Qaçdığım Qismət (REAL) Bölüm 21

 
Qaçdığım Qismət (REAL) Bölüm 21


Müəllif-Milady Ovod

Anamla Muradı görəndə yerimdə donub qalaraq baxarkən Ziyad onları içəri dəvət edərək yanıma gəlmişdi.
-İnci bax onlar gəlib bəlkə küskünlüyü kənara qoyub görüşəsən?
Zəif çıxan səsinə ayılmış kimi,anamın qarşısına keçərək qucaqlayanda dözməyib ağlamışdım.
-Qızım.-səsindəki kövrəkliyə dayana bilməyib gözümün suyunu axıdırdım.Bu qucaq üçün necə darıxmışdım bir Allah bilirdi.Anamın indi burda olması,məni qucaqlayaraq bağrına basmasına hər şeyi unutmuşdum.
-Yaxşı sakitləş.
-Bəlkə içəri keçək-Muradın sözünə ondan ayrılanda qapı ağzında dayandığımızı görüb qonaq otağına keçmişdik.
-Mən marketə düşürəm siz rahat söhbət eləyin- ayaqqabısını geyinərək qapıdan çıxmışdı.Ziyadın bu düşüncəli xasiyyəti ən bəyəndiyim cəhəti idi.Daima qayğıma qalaraq,məni anlamağa çalışırdı.
-Ana,atam gəlməyinə necə icazə verib?
-Bilmirəm qızım Ziyad gedib atana nə deyib deməyib gəldi dedi istədiyin vaxt qızını görə bilərsən.Məndə ilk fürsətdə gəldim.
-Yaxşı etdin darıxmışdım-içimdə yığılan küsülülüyü daha uzatmayıb mehribanlıqla danışaraq barışmışdım.
-İnci qaynanangil necədi,incitmirlər?
-Yox,narahat olma.
-Qızım çalış böyüklərin hörmətini saxla,.başımızı aşağı etmə.
-Atam məni bağışlamayacaq?.Bilirsiniz mənim günahım yoxdur,bu küsülülük nəyədir?
-İnci sənə demişdim səbr elə,biraz zaman keçsin atam bağışlayacaq-Murad boynumu qucaqladıqdan sonra göz vurmuşdu.
-Sən olmasan mən nə edərdim Murad?-Həqiqətən qardaşımın dəyəri,yeri məndə bambaşqa idi.İnsan çətin vəziyyətə düşəndə yıxılanda dostu,yaxınlarından kimin onun yanında olacağını görür.Mənim bu anımda Murad tək qoymayaraq arxam dayağım olmuşdu.Onu necə başqaları ilə bir tuta bilərdim?.
Anam atamın məni bağışlayacağını deyərək ürəyimə ümid salıb getmişdi.

Ziyad evə qayıdanda divanda oturub fikrə getməyimə yanımda əyləşərək qarşısına baxırdı.
-Çox sağol bunun üçün.
-Sağol deməyin üçün etmədim İnci.Sənə verdiyim sözü tuturam.-ikimizdə qarşımıza baxaraq danışırdıq.
-Anam dedi atamla danışmısan.
-Sənin xoşbəxtliyini qaytaracam demişdim.-qalxıb otaqdan çıxaraq hamama keçmişdi.Onu tanıdıqca,xasiyyətlərini kəşf etdikcə yanımda güclü birinin olduğunu dərk edirdim.Ziyad sözü bir dəfə deyirdi və sözünü yeritməyi bacarırdı,verdiyi sözü yerinə yetirməmişdə dayanmazdı.Bir ailə olaraq qadınlıq vəzifəmi yerinə yetirsəmdə içimdə ona qarşı sevgi olmadığı üçün pis olurdum.O,buna layiq deyildi.Mənə olan sevgisini,qayğısını gördükcə özümdən utanırdım.Hələ o yaşadığımız ilk gecəni unuda bilmədiyimdən nə qədər mehriban davransamda ağlımın bir ucunda silinməz yerə sahib idi.Həyat necədə qəribə idi.Səndə silinməz yara qoyan insandan nifrət etmək yerinə qayğısından,qarşılıq verə bilmədiyindən utanıb sıxılırsan.
Günlər axarı ilə keçib gedəndə məndə özümü toplamağı bacarmışdım.Bir tək məni sıxan evdə tək qaldığımdan darıxmağım idi.Gecə onun qollarında olarkən sözlərimi seçərək ürəyimdə özümə toxtaxlıq verib başımı sinəsindən qaldırmışdı.
-Ziyad.
-Haycan.
-Bir söz deyəcəm amma hirslənməyəcəksən.
-........................-bir qaşını qaldıraraq baxmağından artıq özümü itirmişdim.
-Evdə darıxıram işləmək istəyirəm.-qaşlarını çatıb dərin nəfəs almağından əsəbləşdiyini görürdüm.
-O məsələ bağlanıb!.
-Ziyad?.
-...........................
-uşaqdan sonra evdə tək qalanda divarlar üstümə gəlir,boğur məni.Nə olar gəl razılaş.Bilirəm mənə daha inanmırsan amma birdə səndən heçnə gizlətməyəcəm.-sonuncu cümlələrimdə gözlərimin dolmağına qıymayıb baxışları dəyişmişdi.-sən hansı işi tapsan orda işləyərəm,təki evdə oturmayım.
-Yaxşı-eşitdiyim cavaba sevinərək boynuna atılıb qucaqlayanda özündən ayırıb çoxbilmiş baxışlarını üzümə dikmişdi.
-Elə bu?
-...................
-Belə tez canını məndən qurtara bilməzsən-dodağımdan öpərək yatağa uzadıb üzərimdə yerini alaraq incə toxunuşları ilə gecəmizi keçirtmişdik.

