Qaçdığım qismət (REAL) (13 Bölüm)

 
Qaçdığım qismət (REAL) (13 Bölüm)


Müəllif-MiLady Ovod.

Ziyad üçün süfrəni açdıqdan sonra yerimə oturub yeməyimizi yeyirdik.
-Bayramı nənəgildə keçirmək istəyərsən?
-Utanıram.
-Səni məcbur eləmirəm İncim.Lap yaxşı məndə qalaram,birlikdə evdə keçirərik.-Haqqsızlıq edirmiş kimi içimə bir hiss dolmuşdu.Onu ailəsindən ayrı salmağa haqqım yox idi.Mən o,deyildim.Artıq Ziyad ilə evlənəcəyimdən bu məsələləridə yoluna qoymalı idim.
-Eybi yox gedərəm..
Təkid edərək özümü məcbur etməməyimi deyib rahat olmağımı istəyirdi.Mən o ananın gözünü yolda qoya bilməzdim.
Səhər oyananda saçlarımı buruq edib hazırlaşırdım Nərmin gəlmişdi.Köməkliyi ilə makyajımı tamamlayıb evdən çıxmışdıq.Yolboyu həyəcanımı itirə bilmədiyimi o,da hiss elədiyindən ürək-dirək verirdi.
Maşını məhləli böyük bir evin qarşısında saxlayanda qapıda olan digər maşınlardan evdə qonaqların çox olduğu bəlli idi.Nərmin əlimdən tutaraq özü ilə bərabər yuxarı aparıb yanımda dayanmışdı..Evə keçən kimi nənəsi bizi mehribanlıqla qarşılayaraq öpüb qucaqlamışdı.Bu qadını ilk gördüyüm gündən bəyənmişdi.Onlarla görüşüb qonaq otağına keçəndə Nərmin hay küylə girib hamı ilə görüşərək məni təqdim etmişdi.
-Baxın sizə qonaq gətirmişəm-deyəndə utandığımdan yerin dibinə keçmək istəyirdim.Bu insanları ilk dəfə görməyim həm də Ziyadın ailəsi olmalarına görə utancım çox idi.Qaynatam oturduğu yerdən qalxaraq gəlib məni öpüb qucaqlamışdı.Onu ilk dəfə idi canlı görürdüm.Ziyadın telefonunda şəkillərdən qiyabi tanısamda məndə pis fikirlər yaratmamışdı.Bir-bir digər ev insanları da məni təbrik edib xoş gəldin demişdilər.Onun bacıları mehriban qarşılasalarda bir tək böyük bacısı Ziyad kimi qaşqabaqlı idi.Kiçik qaynımla baldızım ətrafımda oturaraq danışmalarına arada söhbətə qoşulurdum.Nərminin hamı ilə arası çox gözəl olduğu hərəkətlərindən görünürdü.Məni tək qoymayıb yanımdan ayrılmırdı.Burada olanlar Ziyadın əmisi və ailələri idi.Hər Novruz bayramında bir yerə toplanmaq onlarda adət imiş.Çox mehriban olduqları elə buradan hiss olunurdu.Qızlar gedib gəlib Ziyad haqqında sözlər deyib məni danışdırırdılar.
-De görək Ziyad sənə hədiyələr alır İnci?-əmisi qızı məndən yaşca böyük olduğundan ünsiyyət qurmağa çəkinirdim.
-......................
-İnanmıram bu oğlan romantik ola.
-..............-suni gülümsəmək ilə yola verib susmuşdum.Mən Ziyadı kobud,aqressiv tanıdığımın doğruluğunu,əmisi qızı bu gün təsdiqləmişdi.
Özümə qapanıqlılığım tutduğundan ünsiyyət qura bilməyərək sakit dayanıb onları dinləməklə kifayətlənirdim.Onları belə gördükcə ailəm gözlərimin önündə canlanaraq məni kövrəldirdi.Arada Ziyadın baxışlarını üstümdə hiss edib böyüklərə görə utanırdım.
Axşam yeməyini onlarla yeyib evə qayıdanda Murad mesaj yazmışdı.Zəng etmək istəsəmdə çəkindiyimdən əlim gəlmirdi.Ziyad bunu anladığından telefonu alıb özü zəng edərək mənə verib otaqdan çıxmışdı.Zəngi açmağı ilə –qaqaş deyib susmuşdum.Sözlər boğazımda düyünlənib qaldığından Murad səsimdən kövrəldiyimi anlayıb doluxsunmuşdu.
-Bayramın mübarək İnciyim.
-Sənində-qısa sözlərdən başqa dilimdən başqa söz çıxara bilmirdim.Ağlamamaq üçün dişimi sıxıb ürəyimdə dua edirdim.
-Ata indi evdədi.Tək olan kimi zəng edəcəm.
