Qaçdığım Qismət (REAL) Bölüm 20

 
Qaçdığım Qismət (REAL) Bölüm 20


Müəllif-Milady Ovod

Oyanmaq istəyəndə belimdə ağırlıq hiss edib Ziyadın gəldiyini anlamışdım.Gözlərimi ovxalayaraq başımı sinəsindən qaldıranda alnımdan öpüb gülümsəmişdi.
-Tənbəl yenə yatıb?
-............................Yorğunluğun verdiyi halsızlıqla cavab verməyib məndə gülümsəyərək qalxmışdım.Axşam yeməyi üçün mətbəxə keçib süfrəni hazırlamaqlarına kömək edib oturmuşduq.Ziyad Suranın telefondan çıxmamağına acıqlanıb başı qarışmadan yemək yeməsi üçün əlindən alaraq cibinə qoymuşdu.Sura atasına şikayət edəndə qaynatam Ziyada haqq verib yeməyini yemişdi.Ziyad öz həyatında necə hökmlü,dediyim dedik idisə ailəsinə qarşıda elə idi.Bacıları ondan böyük olsa da sözünü iki etmirdilər.Yeməyi könülsüz yeyib yığışdırdıqdan sonra aşağıda qalmayıb otağa çəkilərək uzanmışdım.İşığı keçirib yatağın yanında olan kiçik çəkməcənin üstündə lampanı yanılı qoymuşdum.Gözlərimi yumaraq beynimi durdurub heç nə düşünməmək istəyirdim.Biraz keçmişdiki Ziyad gələrək yanıma uzanıb mənə baxırdı.
-İncimə nə olub?..kefsizsən.
-Heçnə...Səs küyə öyrəşmədiyimdən başım ağrıyıb.-Bu gün olanları ona danışmaq kimi niyyətim yox idi.Ona bunları danışsam özümü pis biri,ailəsi ilə arasına girmiş kimi hiss edərdim.
-inanım?
-inan-kefsizliyimin səbəbinə bilirdim çox inanmamışdı amma üstümədə gəlməmişdi.Üzümə dik baxan baxışlarından utanıb gözlərimi yumaraq suallarını eşitmək istəmirdim.Bunu başa düşdüyündən daha dinməyib yaxınlaşaraq yanağımdan öpüb oxşamışdı.