Nərmingilin tezliklə toyu olacaqdı deyə böyük həvəslə,sevinc ilə hazırlaşırdım.Onun xoşbəxtliyini gördükcə məndə onun qədər çox sevinirdim.Həyatımın çətin anlarında yanımda olan qardaşım qədər Nərmində mənim üçün bacı kimi dəyərli idi.Toya görə don almağa gedəndə Ziyadın başıma açdığı qısqanclıq oyunları tamam əsəblərimi pozduğundan gün ərzində onunla danışmamışdım.Geyindiyim dona yox çox cəlb edici göstərir,nə bilim biraz sinəsi açıqdı,yox yaraşmır deyərək cin atına mindirmişdi.Sonunda razı salmağı bacararaq qırmızı balıq ətəyi platyanı aldıra bilmişdim.Nərminlə Elçinin nağıllara bənzəyən toyları olmuşdu.Nərmin onsuz çox gözəl adətən barbi kuklasına oxşadığından gəlinlikdə lap mələyə dönmüşdü.
Toydan sonra Ziyadın mənə tapdığı yeni işimə düzəlmişdim.Bir bağçada komputerlə bağlı masa işi olduğundan yarım günlük idi.Səhər gedib günorta nahar zamanı ya özü ya da qaynım götürərək evə qoyurdu.Bağça da qohumları və əsasən də qadınlar olduğu yer üçün burda işə düzəltmişdi.Həyatımda hər şey normal gedirdi bir tək onun qısqanclıqları olmayardı.
-Ziyad anama deyəcəm paltarlarımı göndərsin-paltar şkafını səliqəyə salanda o da yataqda uzanıb komputerində işi ilə məşğul olurdu.Neçə vaxt idi bunu ona hər dəfə demək istəyəndə unudurdum.
-Lazım deyil.
-Mən paltarlarımı istəyirəm.
-Nə istəsən özüm alacam,ordan paltar gətirməyini istəmirəm!.
-Axı Ziyad?
-İnci!-gözlərində və səsində olan xəbərdar edici tona görə səsimi çıxartmayıb işimə davam etmişdim.Kobudluğuna incidiyimdən paltarları səliqə ilə qatlayıb yerlərini dəyişərək ona baxmamağa çalışırdım.
-İnci mənə su gətirə bilərsən?-cavab verməyib mətbəxə gedərək bir bardaq suyunu gətirib verəndə əlimdən alıb digər əli ilə biləyimdən tutaraq yanına oturtmuşdu.
-Küsmüsən?
-.yox..
-İnci istəmirəm o geyimləri götürəsən.Nə istəsən mən alaram.
-.....................
-İncim?
-yaxşı- durmaq istəyəndə icazə verməyib biləyimdən bərk yapışmışdı.
-Niyə içinə atırsan,ürəyini mənimlə bölüşmürsən.Sən belə edəndə özümə nifrət edirəm.
Key kimi baxaraq gözlərimi üzünə dikmişdim.Onunla danışmağı bacarmırdıq.Mən içimə qapanıq olduğumdan özümdən asılı deyildi Ziyadla danışmamağım.
-Nə çox fikirləşdin-güümsəyərək əlimdən öpüb yanağına qoymuşdu.
-Mən.mən.
-Sən?
-Paltarlara görə incimədim.
-kobud danışdığım üçün qəlbinə dəydim?-başımı aşağı yuxarı hə mənasında yelləyəndə qucağındakı komputeri kənara qoymuşdu.
-Xasiyyətim belədi ürəyi təmizim-yanaqlarımı ovuclarına alaraq gözlərimin içinə baxırdı.Və təbii ki mən özümü yenə itirmişdim.Bilmirəm bu məndə qadınlıq hissini yaşadığıma görə idi ya onun gözlərində bir sehir vardı hər baxanda min məna görürdüm.
-Bilirəm qısqanclığıma,kobudluğuma görə səni çox incidirəm.Bağışla mələk qız-son sözünü pıçıltı ilə deyib bir nəfəs qədər yaxınımda dayanmağına gözlərimi qapamışdım.
-Səni sevirəm,sevirəm -dodaqlarıma toxunaraq yanaqlarıma düşüb boynumu elə zərif,həssaslıqla öpürdü nəfəs almağı unutmuşdum.-tək mənimsən,mənim qadınımsan.Sənin üçün ancaq mən varam -öpüşlərini gücləndirərək sinəmə enəndə nəfəsim çatmırdı sanki.Gecəni məni əzizləyərək qoynunda keçirtmişdi.