-Yaxşı-deyib zəngi sonlandırmışdıq.Telefona baxanda bayaqdan güclə saxladığım gözlərimdən yaşlar səssiz axmışdı.Özümü elə gücsüz hiss edirdimki heç kimə gərəksiz,dəyərsiz ..Atamın hökmü böyük idi ailəmizdə.Hələ Ərşad..Mənim adım evimizdə çəkilməyə qadağan edilmişdi.Mən axı elə bir günah etməmişdim bu qədər böyük cəzalandırılırdım.Bunları düşündükcə gah əsəbləşir gah da kövrəlirdim.Mesaj səsinə baxanda Muradın sözlərinə üzümə gülüş qonmuşdu.
-Ağlama orda mən ölməmişəm.-Canım qardaşım məni bir tək o anlayırdı, biraz yazışıb sağollaşmışdıq.
Ziyad görməsin deyə hamama keçib qapını kilidləyərək suyu açıq qoyub yerə çökəndə tutub saxladığım hıçqırıqları sərbəst buraxmışdım.Səsimi eşitməsin deyə dodağımı əllərimlə sıxırdım..Ailəmə qəlbimdə kinim yaransada onlara nifrət etməyi bacarmırdım.Məni tək qoyduqları üçün sadəcə bağışlaya bilmirdim.Mən qoşulub qaçmamışdım,qaçırılmışdım.Onlar tərəfindən belə cəza almağa layiq deyildim!.Onların bu hərəkətini düşündükcə ürəyim köksümə sığışmırdı..
Səhəri gün bayrama görə çıxıb gəzmək qərarına gəldiyindən məndə razılığımı vermişdim.Elə gəzirdik ki nənəsi zəng etmişdi.
-caan ay nənə.
-Nənən qurban sənə..Heç gəlmirsiz bura,qızımıda götür gəl.
-Nənə necə saatdı bizi görmürsən?
-Kəs səsini adə.Babasına oxşamış.
-Yaxşı-yaxşı nənə gətirirəm.Təki sən hirslənmə-gülərək danışıb zəngi sonlandırmışdı.
-İncim nə deyirsən,gedək?
-..............Başımı yelləyərək yaxşı deməyimlə yola düşmüşdük. Nənənin xətrini çox istəməyə başladığımdan onu görmək mənə xoş olurdu.Gəzintimizi yarımçıq qoyub onlara gedəndə bizi gülərüzlüklə qarşılayıb evə keçirmişdi.Bu qadında məni özünə çəkən istilik var idi.Yaşlı qadın kimi deyildə sanki rəfiqəsiymişəm kimi mənimlə rəftar edirdi.Yanında oturan kimi Ziyada mətbəxdə olan tok yerinin xarab olmasını deyib düzəltməyini bildirmişdi.Məni isə yanından ayırmayaraq hara gedirdisə aparırdı.
-Qızım bu dəli səni incitmir?
-......................
-Utanma məndən..Səni incitsə bir kəlmən bəsdi onun canını alım bu həsamla-cavab vermək istədiyim anda Ziyad gəlib yanıma oturmuşdu.
-Düzəldi nənə.
-Lap yaxşı indi get ütüm xarab olub,qızmır.Bax gör nə edə bilirsən.
-Baş üstünə-deyib getməsi ilə yenə tək qalmışdıq.
-Ürəyin nə istəyir,de nənən bişirsin.
-Çox sağol nənə toxam.
-Ona görə belə arıqsan.Ay qızım Allah verən nemətdən yeyib cana gəlin.Hara baxırsan biri deyir dietadayam.Nərmənazik çöpə döndərirlər özlərini..-qadının danışığına məni gülmək tutmuşdu.Ziyad işini bitirib gələndə nənə ona həsası ilə vurub başqa iş tapşırırdı.
-Dur iş gör,qızıma dəymə!-kor peşman yanımdan durub gedirdi.Ona evdə təmir elətdirmədiyi heç nə qalmamışdı.Hər oturmağa gələndə başqa işlər tapşırıb qaldırırdı.Axırda işi bitirib gələndə özünü divana atmışdı.
-Nənə hər şeyi düzəltdim.
-İndi də dur toyuqlarin yumurtalarını yığ.-deyəndə mənə elə bir gülmək gəlmişdi ki alt dodağımı dişləyib özümü ələ almağa çalışırdım.Öküz Ziyada iş gördürən yəqin yeganə qadın nənə idi.
Günümüzü nənə ilə xoş keçirib evə qayıtmışdıq.Yorğun olduğumdan yatağa girib yatmaq istəyirdim.Gözümü yummağa hazırlaşırdım ki telefonun səsinə onu əlimə alıb baxanda Muradın yazdığını görmək məni xoşbəxt etmişdi.Bununla neçənci səfər idiki biz rahat danışırdıq.İndiyə kimi dilimə gətirib evdəkilər nə edir deyə soruşmamışdım.Bilmirdim bu onlardan incidiyim üçün yoxsa ürək edib yaxşı cavablar almayacağım üçün idi.Bir birimiz ilə hal əhval tutaraq söhbət etdiyimiz zaman Ziyad gəlib qaşlarını yığıb mənə baxaraq kimlə danışdığımı anlamağa çalşırdı.Muradın adını çəkəndə üzünə təbəssüm qondurub yanıma uzanmışdı