Səhər oyanan zaman Ziyadın məni öpməyinə ürəyim bulanması ilə qaçaraq hamama keçmişdim.Qaytarmasamda öyüməyimi güclə saxlayaraq əl üzümə su vurduqdan sonra otağa qayıtmışdım.
-Soyuqlamısam yəqin həkimə getmək lazımdı.
-Yaxşı –yatağa oturub əlimlə alnımı ovaraq gözlərimi qapamışdım.
-İndi yadıma düşdü vacib iclasım var gedim,gəlib aparacam.
-başımı yelləyərək yaxşı deyib qalxanda qoymamışdı.
-Hara?yerinə uzan-onu dinləməyərək addım atanda başım hərləndiyindən qolundan tutub dayanmışdım.
-off İnci sən mənim axırıma çıxacaqsan!-yatağa uzandıraraq tənbehləyib gedəndə anasıgilə -mənim xəstələndiyimi deyib narahat etməmələrini bildirmişdi.
Ziyadın getməyindən heç 10 dəqqiqə keçməmişdi qaynanam otağa gəlmişdi.
-Çox elə yayılıb uzanacaqsan?..onsuz uşağında olmur xəstəsən.
Cavab vermədiyimi görüb çıxıb getməyi ilə məndə yerimdən güclə duraraq aşağı düşən zaman süfrə yığışdırılmışdı.Mətbəxə keçmək istəyəndə isə Bahar qarşımı kəsmişdi.
-Pol parçasını gətir İnci evləri siləcək-təmizlikçi qadından tələb edərək sözünü deyib getmişdi.Məndə bir söz deməyib evləri siləndə qadın gəlib mənə narahat baxışlarla baxırdı.
-Verin mən edim.
-Dəymə,İnci yığışdıracaq-halsızlğım,aclığım bir yandan bu tərzdə mənə əmrlər verməsi digər yandan gözlərimi doldurmuşdu.Kövrək halımla evləri silib yığışdırdıqdan sonra nahar üçün masaya oturanda baldızım qızını qucağıma verərək qucaqda yatırt demişdi.Uşağı qucağımda yatırdaraq yuxarı çıxanda sancımın təsirindən divara söykənib dərindən nəfəs alıb verdikdən sonra yatağına qoyub hamama keçmişdim.Paltarıma baxanda xəstələndiyimi görüb dəyişərək rahatlandıqdan sonra çıxıb mətbəxə düşmüşdüm.Axşam yəməyinə hazırlıq görüldüyünə kömək etmək istəyəndə alınmamışdı.Mətbəxdə olan divana oturub halsız halda onlara baxırdım.Nigar halımın özümdə olmadığını görən kimi yanıma gəlmişdi.
-Rəngin ağarıb İnci.
-Qadın xəstəliyi olmuşam.Yəqin gecikdiyinə görə məni narahat edir.
-Neçə gün gecikib?
-15 gün.
-Bu başqa şey ola bilər-nigarançılıqla mənə baxıb tez Ziyada zəng edərək xəstəxanaya gedirik deyəndə icazə verməyib yolda olduğunu bildirib özü aparmağa gəlirdi.Yarım saatdan sonra gələndə məni görməyi ilə qaşlarının düyünlənməsi bir olmuşdu.
Xəstəxanaya girən zaman yenə də qaşqabağı açılmamışdı.Həkim bir neçə sual verərək müayinə etdikdən sonra dediklərinə şok olmuşdum
-Siz bir aylıq hamilə olmusunuz amma düşüb.
Nigar bunu duyan kimi əlini ağzına tutaraq həyəcanlanmışdı.
-axı necə?
-Stres,ağır iş görmənk,bədənin zəifliyi adətən hamiləliyi risk altına qoyur..
Mən isə ağlaya bilmədiyimdən key kimi həkimə baxırdım.Ziyad eşitdiklərindən sonra əsəbi halının yerinə qəmgin baxışlar gəlmişdi.Qanaxmanı saxlamaq üçün iynə vurub lazımı işləri bitirdikdən sonra biraz uzanaraq müşahidə altında qalmışdım.Həkim məni ultrasəs aparatına salmağı məsləhət gördüyündən narahat olmuşdular.Aparatla qarın nahiyəmi yoxlayan zaman həkimin dediklərinə bu dəfə ikinci şoku yaşamışdım.
-İnci xanım indiyə kimi böyrəyinizdən şikayətiniz olub?
Diqqətlər mənim üzərimdə olduğundan səsimi çıxarmadan yox mənasında başımı sağa sola yelləmişdim.
-Bir qəza və yaxud əməliyyat olunmusunuz?
-Xeyir.
-Siz anadan gəlmə bir böyrəklə doğulmusunuz o zaman İnci xanım.
-........................bu gün eşitdiklərimə şok üstünə şok yaşayırdım.
-Bir böyrəklə yaşayan insanlar az deyil amma çalışın özünüzə diqqət edin.Bu kimi hallar tibbdə az rast gəlinir.Belə hallarda hamiləlik çətin olur.
-Doktor bu onun üçün təhlükə yaradır?-Ziyad qorxaraq mənə yaxın dayanıb əlimdən tutaraq dillənmişdi.
-İndiyə kimi problem yaratmayıbsa çox narahat olmayın sadəcə tez-tez həkim müayinəsində olmağı məsləhət görürəm.
Həkimin dediklərini dinləsəmdə fikrim çox uzaqlarda idi.Analıq hissini dadmadan onu bətnimdə hiss eləmədən itirmişdim.Nə ağlaya bilirdim nə danışmağı bacarırdım.Ziyad boynumu qucaqlayaraq saçımdan öpüb bağrına basanda.-İncim-deməyi ilə içimdə yığıılan duyğular özünü çölə vuran zaman gözümdə donub qalmış yaşlar yanağımdan süzülmüşdü.Başımı aşağı edən də üzümü ovucuna alıb baş barmaqları ilə qurudaraq nəm yanaqlarımdan öpmüşdü.
-Ağlama,,ürəyimi parçalayırsan.Bizim həyatımız hələ qabaqdadır.Sənə,mənə oxşayan balacalarımız olacaq.
Reaksiya vermədən başımı yenə aşağı əyib gözlərimi yumaraq yanan ürəyimi göz yaşlarımla ovudurdum
Həkimin –apara bilərsiniz deməyindən sonra evə yollanmışdıq.Yolda Nigar xəstəxanada olanların hamısını qaynanama danışaraq kövrəlmişdi.O,da bir ana olaraq heç analıq hissini dadmadan övladımı itirməyimin ağırlığını anlayırdı.Maşında başımı geriyə söykəyib pəncərədən yolu izləyərək hakim kəsilən göz yaşlarımla hönkürməmək üçün güclə dayanırdım.Arada Ziyada güzgüdən baxanda gözlərimiz birləşən zaman baxışlarında olan kədərdən,məni belə görməyin ona əzab yaşatdığını başa düşürdüm amma indi heç kimi düşünəcək halda deyildim.
