraq bu uşaq heç ona oxşamırdı.
-Əmi qurban sən gəl bura-Murad məndən alıb öz qucağında oturtdu.
-Əmi sən niyə qucaqlayırdın bəs bibini?-hamı bu balaca oğlana görə tutulub qalmışdı.
-Xəyalə gəl oğlunu apar!-Ərşadın səbri daşdığından yoldaşını çağırmışdı.Yeməklərdən sonra çay süfrəsi qurulanda ürəyim dolmalarda qaldığı üçün mətbəxə keçib qazanı açaraq boşqabımı doldururdum.Masaya oturanda böyük qardaşımın gəlməyi ilə hörmət əlaməti olaraq ayağa qalxıb qarşısında dayandım.Onun gəlməyi ilə Xəyalə bizi tək qoyub otaqdan çıxdı.
-Otur yeməyini rahat ye.-cavab vermədən yerimə əyləşib ona baxırdım.
-İnci sən bizim tək bacımızsan.Səni almağa gələndə gərək deməzdin özün qaçdığını,bizimdə dilimiz gödək olmazdı.-danışaraq kövrəlib əlini əlimin üstünə qoyanda mənim gözlərim ondan əvvəl dolmuşdu.Ziyad məni qaçırıb məcbur edərək olanda qaynatamgil ailəmə qızın öz istəyi ilə qaçdığını demişdilər.Onlarda buna inanmışdı.- Daha olan olub həmişə arxanda olmuşuq indidə arxandayıq.Arada söz söhbətlər olsa da indi keçib getdi.Bəlkə də səninlə çox yaxın olmayıb sərhəd saxlamışam amma bilki məndə yerin çox böyükdü.Körpə olanda anam işə gedirdi həvəslə yeməyini özüm yedirmək üçün dərsdən qaçaraq gəlib məşğul olurdum.Sənin bir oyuncaq üstündə ağlamağına belə qıymırdım.Ağlamayasan deyə Kənanla başını qatmaq üçün çıxarmadığımız hoqqalar qalmırdı.Üç qardaş üçümüzündə göz bəbəyisən bunu yaddan çıxarma.Mənim bir bacım var onu da qoruya bilməyəcəmsə niyə yaşayıram-özümü saxlaya bilmədiyimdən ağlamağıma yerindən qalxıb mənidə qaldıraraq qollarını açıb qucaqlamışdı.-İnci düzünü de incitmirlər?.Baxma hamiləsən əgər istəyirsənsə burda qal Ziyaddan qorxub eləmə..Mən hələ ölməmişəm səni tək bilələr.
-Mən yaxşıyam narahat olmayın..-“Mən yaxşıyam” cümləsinin altında nələr yatırdı bir mən bilirdim.Həyatımdan çox şikayətçi deyildim.Demək qismətimdə bunlar varmış yaşamalı idim yaşadım.Məni sıxan bir tək Ziyadın hər xırda şey üstə etdiyi qısqanclıqlar idi.Bu qısqanclıqları məni ona yaxınlaşdırmaq əvəzinə soyudurdu.Onu başa düşməyə çalışsamda dəyişməyəcəyini görürdüm.Belə sıxılmağa mən öyrəşməmişdim.Bəlkə də zamanla xarakterinə alışacaqdım əgər beynimdən o gecəni silmək mümkün olsaydı.
Birazda oturduqdan sonra sağollaşıb evimizə qayıtmışdıq.Bu gün üzərimdən ağır bir yükün götürüldüyünü hiss eləyirdim.Ailəmlə aramın düzəlməsinə görə ürəyim rahatlamışdı.Gecə yerimizə girəndə onu birinci özüm qucaqlayıb başımı sinəsinə qoydum.Bu hərəkətimin səbəbini anladığı üçün saçımdan öpərək qollarını üzərimdə bərkitmişdi.
-Bu gün arada olan kiçik gərginliyin davaya çevrilməsinə imkan yaratmadığın üçün çox sağol.
-Onlar sənin ailəndi İncim,nə qədər əsəbi olsamda sənin üçün pis olan bir şey etmərəm.
Ah Ziyad nə olar məni düşündüyün qədər bu qısqanclıqlarınla da baş edə bilsən.Səni tanıdıqca,daxili aləmini gördükcə heyran qaldığım anda məni bu qısqanclıq hallarınla özündən soyutmağı bacarırsan.