-Ağrımırsan İnci?
-Yox yaxşıyam narahat olma-o,mənə olan sevgisini həmişə bəlli etmişdi.Bu günümdə belə məni tək qoymayıb arxamda dağ kimi dayanmışdı.Muradın yeri məndə tamam başqa idi.Canımı istəsə heç düşünmədən qurban verə bilərdim.
-O,səni incitmir?-gözlərimi qaçırmağımdan həm də utandıığımdan nə deyəcəyimi bilməyib susmuşdum.
-Ziyada ver telefonu.
-Yaxşı-deyib ona uzadaraq maraqla nə danışacaqlarını gözləyirdim.Orda Muradın nə dediyini eşitmədiyimdən Ziyadın gülümsəyərək danışmağına bir tək xoş nəsə dediyini anlayırdım.Onların ünsiyyət qurmaqlarına ürəyimə istilik gəlmişdi.Danışığımızı bitirib sağollaşıb yorğanı başıma çəkməyimlə yuxuya getmişdim.Oyananda qolunu yatağa dayaq verib digər əli ilə isə başını tutub mənə baxan Ziyadı görmüşdüm.Hələ yuxulu olduğumdan gözlərimi yumub açaraq key kimi ona baxıb niyə elə dayandığını anlamağa çalışırdım.Baxışlarını ayırmadan parıldayan gözlərini üzümdə gəzdirərək heyranlıqla izləyirdi.
-Nəsə olub?-nə deyəcəyimi bilmədiyimdən arada olan səsizliyi götürmək istəmişdim.Bir neçə saniyə susub qalanda onun gözlərindən beynini oxumağa çalışırdım.Mən bunu düşünərkən əyilib yanağımın batan hissəsindən öpmüşdü.Üzdən yumru sifət həm də dolu olduğum üçün yanağımda gülən ya da danışan zaman batıq yaranardı.Əlini öpdüyü yerə qoyub seyrinə davam etmişdi.Utanıb yerimdən qalxaraq otaqdan çıxıb hamama qaçmışdım.Onun baxışları ilə üzləşəndə hər dəfə tutulub qalırdım.Bunun adı sevgi deyildi,bir onu anlayırdım.
Evdə tək olduğum üçün divanda uzanıb tv-yə baxaraq başımı qatırdım.Bayram tətilinə görə ikimizdə evdə olurduq.İndi isə Ziyadı işdən çağırdıqlarına görə getmişdi.Belə tək qalmaqdan darıxdığımdan yuxuya getmək istəyirdim ki gəlmişdi.Yenə hər gedib gələndə qapını özü kilidləyib açırdı.Bu da mənə pis təsir edərək içimə əsəb,kövrəklik gətirirdi.Otağa gəlməyi ilə qalxaraq oturub gözlərimi yerə dikmişdim .Çantasını masaya qoyub mənə baxırdı.
-Necəsən İncim?
-Normal..-səsimin tonundan bir qəribəlik olduğunu hiss edib yaxınıma gəlib qarşımda dayanmışdı.
-Kimsə xətrinə dəyib?
-Səndən başqa qəlbimi qıran var?!-kobud danışaraq durub otaqdan çıxmışdım.Mətbəxə keçib yeməyi qızdıranda o,da ardımdan gəlib qapıda mənə baxırdı.
-Nə etdim yenə?!
-Heçnə.-üzünə baxmadan qazın üstünə qoyduğum yeməyi qızdıranda anidən gəlib arxadan qucaqlamğına dik atılmışdım.Nəfəsini boynuma verib incə hərəkəti ilə məni özünə sıxırdı.
-Qaşqabaq necə də yaraşır İncimə-saçımdan öpüb üzümü özünə çevirərək gözlərini zilləmişdi.Qucaqlamağına əsəbləşsəmdə utandığımdan ona baxa bilməyib gözlərimi qaçırırdım.
-Burax Ziyad.
-Mənim İncim.-yanağımdan öpəndən sonra əllərini çəkib getmişdi.Utandığımdan yanaqlarım qızardığı üçün istilik gəlmişdi mənə.Əllərimlə üzümü tutub tez yeməyə dönüb qazdan çəkmişdim.Masanı quran zaman gəlib məni dayandırmışdı.
-Gəl çıxıb gəzək.Bu havada evdə oturmaq günah olar.
-Bəs yemək?-bir masaya bir ona baxırdım.
-Yeməyə belə düşkün olduğunu bilmirdim.Gözəl bir restorana aparacam səni,yeməkləri məhşurdu.- söz atıb güldüyündən qaşqabağımı sallamışdım.Hazırlaşıb evdən çıxandan sonra şəhərin mərkəzinə gəzərək getmişdik.Mart ayının havası yaz havası olduğu üçün məndə gümrahlıq yaradırdı.Blokdan çıxan kimi əlimdən tutub söhbətlər edərək başımı qatmışdı.Bulvarda gəzinib ətrafda gəzən cütlüklərə baxaraq fikrə dalmışdım.Görən onların hamısı xoşbəxt idilər?.Yoxsa mənim kimi məcburi qalıb evlənmişdilər?.Həyat necədə qəribədir.Səni sevən insanı sən sevmərsən,sevdiyin insan da səni sevməz..Qarışıq dolambac kimi hardan necə çıxacağını bilmədən çabalayıb axtararsan.Yolun çıxışını tapacağın zaman isə səni nələrin gözlədiyini bilmərsən.Ancaq hər şeyə dözməyi bacararaq üstəsindən gələrək qalib olar ya da məğlub olarsan..