Səhər ondan əvvəl durub süfrəni qurduqdan sonra otağa qayıdanda görməyib rahat üzərimi geyinərək güzgü qarşısında durmağımla qapıdan qaşqabaqla məni süzməyini görmüşdüm.
-O köynəyi mən çıxarmamış dəyiş!-deyərək otaqdan çıxmışdı.Heçnə demədən üzərimə don geyinərək mətbəxə gəlib yerimə oturmuşdum.Yemək yeməyə başlamağımla onun səsinə dayanmışdım.
-Əyiləndə sinən görünür bu nədi!-səsində olan qəzəbdən diksinərək yerimdə donub qalmışdım.O,isə masadan qalxaraq qonaq otağına gedib çantasını toplamağa başlamışdı.Qorxduğum üçün gözləriim dolmuşdu.Yataq otağına qayıdaraq səssiz səmirsiz başqa bir geyim geyinəndə yanağımı isladan yaşları silib son dəfə güzgüdə özümə baxaraq otaqdan çıxmışdım.Ayaqqabılarımızı geyinəndə ağladığımı bilməsin deyə üzünə baxmayaraq qapıdan çıxıb maşına oturmuşdum.Ürəyimdə yatan kövrəkliyi güclə saxlayaraq içimdə öz özümlə danışaraq başımı qatmaq istəsəmdə alınmırdı.Dodağım büzülərkən əlimlə tutub üzümü pəncərəyə dönərək ətrafı izləyəndə maşını saxlamışdı.
-İnci?!-ona baxmadan yuxarı baxaraq dolmuş gözlərimdən yaş axmasını istəmirdim.
-Bağışla.-başımı yaxşı anlamında tərpədərək baxışlarımı qaçırmışdım.Əlini atıb boynumdan tutaraq sinəsinə qoyanda dayana bilməyib ağlamışdım.
-off İnci mən səninlə nə edəcəm-saçlarımı geri edərək öpmüşdü.
Bağçanın qarşısına gələndə düşmək istəyən zaman əlimdən tutub saxlamışdı.
-Otaqdan çıxmırsan,telefon daima yanında olsun.Nə lazım olsa zəng edərsən.
-Yaxşı-düşüb bağçaya girərkən qapıdan kişi valideynin çıxmağı ilə göz gözə gəlmişdik.Buna ani bir refleks demək olardı.Bir çox hallarda hamımızda olur.Qapıdan keçib otağa üz tutanda mesaj gəlməyi ilə telefona baxanda oxuduqlarıma həyəcanlanmışdım.Ziyad bu halı görüb qısqanclıq krizinə düşmüşdü.
-Başı aşağı gedə bilmirsən!?
-Elə gedirdim sadəcə qapıdan keçəndə qarşıma baxdım.-Cavab yazaraq onu sakitləşdirmək istəsəmdə alınmadığından daha heçnə deməyib otağıma girmişdim.
Biraz keçəndən sonra Muradın gəlməyinə sevinərək qucaqlamışdım.Dünən ondan sevimli bir köynəyimi evdən gətirməyini xahiş etmişdim.Bu köynəyi universitet vaxtından göz bəbəyim kimi qoruyaraq saxlamışdım.Ziyad nə desədə mən onu özümdə saxlayacaqdım.Bir dəfə tələbə vaxtı qızlarla Miri Yusifin konsertinə gedəndə onunla görüşmək bizə qismət olmuşdu.Qızlarla üzərimzdə olan köynəyin aşağı hissəsini ona imzalatmışdıq.Ən çox sevdiyim ifaçılardan biri olduğundan bu köynək mənim üçün həddsiz dəyərli idi.Bu gün sağ olsun qardaşım sözümü yerə salmayıb gətirmişdi.
Nahar zamanı Ziyad gəlib evə aparmışdı.Yataq otağına keçəndə çantamdan köynəyimi çıxarıb fərəhlə baxırdım ki onun gəlməyi ilə tez qarderoba atanda görmüşdü.Yaxın gəlib qarderobu açaraq köynəyi götürüb baxaraq susmuşdu.Əlindən alıb bərk saxlamağıma əsəbləşərək istəmişdi.
-Bunu hardan almısan?-iş otağından heç yerə çıxmadığımı bilsədə başqa yerdən aldığımı düşünüb acıqlanmışdı.
-Murad gətirib.
-Başa düşmədim mən sənin istədiklərini ala bilmirəm Muraddan istəyirsən?
-Yox səhv başa düşdün.Bu mənim tələbə vaxtından qalan paltarımdı.Üstündə sevdiyim ifaçının adı və imzası var-həyəcandan heç bilmirdim sözlərimi necə ona çatdıra bilmişdim.