Günorta hazırlaşıb ultrasəs müayinəsinə gedərək körpəmizin cinsini öyrənəcəkdik.Həyəcanla həkimin otağına girib suallarına cavab verdikdən sonra aparata salmışdı.Onun ürək döyüntülərini duyduqca içim qəribə olmuşdu.Mənim canımda bir can var olaraq böyüyürdü.Qadınlara bəzən zəif deyirlər amma məncə yox zəif deyilik.Qadınlar zəif olsaydı bir bədəndə iki ürək gəzdirə bilməzdi,qadınlar zəif olsaydı ana olmazdılar.
Ziyada baxanda gözlərindən axan xoşbəxtliyi görməyə bilməzdim.Sevincindən gözləri dolmuş halda bir mənə bir aparatda göstərilən uşağa baxırdı.
-Necə keçir günlərin?
-Çox ağrım olur,tez-tez halsızlaşıram
-Oğlumuz dəcəldi yəqin çox tərpənir.
Gülərək başımı aşağı yuxarı silkələyib hə demişdim.Oğlumuz olacağını biləndən yolboyu Ziyadın üzündən gülüş əksik olmamışdı.Elə hey gülərək ağlından keçən fikirlərlə başını yelləyirdi.Atasının oğlu deyə düşündüyünə əmin idim.Evə çıxmazdan əvvəl marketə girib ürəyim istədiklərini aldırmışıdım.Cipsi,şokolad yağı,duzlu,duzsuz çubuqlar..Bunların hərəsindən bir salofan almağıma mənimlə zarafat edirdi ki daha marketi boşaltdın.
Evə qalxan kimi üzərimi rahatlayıb cipsi,şokolad yağımı götürüb tv-e qarşısına keçərək bardaş qurub yerdən oturdum.Böyük cipsi paketini qucağıma alaraq maraqla serialı izləyəndə hamamdan çıxıb məni belə görməyi ilə gəlib yanağımdan dişləmişdi.Qorxub diksinməyimdən üçüncü dünya müharibəsini çıxarmışdım.Xassiyət cəhətdən sakit,mehriban,danışdırmasalar bəlkədə danışmayan insan idim.Hamilə qalandan bu yana tamam dəyişərək həyassız birinə çevrilmişdim.Tez inciyirdim,hər şey qəlbimə tez toxunurdu.İndidə dişləməyinə görə onu yumruqlayaraq hirslənib otağıma getmişdim.Küsdüyümü anlayıb gəlib yanımda yataqda oturaraq başını çiynimə qoymuşdu.Əlini qarnıma qoyaraq oxşamasına ağrımışdım.İçimi çəkməyimlə qorxaraq əlini geri götürüb narahat oldu.
Səhər yuxudan oyananda məni öpməyərək getdiyini görüb hirslənib küsmüşdüm.Gün boyu zənglərinə gec cavab verib onu dəli eləyərək sonda yatıram deyib axtarmamasını bildirmişdim.Hamiləliyimdə hədsiz çox yatırdım.Ziyad da bunu bildiyindən məni çox narahat etmirdi.Axşam o evə gələndə mısmırıqlı halda şokolad yediyimi görüb dillənmişdi.
-nəsə olub?
-heç nə
-bu gün ancaq yatmısan?
-hə bütün günü yatmışam başqa sözün?
-yox sözüm yoxdu-yazıq çaşıb qalmışdı.-yaxşı eləmisən yat,dincəl.-son cümləsinə səhərdən yığıb saxladığım küskünlüyüm artıq üzə vurmuşdu
-Sən elə məni yatırt səssiz çıxıb get.
-Mən neylədim ki elə?
-Heç adam yerinə sayma məni!.Məndə səni saymayacam,mini geyinəcəm,ürəyim istəyənləri geyinəcəm
-..................................-bu cür danışığımın adətən olmadığını bilirdi indi bu halımın tək səbəbi hormonlar olduğu üçün dinməyib susmuşdu.O,susduqca isə mən lap hirslənirdim.
-Daha məni öpüb işə getmirsən,heç öpmə.Get rahat işinə mən kiməm?.heç kim.
-Caaan...Gəl indi öpüm əvəzi olsun-yazıq gəlib öpmək istəyən şokoladlı qaşığı qabağa edərək mənə yaxın gəlməyini əngəlləmişdim.
-Gelmə,lazım deyil toydan sonra nağara kimi
Son cümləmə qəhqəhə çəkərək gülüb qonaq otağına keçərək işdən gətirdiyi sənədləri qarşısına tökmüşdü.
Axşam yeməyi üçün çölə çıxıb gələndə biraz aramız düzəlsədə naz edirdim.Yatağa uzananda onu əsəbləşdirməyi axır bacarmışdım.
-Mən səninlə yatmıram.
-İnci artıq ağ edirsən yer ayırmaq nədi.! –üstümə qışqırmasa da qaşqabağını töküb acıqlanmağına oturub gözümün yaşını tökürdüm.
-İstəmirəm də səninlə yatmaq-ağlayaraq gözümü silib arxamı çevirməyimə yaxınıma gəlib oturmuşdu.
-Küsmə,üzr istəyiirəm gəl barışaq.-uşaq kimi məni dilə tutmağa çalışırdı.
-Denən öküzəm.
-İnci!
-....................
-Yaxşı öküzəm.
-De öküzlük etmişəm.
-Öküzlük etmişəm.Barışırsan daha?
-Yerdə yatsan barışacam.
Daha cavab verməyib deyinərək əsəblə yerdə altına adyal və balınc ataraq yatmışdı.
Səhər oyananda yanımda görüb gecə necə oyanıb yatağa gəldiyini bilməmişdim.Onu seyr edərək xəyala daldığımdan oyanmağının fərqinə əllərini üzümdə hiss edəndə vardım.
Səhər o,işə gedəndən sonra yıxılıb yatmışdım birdə telefonun səsinə güclə qalxaraq cavab verəndə Ziyadın bağırtısına diksinmişdim.
-Sən hardasan?!.
-Yatmışdım.-çəkinərək dediyimdən səsim zəif çıxmışdı.Səhərimi onun kobudluğu ilə açmağıma isə gözlərim doldu.Sakit dayanıb səsimi çıxarmamğımdan kövrəldiyimi anlamışdı.
-İncim?
-....................
-İncim küsmə neçə saatdır yığıram açmırsan məndə narahat oldum.

