QAÇDIĞIM QİSMƏT (REAL) (16 Bölüm)

 
QAÇDIĞIM QİSMƏT (REAL) (16 Bölüm)


Müəllif –Milady Ovod

Şkafdan özünə sportivni şalvar götürüb geyindikdən sonra yarı çılpaq halda yatağa uzanan zaman mən durmaq istəyəndə qoymamışdı.
-Hara bele?-özünə çəkib qucaqlayaraq mənə baxırdı.Mənim isə gözüm sol sinəsinə yazılmış “İncim” sözündə qalmışdı.Adımı bədəninə döymə etdirməsinə key kimi qalaraq nə düşünəcəyimi bilmirdim.Yəni adımı bədəninə yazdıracaq qədər çox sevmişdi?..Baxışlarımın yazıda ilişib qaldığını görəndə gülümsəyərək alnımdan öpmüşdü.Bir müddət bir birimzə baxaraq baxışlarımızla səssiz danışırdıq..Mənim baxışlarımda bu qədər məni necə sevə bilmisən sualı,onun baxışlarında isə həm kövrəklik,peşmanlıq,sevgi vardı.Gözlərimi ondan ayırıb yumaraq isti qollarında yuxuya gedəndə gələcəyimin yaxşı bir insanın əllərində olmasına inanaraq sevinmişdim.
Nə qədər yatdığımızdan xəbərim olmadığından oyananda ilk saata baxaraq günorta olduğunu biləndə durmaq üçün bu ayı oğlanın qollarını üzərimdən necə qaldıracağımı bilmirdim.Qollarını bir birinə necə keçirmişdisə elə bil məni əlindən alacaqdılar.O qollardan çıxa bilməyəcəyimi anlayıb məcbur onu oyatmışdım.
-Ziyad oyan günorta olub.
-Yataq İnci-gözlərini açmadan qolları ilə lap bərk özünə sıxaraq yatmağa davam etmişdi.
-Ziyad-yavaş tonda deyib durmaq istədiyimi bildirmişdim.
-Olmaz İnci..
-Ziyad-yenə eyni tonda adını səsləyəndə gözlərini açmışdı.
-Mənə elə baxma,birdə elə səsləmə-yanağımdan öpərək qollarını boşaldanda utandığımdan tez yerimdən qalxıb hamama keçərkən qarın nahiyyəmdə olan ağrılardan qıvrılmışdım.Anlaya bilmədiyim bu ağrılara görə dayana bilməyib qonaq otağına keçərək özümü divana atmışdım.Ayaqlarımı qucaqlayıb ağrının keçməsini gözləyərək ürəyimdə dua edirdim.Ziyad o biri otaqdan danışaraq gələndə məni belə görüb narahat olmuşdu.
-Yemək yemirsən?-sözünü yarım qoyub qarşımda dizlərini yerə qoyaraq oturmuşdu.-İncim nə olub?
Həmişə ağrının təsirindən sifətimi büzüb min hala salan idim.İndidə belə olduğuna əmin olaraq özümü ələ almağa çalışsamda ağrı imkan vermirdi.
-Ağrıyıram-kövrək halda deyib ona baxaraq kömək gözləyirdim.Bu hal bir çox qadınlarda məncə olur.Ağrıdığımız vaxt qarşımızda kim olur olsun ondan kömək,dayaq gözləyirik sanki sağalmağımız o insanın əlindədir.
-Axı nə olub İncimə?
-Bilmirəm-həqiqətəndə bu ağrının nədən olduğunu başa düşmürdüm.Yanımdan ayrılaraq adyal gətirib üzərimə örtüb əli ilə saçımı geriyə etmişdi.
-Yəqin soyuq olub-çiyinimi çəkib gözlərimi yumaraq özümü sakitləşdirməyə çalışanda üstündən 2-3 dəqiqə keçmişdi Ziyad çay gətirib içirmişdi.
Elə bu vaxt Nərmin zəng edib mənlə hal əhval tutanda ağrıdığmı bilib pis olmuşdu.
-Canım haran ağrıyır?
-Qarın hissəm Nərmin,yuxudan oyanandan ağrıyır.
-Bəlkə xəstələnəcəksən deyə ağrıyırsan?
-Tezdi hələ.
-Hmmm..O zaman tək bir cavab geriyə qalır.
-Nə cavab?
-Birlikdə olmusunuz?
-şeey..
-nə şeyliyirsən?hə ya yox?—Nərminin sərbəstliyindən xoşum gəlsə də mən onun kimi deyildim.Tamam əksi olaraq utancaq xarakterliydim ona görədə bunu ona deməyə utanırdım.
-Hə-utana qızarada olsa birhəhər səsimi çıxara bilmişdim.
-Bu ağrılar ona görədir İnci narahat olma tezliklə keçəcək.-birazda danışaraq mənə məsləhətlərini verdikdən sonra sağollaşmışdıq.
Az keçəndən sonra Ziyad gəlib yanımda oturmuşdu.
-Ağrın keçib?
-Yox.
-Onda dur həkimə gedirik ağrına görə bir dərman yazsın.