Bunu eşitməyi ilə köynəyi əlimdən alıb mətbəxə gedərək çəkməcədən qayçını götürüb parça-parça etmişdi.Səhər gördüyü və köynəyimi gətirtməyim onun qısqanclıq damarını üstünə benzin tökmək kimi olmuşdu.Onsuz mən nə etsəmdə,etməsəmdə o daima qısqanırdı.Köynəyimi gözümün qarşısında parçalamağına əsəblərim tab gətirməmişdi.
-Səndən zəhləm gedir!
-Mən sənin üçün kiməm məni dinləyəsən?.Sənə xoş üz göstərdikcə qudurdun!-Hikkəylə üstünə cumaraq yumruqlamağa başlayanda qollarımdan tutub divana atıb getmişdi.
Yerdə olan köynəyimin parçalanmış halına baxanda dəli ağlamaq güc gəlmişdi.Ağlayaraq əyilib yerdən onları yığaraq zibil qutusuna atmışdım.Bu insanla bacara bilmirdim.Bir köynək nə idi onu mənə çox görmüşdü.Demək mən ona görə qudurğan biri idim..Öz arşını ilə hər şeyi ölçəndə kaş bir də mənim gözümlə yaşadıqlarımıza baxardı.
Bu hadisədən sonra evdə iki yad insana dönmüşdük.Ev işlərini görüb yeməkləri,süfrəni daima hazırlayırdım sadəcə bir birimizlə çox danışmırdıq.Beləcə bir həftəni keçirsəmdə onun baxışlarında səsində peşmanlığı duysamda vecimə deyildi.Etdiyi və dediklərindən sonra özümə necə qapanmışdımsa onu çox görməməyə çalışırdım.
Səhəri halsızlıqla açaraq işə getmişdim.Otağıma keçəndə ürəyim bulandığından hamama qaçmışdım.Otaq yoldaşım narahat olub yanıma gələndə yəqin soyuqlamışam deyib otağa qayıtmışdıq.İşdə zorla dayansamda Ziyad zəng edəndə heçnə deməmişdim.Gəlib evə aparanda rəngimin ağardığını görüb əlimdən tutanda geri çəkməyib üzünə baxmırdım.Dodaqlarına yapışdırıb bir müddət saxlayandan sonra öpmüşdü.
-Əllərin buz kəsib.-Çiynimi çəkərək cavab verməmişdim.Evə keçəndə bir başa yataq otağına gedib uzanmışdım.Halsızlığımdan heç tərpənmək belə istəmirdim.Ziyad gəlib yatdığımı görəndə heçnə deməyib yeməyini yedikdən sonra işinə qayıtmışdı.Axşama kimi yerimdən qalxmayıb yatmışdım.İşdən gələndə məni qoyub getdiyi kimi görən zaman narahat olaraq yanıma gəlmişdi.
-Nə olub sənə,əllərin hələdə soyuqdu-əlimdən tutaraq ovuclarına alıb isidirdi.Yayın istisində əllərim,ayaqlarım buz kəsmişdi.Əlini alnıma toxundurduqdan sonra dodaqları ilə də istiliyimin olub olmadığına baxmışdı.Mən isə səssiz onun hərəkətlərini izləyərək dodaqlarımı büzmüşdüm.
-Mən sənin üçün uşaq deyiləm.
-oy,oy yaxşı-gülərək gözlərimin içinə baxanda gözlərimi qaçırmışdım-Sən mənim üçün hər şeysən.-deyəndə əllərimi əlindən çıxarıb arxamı ona çevirmişdim.Uşaq kimi etdiyim hərəkətə gülərək saçlarımdan öpüb otaqdan çıxmışdı.Axşam yeməyi üçün yerimdən qalxmağa halım olmasa da durmaq məcburiyyətində idim.Mətbəxə keçib özümə yemək çəkmək istəyəndə fikrimdən daşınıb çörək arasına yağ pendir qoyub şirinçay etmişdim.Evdə olan səssizliyə Ziyadın olmadığını anlamışdım.Elə çörəyimdən təzə dişlək almışdım,qapı döyülməsinə yerimdən qalxdım.Monitordan ekranda onu görməyimlə açanda qarşımda Ziyad yox özüm boyda ayı kuklası görmüşdüm.Heyrətlə baxaraq key kimi gözlərimi yumub açırdım.Ziyad içəri keçib qapını ardından bağlayanda mənim reaksiyama gülmüşdü.
-Açarı götürməyi unutmuşam-çiyinlərini çəkərək bir addımda atib tam qarşımda dayanmışdı.-Bu öküz ərini bağışlayarsan?
Onun belə jest edəcəyini düşünmədiyimdən ağzımda olan loxmanı güclə udaraq susub qalmışdım.