Evə keçərkən qapıda bizi qaynanam qarşılayanda pis olduqlarını görmüşdüm.Baldızım onlara ağır iş gördüyümdən uşağı itirdiyimi deyəndə aldıqları üz ifadəsini unutmayacaqdım.Otağa qalxıb yatağa uzanaraq başımı yastığa gömüb səsli ağlamağıma Ziyad qapını açarkən məni belə görəndə qaçaraq yanıma gəlib qaldıraraq sinəsinə basmışdı.
-İncim yaxşı.. Bax yalvarıram ağlama-səsinin titrəməyindən kövrəldiyi bilinirdi.
-Yaxşı ağlamıram.Tək qalmaq istəyirəm çıx otaqdan-qollarından çıxıb başımı yastığa qoyaraq dizlərimi büküb ağlamadan gözümü bir nöqtəyə dikib qalmışdım.
-Niyə belə uzaqlaşırsan məndən?.İcazə ver yanında olum.-qoluma toxunmağı ilə geri çəkməyimə heçnə deməyib otaqdan çıxmışdı.Getməyi ilə əlimlə dodağımı sıxaraq ağlayanda qaynanam qapını döyərək içəri daxil olub qarşımda dayanmışdı.
-Qızım bağışla hamilə olduğunu bilmirdim.Sənə əziyyət vermək istəmirdik sadəcə...-sözünün ardını gətirə bilməyib susaraq mənə baxanda yenidən dillənmişdi.-Ziyada heçnə demə yoxsa üzümüzə baxmayacaq.Onun xasiyyətini yəqin bilirsən.
-Yaxşı.
Otaqdan çıxmağı ilə saxladığım sakitlik pozulduğundan uşaq kimi hönkürmüşdüm.Siz “sadəcə” mənə zülm edərək öz hökmünüzü bildirmək istəyəndə bətnimdə yeni formalaşan körpənin varlığına son qoyaraq sinəmə dağ çəkdiniz.Yenə heç kimə heçnə olmasa da ziyan çəkən mən olmuşdum.İtirə itirə bu həyatda gedirdim,daha sonumu düşünmək belə istəmirdim.İnsan qəflətə düşəndə əlini hər şeydən üzüb yaşadığı dünyaya yad olur.Məndə indi elə olsamda içimdə bir hiss səbr elə hər şey düzələcək deyərək qəlbimə təskinlik verirdi.
Qaynanam gedəndən sonra Ziyad gəlib yatağın digər tərəfində uzanaraq kürəyini taxta söykəyib mənə baxırdı.Əllərini saçımda gəzdirərək əyilib yanağımdan öpəndə biləyindən tutaraq başımı sinəsinə qoymağımla bərk qucaqlayıb saçlarımdan öpmüşdü.Bayaq onu otaqdan qovmaqda bəlkədə doğru etməmişdim.İndi istədiyim yeganə şey isti bir qucaq idi.Qardaşlarımın dayağına anamın qucaqlamağına ehtiyacım vardı.Başımıza nə gəlir gəlsin anamızın qucağına sığınanda hər şeyi unudaraq ağrıdan,acıdan qorunduğumuzu bilirdik.Daha bizə heç kim heçnə edə bilməz deyə düşünərək ona sarılaraq ayrılmaq istəmirik.Məndə yanımda anamı görmək istəyirdim.Körpə qızı kimi qucağına sığınıb məni incidən hər şeydən qorunmaq istəyirdim.ən əsası anamı istəyirdim.
Ziyadın qucağında yuxuya nə vaxt getdiyimi bilmədiyimdən oyananda yanımda onu görməyəndə kövrəklik məni əsir almışdı.Onu yanımda görməyəndə özümü atılmış kimi hissə qapılmışdım.Yaşadığım qarışıq duyğularla telefonu əlimə alanda ağlıma gələn fikirlə anama zəng etmişdim.İki çağırışdan sonra qarşıda kı xətt açılanda alo deməyinə -ana deyəndə hönkürtü sinəmdən qoparaq ağlayanda,telefonu üzümə qapamışdı.Bu da mənə ikinci zərbə olmuşdu.Dizlərimi qucaqlayaraq başımı üstünə qoyub ağlayan zaman Ziyad gəlib yanımda oturaraq qucaqlamışdı.
-Nə olub İncim?-başımı qaldıraraq üzünə baxanda dinə bilməyib susmağıma yenidən qucaqlayaraq kürəyimi sığallayıb sakitləşdirməyə çalışırdı.
-Ağlama hər şey yaxşı olacaq.Yenidən uşağımız olar.
-Niyə belə oldu axı niyə?-köynəyinin yaxasından tutaraq əsəb qarışıq ağlayanda qollarımdan tutub silkələyərək bağrına basmışdı.
-İnci özünə gəl!..Hər şey yaxşı olacaq.
Ziyadla ailəm haqqda içimdə olanları bölüşməsəmdə duyğularımı,bir baxışla,bir hərəkətimlə anladığını bilirdim.İndidə ailəm üçün belə kövrəldiyimi bildiyinə əmin idim.
Özümü ələ alaraq gözlərimi silib yerimə uzananda onun qucaqlamağına yuxuya getmişdim.Bir iki gün burda qaldıqdan sonra evimizə qayıdanda sanki biraz rahatlamışdım.İnsanın evi kimi yer yoxdur.Mənim evim də artıq bura idi.Qaynanamgildə qaldığım bu iki gündə mənimlə mehriban və qayğıkeş davranaraq keçmişdi.Yerimdən qalxmağa,çox hərəkət edib iş görməyə imkan vermirdilər.
Evimizə gələndən özümə az da olsa gələrək toparlamağa çalışsamda çox bacara bilmirdim.Anamın etdiyi mənə elə bir zərbə olmuşdu ki çətin tezliklə əvvəlki halıma qayıdardım.
Səhər Ziyad işə gedəndə onun üçün süfrəni qurub otağıma gedəndə saxlamışdı.
-İnci?
-istəmirəm Ziyad-nəyi nəzərdə tutduğunu bilirdim.Kefsiz olanda hər şeydən uzaq dururdum.İştahım belə mənə küsürdü.
-Mənim üçün az da olsa ye xahiş edirəm,sən belə olanda pis oluram.-üzünə baxanda gördüyüm simaya qıya bilməyib masaya oturmuşdum.Bu hadisədən sonra onu acılamasamda xoş davrana bilmədiyimdən deyib gülmürdüm.Mən onu sevmirdim,bir yerdə olsaqda ürəyimdə ona qarşı sevgi yox idi.Buna görədə ona haqqsızlıq edirmişəm kimi hiss edirdim.
Yeməyimizi yeyən zaman qapı zənginə Ziyad gedib açanda məndə ardı ilə gedərək qarşımda gördüyüm insanlara ayağım yerə yapışaraq keyimişdim