-Lazım deyil-deyəndə adyalı utandığmdan başıma çəkərək gizlənmək istəmişdim.İndi mən bu oğlana ağrımın səbəbini necə başa salacaqdım?..Ağlıma gələn fikirlə adyalı başımdan çəkib telefonunu istəmişdim.
-Telefonunu açıb mənə verə bilərsən?.
-Neynirsən?
-Ora yazacağam.
-Nəyi İncim?
Onun bu baxışlarına gülməyim tutsada utancım daha böyük olduğundan ağrımın səbəbini mesaj yerinə yazıb sonda da gülmə yazmışdım.Telefonu verəndən sonra utandığımdan yenə adyalı başıma kimi çəkib gözlərimi yummuşdum onun baxışlarını təsəvvür etmək mənə çətin deyildi.Heçnə demədən otaqdan çıxıb getməyinə rahatlayıb başımı adyaldan qaldırmışdım.Məni daha çox utandırmadığı üçün ona minnətdar idim.Eləcə uzanıb gözlərimi bir nöqtəyə dikərək bu ağrınının bitməsini arzulayanda az keçməmişdi ki Ziyad gəlib yanımda oturaraq başımı qaldırıb dizləri üstünə qoymuşdu.Məni danışdırmayıb saçlarımı oxşayaraq səssiz yanımda olduğunu bildirirdi.Tv-ni taxıb bir türk filmi izləməyə başlasaqda onun gözü ekrandan daha çox məndə idi.Filmin sonuna yaxın baş qəhrəmanın xəstə olmasını biləndə mənə ağlamaq güc gəldiyi üçün özümü saxlaya bilməyərək gözümün suyunu axıtmışdım..Ağladığımı görməsini istəməsəmdə burnumu çəkməyimdən başımı dizlərindən qaldırmışdı.
-Nə olub bərk ağrıyırsan?
-Yox qız xəstədi görmürsən ölür.-deməyimə gülərək məni bir əli ilə özünə çəkib qucaqlamışdı.
-Uşaq almışam ki mən.
-Almamısan xatırladım qaçırtmısan-bu öküzün sözlərinə hirslənərək qaşlarımı çatıb dillənmişdim.
-Doğrudur qaçırtmışam heç peşmanda deyiləm!..
Cavab verməyib susmağıma ikimizdə filmi izləməyə davam etmişdik.Axşam yeməyinə kimi evdə key kimi dolanırdım yeməkdən sonra ağrı və halsızlığın əlindən özümü yatağa atıb yatmışdım.Səhər oyananda yerimdə uzanıb fikirlərə qərq olmağımdan onun səsi məni ayıltmışdı.
-Oyanmısan?
-Hə
-Dünən çox danışdırmayıb yaxın durmadım,bəs indi necəsən,ağrın var?-danışaraq yatağa uzanıb məni qucaqlamışdı.
-Yox yoxdu amma özümü yorulmuş kimi,əzgin hiss edirəm –sözlərimdən sonra ondan çıxan qəhqəyə təəccüblə baxa qalmışdım,deyəsən doğru söz işlətməmişdim.
-Səni nə yorub elə?-gülüşünü saxlamadan danışırdı-birinci dəfədir belə yorulan görürəm-nəyi nəzərdə tutduğunu anlayaraq məni lağa qoymasına hirslənmişdim.
-Axmaqsan sən,çııx otaqdan!-qollarından ayrılıb əlimlə qapını göstərib durmasını istəyirdim.O,isə əksinə mənim üzərimə gələrək niyyəti pozmuşdu.
-Çıxmıram İnci xanım..-əllərini kürəyimdə birləşdirərək yatağa uzadıb öpüşlərinə başlayarkən qarşı gəlməyib incə toxunuşlarına özümü unudaraq təslim olmuşdum.Bir saat sonra hardasa saat 11,onun qucağında gözlərimi yummuşdum anasından zəng gəlmişdi.
-Ziyad sabah gedib toy üçün qızılları alaq deyirəm.İyunun 6-na nə qalıb?
-Yaxşı ana.
Söhbətlərini eşidəndə həyəcanlanmışdım.Məni açıq aşkar istəmədiyini hiss elətdirdiyi üçün anasından çəkinirdim.
-Tək gedəcəm?-içimdə yaranan həssaslıqla ondan maraqla cavab gözləyirdim.
-Bu hardan ağlına gəldi?.Səni heç gözümdən uzaq qoyaram?.
Sevinmişdim onun sözlərinə,gülümsəyərək qucaqlayıb başımı sinəsinə qoymuşdum.
-Mən acmışam yemək yeyək?
-Hə..
-Mən gedim alıb gəlirəm-qalxaraq üzərini geyinib getməyi ilə məndə paltarlarımı geyinib mətbəxə keçərək süfrəni qurmuşdum.Gəlməyi ilə yeməkləri qaba düzərək qarşısına qoyub yedikdən sonra o işi ilə məşğul olmuşdu məndə tv-ni açıb kanalların birində film izləmişdim.