Geri dön

aytc.sza

  • 16 dekabr 2017 00:37
  • Məqalə: 294
  • Şərh: 1968
  • Bal:
yeqin Inci hamiledi..

--------------------

❤Queen❤

  • 15 dekabr 2017 17:21
  • Məqalə: 116
  • Şərh: 217
  • Bal:
{awards}
Nergiz__Sirinova,
dəyməz can love

Nergiz__Sirinova

  • 15 dekabr 2017 16:44
  • Məqalə: 582
  • Şərh: 5526
  • Bal:
{awards}
Hekayeye gore tesekkurler.

--------------------

❤Queen❤

  • 15 dekabr 2017 14:03
  • Məqalə: 116
  • Şərh: 217
  • Bal:
{awards}
Limon qoxusu,
Darling,
Jesicca,
love

Jesicca

  • 15 dekabr 2017 13:55
  • Məqalə: 67
  • Şərh: 663
  • Bal:
{awards}
hekaye ucun tskrler

--------------------


Darling

  • 15 dekabr 2017 13:13
  • Məqalə: 694
  • Şərh: 12581
  • Bal:
{awards}
Bu bölümdə maraqlı idi

--------------------
http://mail.mp3.legend.az/user/imza/

http://mail.mp3.legend.az/user/imza/

Limon qoxusu

  • 15 dekabr 2017 11:42
  • Məqalə: 267
  • Şərh: 1616
  • Bal:
{awards}
İlk şərh məndən

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 45
Cəmi: 111

 

Top 10 Müəllif

^^KuKuLKa^^
Xəbərləri: 4
Cəmi: 775
 
ARCUN
Xəbərləri: 3
Cəmi: 58
 
The Shield
Xəbərləri: 2
Cəmi: 561
 
 
{slinks}