Axşam mətbəxdə oturub dolma yeyərkən sakit qapını açaraq evə girdiyindən xəbərim olmadı.Arxadan qucaqlayıb boynumdan öpəndə dik atılmışdım.
-sən burda neynirsən?
-indi gəldim.
Belə sakit gəlməyi və məni öpmədən getdiyini xatırlayanda küskünlüyüm üzə çıxmışdı.
-Bununla ikinci dəfədir belə edirsən.-qollarından çıxıb gözlərimi süzərək yataq otağına keçəndə arxamca gəlib dayandırmışdı.
-De görüm nə etmişəm bilmədən?
-Niyə evə gizli kimi girirsən?-hirslənib əllərimi belimə qoyub lap hesab soranlar kimi dayanmışdım.
-Sən çox yatırsan dedim yatmış olarsan ona görə sakit girirəm qapıdan sən narahat olmayasan-əlimdən yapışıb qucağına oturdaraq gözlərimin içinə baxırdı.-Həqiqətən elədi,ağlını başqa fikirlərlə doldurma-dodağıma yapışmağı ilə az daha nəfəsimi kəsmişdi.
Bu gün qaynanam bizi evlərinə çağırmışdı.Ziyad işə gedəndə məni onlara qoyub axşam gələndə götürəcəkdi.Heç onlara getmək istəməsəmdə məcbur onun üçün gedəcəkdim.Mən əgər getməsəm Ziyad da ailəsinin yanına çox getməyəcəkdi.İstəmirdim onu ailəsindən uzaq salmaq.
Hazırlaşıb evdən çıxıb qaynanamgilə varmışdıq.Məni evə gətirib tənbehlərini edərək işinə qayıtdı.Hamı ilə salamlaşıb otağımıza qalxaraq üzərimə rahat paltarlarımı geyini mətbəxə düşəndə masada olan tortu görməyimlə gözümə işıq gəlmişdi.Hamiləliyimdə hədsiz çox yemək,şirniyyat düşkünü olmuşdum.Elə yaxınlaşıb özümə çay süzüb masaya oturarkən baldızım mane oldu.
-Birinci evləri sil sonra gəlib tortla çay içərsən-nəfsimin onu istədiyini bildiyindən məni bununla sınamışdı.Heçnə deməyib masadan ayrılaraq bu halımla üç mərtəbənin üçünüdə silib bitirmişdim.Yenidən qayıdıb mətbəxə keçəndə tortu görməyib gizlətdiyini anlamışdım.Bu hərəkətinə gözlərim dolaraq otağıma çıxıb uzandım.O qədər üzsüz deyildim məndən gizlədiləni,verilməyəni istəyim.Böyrəyimin təzyiqinə görə mənə ağır iş,çox əyilib qalxmaq olmasa da mən onun dediyini edərək evi silmişdim.Amma o isə məni ələ salaraq tortu masadan yox eləmişdi.Hamilə olmasam bəlkə də o tortu heç istəməzdim sadəcə indi hormonlardan idi ya nədən bilmirəm ürəyim çox şeyi istəyib,arzulayırdı.Elə bu zaman Nərmin yazaraq halımla maraqlananda bayaq olanları ona mesajla yazmağımla acıqlanmışdı.Baldızım arxasından demədiyi söz qalmamışdı.Tort alıb gətirim deyəndə razı olmayıb icazə verməmişdim ki baldızım bunu pis anlayar.Günümü yatmaqla başa vurub heç aşağıya düşməyib yemək belə yeməyib yatmışdım.Üzümdə istilik hiss etməyimlə Ziyadın gəldiyini anlayaraq gözlərimi açmağa çalışırdım.
-Nə tənbəl oldun-qucaqlayaraq əllərini belimdə gəzdirməyinə niyyəti pozduğu bəlli idi.
-Xoş gəldin-başımı sinəsinə qoymağımla saçlarımı oxşayıb öpmüşdü.Axşam yeməyini orada yeyib evimizə qayıdanda rahat nəfəs aldığımı başa düşürdüm.Həqiqətəndə insana öz evi kimi rahat yer yoxdur.Hamama keçib yuyunub çıxanda Ziyadın telefonuma baxdığını görəndə yadıma mesajları silmədiyim düşdü.Sifətindəki gərginlikdən onları oxuduğuna artıq əmin idim.Gəlib yerimə uzanmağımla telefonu söndürüb kənara qoymağı bir oldu.