Mart ayının tətilini bitirib artıq işimə geri qayıdaraq masamın başında idim.Ziyadın tez-tez yazıb,zəng edərək mənimlə maraqlanmağına,suallar verib tənbehlər etməsinə üzümdə gülüş yaranırdı.Uşaq kimi onu etmə,yeməyini mütləq ye,tək qalma,darıxırsan gəlim,ürəyin nə istəyir alım?kimi suallar verməsi məni düşünməyindən irəli gəldiyini anlayırdım.Onu tanıdıqca fikirlərim tamam dəyişməyə doğru gedirdi.Sadəcə qısqanclığı və sərtliyindən qorxurdum.
Otağımda oturan zaman aşağıdan zəng edib yanıma telefon borcu ilə bağlı problemi olan birinin gələcəyini bildirmişdilər.Az keçməmiş oğlan masamın qarşısında oturub kağızları mənə verib problemini söyləmişdi.Elə böyük məsələ olmadığını anlayıb kağızlarıı geri qaytarmışdım.
-narahat olmayın sadəcə aylıqları gecikdirdiyiniz üçün qalıq borc yaranıb.Aşağıda kassaya ödəməyiniz kifəyətdir.
-Çox sağolun-deyib getmişdi.
Səhəri gün otağımda işləyərkən həmin oğlan yenə gəlib masamın qarşısına keçib oturmuşdu.Biraz narahatlıq yaşasamda özümü ələ alıb salam vermişdim.Yəqin dünən məsələni düzgün həll edə bilmədiyimdən gəlib deyə düşünərkən oğlan sözə başlamışdı.
-Salam xanım mənim sizdən çox xoşum gəlib.
Nə danışırdı bu oğlan?..Məhəttəl qalıb key kimi ona baxırdım.
-Mən evliyəm siz nə danışırsınız?
-Axı barmağınızda üzük yoxdur?
-Çünki tezliklə evlənirəm.Axşam yoldaşım götürməyə gələndə görərsiniz!
Oğlan məyus halda heçnə demədən otaqdan çıxıb getmişdi.Ziyadın bu məsələdən xəbəri olsa əmin idim bir daha məni bura qoymayacaqdı. Oğlanın getməyindən biraz keçmiş məni aparmağa gəlmişdi.Maşına oturanda onun söhbətinə qoşulmaq istəsəmdə bacarmamışdım.Ağlım bu söhbəti deyib deməməkdə qalmışdı.Mən onu tam tanımadığım üçün əsəbi halından çox qorxurdum.Yol boyu bunu düşünərək bir qərara gəlməyə çalışsamda alınmırdı.Məndə susmağı seçərək hələki bunu deməyəcəkdim.Bəlkə də səhv edirdim sonumu hiss edərək amma deməyə dilim gəlmirdi.
Evə gələndə üzərimi rahatlayıb yemək hazırlamaqla özümü məşgul edirdim.Susqunluq əsirinə çevirdiyi üçün Ziyadın şübhələnəcəyini bilirdim.Yemək hazır olandan sonra süfrəni qurub masaya oturmuşduq.
-İş səni yormur?
-Yox
-Necə gedir,darıxmırsan?
-yox.
-Məndən heçnə gizlətmə yaxşı?-Onun belə deməyinə ürəyimə narahatlıq çökmüşdü sanki hiss etmişdi halımdan hər şeyi.Qısa kəlimələrlə cavab verib söhbət etmək istəmirdim.Utanırdım bu söhbəti gizlədib deyə bilmədiyim üçün.Necə deyə bilərdim bu gün işdə mənə sevgi etirafı edən olub.O qədər aramız açıq deyildi deyə durub ona bunu deyə bilməzdim.Az-çox onu tanıya bilmişdimsə hirsindən tufan qoparacaq və birdə məni işləməyə heç qoymayacaqdı.Gizlətmək mənim üçün çətin olsada deməyə dilim gəlmirdi.
Yeməkdən sonra onunla çox qalmamaq üçün başımın ağrıdığını deyib yataq otağına çəkilib yatmışdım.Ürəyimdə bu yalanın ağırlığını daşıyaraq utanırdım.Gecə onun məni qollarına alıb sinəsinə sarmasına qımıldanaraq oyanıb yenidən yatmışdım.
Səhər yeməyimizi yeyib işə gedərkən özümü narahat hiss edirdim.Binaya daxil olan zaman gördüyümə inana bilməmişdim.