Geri dön

Limon qoxusu

  • 15 dekabr 2017 11:47
  • Məqalə: 267
  • Şərh: 1616
  • Bal:
Hekayə ücün təşəkkür

aytc.sza

  • 14 dekabr 2017 23:24
  • Məqalə: 294
  • Şərh: 1968
  • Bal:
{awards}
uwagi duwmeyi tebiiki pis olub ((
yegin ele qapini doyen Incinin ailesidi.

--------------------

CaKoNDa

  • 14 dekabr 2017 17:33
  • Məqalə: 6
  • Şərh: 108
  • Bal:
{awards}
TeWeKKuRLeR

--------------------
- ♏♥

❤Queen❤

  • 14 dekabr 2017 17:19
  • Məqalə: 116
  • Şərh: 217
  • Bal:
{awards}
Nergiz__Sirinova,
Jesicca,
Darling,
love

Jesicca

  • 14 dekabr 2017 17:08
  • Məqalə: 67
  • Şərh: 663
  • Bal:
{awards}
tesekkurler dahada marqlı olmaga basldi

--------------------


Nergiz__Sirinova

  • 14 dekabr 2017 16:36
  • Məqalə: 582
  • Şərh: 5526
  • Bal:
{awards}
Hekayeye gore tesekkurler.

--------------------

Darling

  • 14 dekabr 2017 12:19
  • Məqalə: 694
  • Şərh: 12581
  • Bal:
{awards}
İncinin ailəsidir məncə

--------------------
http://mail.mp3.legend.az/user/imza/

http://mail.mp3.legend.az/user/imza/
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 48
Cəmi: 139

 

Top 10 Müəllif

^^KuKuLKa^^
Xəbərləri: 4
Cəmi: 775
 
ARCUN
Xəbərləri: 3
Cəmi: 58
 
The Shield
Xəbərləri: 2
Cəmi: 561
 
 
{slinks}