-Mən nə edəcəyimi yaxşı bilirəm!-dilinin altında deyərək arxasını çevirib gözlərini yummuşdu.Keyləşdiyimə görə cavab verə bilmirdim.Nə deyə bilərdim?..O,mənə heçnə deməyəndən sonra..
Səhəri gün səhər yeməyini yeyərkən qapı döyülməsinə Ziyad gedib açmışdı.Qaynanam və baldızımı burda görməyi heç gözləmirdim.Qarşılarına çıxıb görüşdükdən sonra qonaq otağına keçmişdilər.
-İnci bu gün çox ağrıyır evləri yığışdıra bilməyəcək,Sura sən bütün evi tərtəmiz edirsən.
-Mən?
-Hə sən!..
-Ana dünən bişirdiyin o tortdan istəyirəm edə bilərsən?
-Hə ana qurban niyə etmirəm,edərəm sənin üçün..
Onların dialoqlarına ağzı açıq baxaraq nə baş verdiyini başa düşməyə çalışırdım.Deyəsən Ziyad Nərminə yazdığım bütün mesajları oxumuş və indidə bunları etmişdi.Sura işə başlayanda ona kömək etmək üçün evin tozunu almaq istəyəndə ağrıyarsan deyib Ziyad icazə verməmişdi.Qaynanam isə mətbəxlə məşğul olaraq tortu hazırlayıb hələ üstəlik başqa şirniyyatlarda bişirmişdi.Onları işləyərkən mənim belə boş dayanmağımın pisimə gəldiyini baxışlarımdan anlamışdı ki gözlərində gördüyüm təhdid bəs etmişdi susmağıma.Dözməyib Suraya işlərində yüngülvari kömək edəndə Ziyad da qonaq otağında öz işi ilə məşğul idi.Axşama kimi işlərini bitirib gedəndən sonra Ziyada gözlərimi süzdürüb başımı yelləyəndə əhəmiyyət verməyib tv-sini izləyirdi.Mətbəxdə oturub bütün şirniyyatların dadına baxaraq ürəyim istəyən qədər yemişdim.Arada Ziyadın gəlib zarafat etməyinə acıqlanaraq əlimi saxlayanda sonradan dözməyib yenə yeyirdim..Belə çox yesəmdə mənim üçün elə də problem yaratmırdı bir tək çəkimi artırırdı.
Gecə necə bərk yuxuya getmişdimsə başımın ağrısına görə oyana bilmirdim.Keçib gedər deyə düşünərək onu da narahat etməmişdim.Ağrılar artıdığından,istilənməyimə halım dəyişdiyini anlayırdım.Ziyadı oyatmaq istəyəndə özümdən getdiyimdən daha heçnə xatırlamırdım.

Hara qaçırsan?.Dayan..Məni də gözlə..-yaşıl çəmənlik,ağ buludlar,mavi səma..Otlar üstündə mən və kiçik bir oğlan..O qaçaraq məni də ardı ilə aparmaq istəyirdi mən isə arxamda dayanan Ziyadı tək qoymamaq üçün arada qalıb dayanmışdım.Uşağı səsləyərək mənimlə gəlməsini istəyəndə başını yox mənasında yelləyib əlimdən tutanda eyni zamanda Ziyad da digər əlimdən tutdu.Bir uşağa bir Ziyada baxanda nə edəcəyimi bilmədiyimdən gözlərim dolmuşdu.


Geri dön

Nergiz__Sirinova

  • 19 dekabr 2017 12:30
  • Məqalə: 582
  • Şərh: 5526
  • Bal:
Hekayeye gore tesekkurler.

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 49
Cəmi: 155

 

Top 10 Müəllif

^^KuKuLKa^^
Xəbərləri: 4
Cəmi: 775
 
ARCUN
Xəbərləri: 3
Cəmi: 58
 
The Shield
Xəbərləri: 2
Cəmi: 561
 
 
{slinks}