Geri dön

aytc.sza

  • 10 dekabr 2017 19:23
  • Məqalə: 294
  • Şərh: 1968
  • Bal:
iw iwden kecdi artig, Ziyada awiq oldu)

--------------------

CaKoNDa

  • 9 dekabr 2017 19:59
  • Məqalə: 6
  • Şərh: 108
  • Bal:
{awards}
bir az oxudum maraqli gorunur..real yazmisiz maraqlidi kimin heyatindandi) hekayeler en sevdiyim bolmedi ozum de birinci xeberimi hekayeler bolmesine yazmiwam paylawilmagini gozleyirem feel tewekkurler

--------------------
- ♏♥

Jesicca

  • 9 dekabr 2017 18:13
  • Məqalə: 67
  • Şərh: 663
  • Bal:
{awards}
MARAQLIDIR AMMA EVVELİNİ YAXSİ OXUMAMİSAM VAXTİM YOXDUR

--------------------


Nergiz__Sirinova

  • 8 dekabr 2017 21:08
  • Məqalə: 582
  • Şərh: 5526
  • Bal:
{awards}
Hekayeye gore tesekkurler.

--------------------

Limon qoxusu

  • 8 dekabr 2017 19:02
  • Məqalə: 267
  • Şərh: 1616
  • Bal:
{awards}
Hekayə ücün təşəkkür

ηεzяιη

  • 8 dekabr 2017 18:51
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Calisacam basdan oxuyum....sevirem hekayeleri...emeyivize sagliq....

Darling

  • 8 dekabr 2017 18:08
  • Məqalə: 694
  • Şərh: 12565
  • Bal:
{awards}
Maraqlı oldu bu hekaye

--------------------
http://mail.mp3.legend.az/user/imza/
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 36
Cəmi: 115

 

Top 10 Müəllif

^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 775
 
 
{slinks}