Səhər oyananda aldığı donlardan birini geyinib güzgü qarşısına gələndə arxadan çatılmış qaşlarına geri dönmüşdüm.
-Dəyiş bunu.
-Niyə?
-Bədənini cəlb edici göstərir!
-Yaxşı deyərək digərini geyinib bu dəfə heçnə deməz deyə düşünərək güzgünün qarşısına keçməyimlə sərt səsini eşidib diksinmişdim.
-Get dəyiş!..-səbrim daraldığı üçün dişimi sıxıb yenidən üzərimə başqa paltar geyinib onun tərəfə baxmadan güzgü qarşısında dayanmışdım.Yenə dəyiş desəydi hirsimdən oturub ağlaya bilərdim.Ona baxmadığım üçün arxadan qucaqlamağına diksinib güzgüdən baxaraq bu dəfə mən qaşlarımı çatmışdım.
-Mənim İncim hirslənəndə bir başqa şirin olur-boynumdan öpərək nəfəsi ilə bədənimi titrədib otaqdan çıxmışdı.Mən isə key kimi özümə baxaraq bir müddət elə qaldıqdan sonra azacıq makyaj edib evdən çıxmışdıq.Qaynanamgilə yollanıb onu götürərək qızıl butiklərinə yollanmışdıq.Utandığımdan heç qızıllara necə baxmışdım bilmirəm..Qaynanam bəyəndiyini göstərib mənim fikrimi soruşmadan alaq deyəndə Ziyad icazə verməmişdi. Məni istəməsədə böyüyüm sayılırdı,onun sözü qarşısında söz deyə bilməzdim.
-Ana seçimi İnci etsə yaxşıdır.Bunları taxacaq olan odur.
-.........................-dinməyərək bəyəndiklərini mənə göstərib seçməyimi istəyəndə içlərindən incə qaşlarla bəzənmiş boyunbağını göstərmişdim.Onun bəyəndiyi qızılların bir çoxu mənim taxa biləcəyim tipdə deyildi.Boyunbağıya uyğun qolbağı və üzük aldıqdan sonra ordan uzaqlaşmışdıq.
-Sabahda xonçaları həll etsək işimiz biraz azalar.
-Mən sabah işdəyəm sonraya qalsın.
-Biz İncini özümüz apararıq niyə narahat olursan?
-Yox mən getmirəmsə o da getməyəcək!
-Ay bala qoy gəlsində kim olacaqki bizimlə?Özümüz evə gətirəcəyik.
-Ana!
-Ay mənim dəli oğlum gəlinim mənimlə gedir özgəsi ilə getmirki?
Biraz tərəddüd etdikdən sonra razılaşanda məndə sevinmişdim.Qaynanamın məni fikirləşərək istədiyini düşünüb rahatlamışdım.

Evə gələndə əhvalım açıldığından evləri yığışdırıb otağıma keçərək uzanıb Muradla yazışaraq oradaca yuxuya getmişdim.Ziyad isə qonaq otağında işinə başı bərk qarışdığından yerindən tərpənməmişdi.
Üzərimdə ağırlıq hiss edib oyananda üstümə adyal olduğunu görüb başımı yana çevirəndə telefonumu əlində görərkən hirs qarışıq pis olmuşdum.Qalxıb yerimdə oturaraq ona baxanda mənə fikir vermədən mesaj bölməsinə baxırdı.Onsuz nə söyləsə idim öz bildiyini edəcəkdi,ona görədə ən yaxşısı hirsimi içimdə boğaraq sakitləşmək üçün otaqdan çıxmaq idi.Yataqdan qalxmaq istəyəndə biləyimdən bərk yapışaraq bir anda dizinin üstünə oturtmuşdu.Bu hərəkəti gözləmədiyimdən kiçik həyəcan yaşayaraq qaşlarımı çatıb ona baxmamağa çalışırdım.Bir əli biləyimdə olduğu üçün digərinidə belimə dolayaraq özünə yaxınlaşdıraraq gözlərimin içinə baxırdı.
-Bu hərəkətim sənə inanmadığım üçün deyil sadəcə maraq deyək.
-........................
-Küsüb İncim məndən?-özünə lap yaxınlaşdırıb incə toxunuşları ilə ağlımı başımdan almağı yenə bacarmışdı.Bu gecəni də özünə aid edərək keçirmişdik.

Səhər yuxudan oyanan kimi hazırlaşmağa başlayaraq gah ora gah bura qaçaraq bilmirdim nə edirdim.Qarderobdan bir neçə geyim seçib qarşıma qoyaraq hansını geyinəcəyimi götür qoy edib sonunda birini seçmişdim.Geyinib güzgü qarşısında özümə baxaraq gülümsəyəndə arxadan Ziyad gəlib qucaqlayaraq boynumdan öpmüşdü.
-İnci xanım nə həvəslisiniz getməyə.
-Getməyim?
-Yox get bir söz demirəm amma gəl birinci yemək yeyək.
-Yaxşı..-birlikdə mətbəxə keçib yemək yeyən zaman mən ondan tez bitirib otağa qayıdaraq güzgü qabağında yerimi almışdım.Makyajımı tamamlayaraq özümə baxanda geyimimi bəyənməyib dəyişmişdim.Ziyad iş çantasını toplayıb məni gözləyəndə hövsələsini daraltmışdım.
-Gəl İnci,ya da qal orda güzgüyə bax bütün günü!.-səsimi çıxarmadan qaçaraq otaqdan çıxmışdım. Ayaqqabılarımı geyinib başımı qaldıranda əlində tutduğu açarı mənə vermişdi.
-Bu sənindir.
-Sevinərək açarı götürəndə yaxınlaşıb dodaqlarını alnıma yapışdıraraq dərin öpüş qondurmuşdu.Açarı mənə etibar etdiyinə görə daha qapını üzümə kilidləməyəcəkdi.Bu da bir addım idi bizim üçün gələcəyə...Qaynanamgilə yollanıb evindən götürərək ticarət mərkəzlərindən birinə bizi qoyub işinə getmişdi.Orada bir xanımla görüşəndə Elçinin anası olduğunu deyərək mehribanlıqla görüşüb birlikdə gəzməyə başlamışdıq.Toy üçün lazımı xonçaların olduğu mağazaya girəndə qaynanam xonçalar barədə fikirlərimi soruşub bəyəndiklərimə götürürük deyəndə sevincimdən yerə göyə sığa bilmirdim.Ona görə yox ki mənim istədiklərimi alacaqdı,mənimlə mehribanlığı fikirlərimi önəmsəməsi xoşbəxtliyimə səbəb olmuşdu.Kassaya yaxınlaşıb pulu ödəyən zaman aldıqlarının mən istəməyib bəyənmədiklərimin olduğunu görəndə isə qəlbimdə bir sim qırılmışdı.Sevinmişdim heç deyilsə bunlar mənim ürəyimcə olacaqdı amma görünür bu da mənə çox görülmüşdü.Pis olsamda özümü ələ alaraq tox tutmağa çalışıb gözlərimin dolmasını istəmirdim.Səsimi çıxarmayıb aldıqlarına bir kəlmədə etiraz etməyərək razılaşmışdım.İşimizi yekunlaşdırıb evə qayıdanda maşını dayandırıb burdan sonranı tək getməyimi istəyib düşürmüşdülər.Maşından enməyimlə sağollaşıb arxalarına baxmadan uzaqlaşmaqlarına məndə bir taksiyə oturub evə gəlmişdim.Yolda utandığımdan ağlamamaq üçün dişimi sıxıb ürəyimdə özümlə danışaraq pəncərədən yolu seyr edib başımı qatmışdım.Evə keçib üzərimi ağlayaraq dəyişib divanda oturanda Nərmin zəng vurmuşdu.İndi yanımda birini görmək,onunla dərdləşmək mənim üçün çox vacib idi.Ziyada bu haqqda deməyə nə ürəyim nə də dilim gəlmirdi.Ailəsi ilə arasına girmək istəmirdim.
-Necə keçdi toy bazarlığınız ?
-Normal.-səsimin zəif çıxmağından məndə bir hal olduğunu bilmişdi.
-Səsindən normal keçmişə oxşamır..Danış görüm.
Qısa halda yaşadığım hissləri ona danışanda məndən beş betər əsəb yaşayaraq qaralarınacan deyinmişdi.
-Mən indi bu qadına bax nə deyim?!..Böyüyə hörmət etməyi öyrədirlər amma böyük kiçiyə hörmət qoymayandan sonra nə deyim mən!..Tək gəldiyini Ziyad bilsə dalaşacaq.
-Bunları ona deməyəcəm.Ailəsi ilə arasına girmək istəmirəm Nərmin.
-Canım məsləhət sənindi amma gizlətməyində doğru deyil.Sənin yerinə olsam o qadının payını verərdim!
Birazda danışıb sağollaşandan sonra ağladığıma görə gözlərim ağrıdığı üçün yerimə uzanıb yatmışdım.Oyananda saatdan xəbərim olmasa da Ziyadın yanımda yatdığını görüb işdən gəldiyini anlamışdım.Yerimdə hərəkət edib tərpənməyimə oyanaraq gözlərini açıb üzünü mənə çevirmişdi.
-Oyandın?
-........................
-Günü necə keçirdiniz?
-Yaxşı..-onun başqa suallar verməyinə imkan yaratmayıb qalxaraq mətbəxə keçib süfrəni qurduqdan sonra yeməyimizi yemişdik.
-Niyə kefsizsən?
-..............-çiyinlərimi çəkərək yeməyimi bitirib masadan qalxaraq qabları yuyub qonaq otağına gedib oturmuşdum.O da telefonla danışığını bitirib otağa keçəndə mənə qarışıq duyğularla baxırdı.Deyəsən bu kefsizliyimi ailəmin yanımda olmadığına yozmuşdu.Hansı qız xoş günündə ata-anasını yanında görmək istəməzdi.
-Geyin gedib gəzək.
-.....................-Bu təklifi ürəyimdən olduğu üçün razılaşıb üzərimi geyindikdən sonra çıxıb gəzməyə başlamışdıq.Bulvar boyu gəzərək bir parka gəlib çıxanda qarşımda gördüyüm insana baxarkən gözlərim dolmuşdu.


Geri dön

aytc.sza

  • 12 dekabr 2017 20:21
  • Məqalə: 294
  • Şərh: 1968
  • Bal:
bu bolumde maragli oldu:)

--------------------

❤Queen❤

  • 11 dekabr 2017 18:41
  • Məqalə: 116
  • Şərh: 217
  • Bal:
{awards}
CaKoNDa,
Limon qoxusu,
Jesicca,
Nergiz__Sirinova,
Arzu M-ova,
♔Hе важно∞,
Darling,
Dəyməz kızlar)

CaKoNDa

  • 11 dekabr 2017 17:59
  • Məqalə: 6
  • Şərh: 108
  • Bal:
{awards}
Darling,
hahaha inwallah lol
cox sag ol can eziyyet cekirsen

--------------------
- ♏♥

Limon qoxusu

  • 11 dekabr 2017 17:49
  • Məqalə: 267
  • Şərh: 1616
  • Bal:
{awards}
Hekayə ücün təşəkkür

Jesicca

  • 11 dekabr 2017 16:40
  • Məqalə: 67
  • Şərh: 663
  • Bal:
{awards}
maraqlı hekayedir

--------------------


Nergiz__Sirinova

  • 11 dekabr 2017 15:55
  • Məqalə: 582
  • Şərh: 5526
  • Bal:
{awards}
Hekayeye gore tesekkurler.

--------------------

AQW

  • 11 dekabr 2017 15:34
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Cox saqol hekaye ucun

♔Hе важно∞

  • 11 dekabr 2017 14:23
  • Məqalə: 384
  • Şərh: 1735
  • Bal:
{awards}
tewekur hekaye ucun

--------------------

Darling

  • 11 dekabr 2017 13:57
  • Məqalə: 694
  • Şərh: 12581
  • Bal:
{awards}
HEKAYƏNİN AXIRI İN ŞA ALLAH MUTLU BİTƏR

--------------------
http://mail.mp3.legend.az/user/imza/

http://mail.mp3.legend.az/user/imza/
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 49
Cəmi: 140

 

Top 10 Müəllif

^^KuKuLKa^^
Xəbərləri: 4
Cəmi: 775
 
ARCUN
Xəbərləri: 3
Cəmi: 58
 
The Shield
Xəbərləri: 2
Cəmi: 561
 
 
{slinks}