Qaçdığım qismət (REAL) (10 Bölüm)

 
Qaçdığım qismət (REAL) (10 Bölüm)



Müəllif-MiLady Ovod

Nənə sözünü bitirməmişdi ki Ziyad qapını açıb əsəblə otağa girmişdi.Deyəsən qapı arxasından dediklərini eşitmişdi.
-Fikirləşməyəcək nənə,evlənəcək!..
Qadın yerindən durması ilə həsasıyla onun ayağından vurmuşdu.
-Kəs səsini.Neçə dəfə deyəcəm sözümü kəsmə!..Babasına oxşamış-Ziyad ayağını tutaraq otaqda olan divana çökmüşdü.-arvadın əli nə ağırdı.Yazıq babam.
Nənəsi məni öpüb otaqdan çıxanda onu,Nərmini,əmisioğlu Elçin aparmışdı.Mən isə otağda oturub düşünürdüm.Qərarım burdan getmək,onun üzünü birdə görməmək idi.Əllərimlə üzümü tutduğumdan Ziyadın gəldiyini görməmişdim.Hirsli idi nənəsinin sözlərinə telefonuna zəng gəlməyi ilə otaqdan çıxmışdı.Atası ilə danışırdı deyəsən.
-O nə dəmək idi nənə danışırdı ata?.İnci heç bir yerə getməyəcək,mənimlə evlənəcək!.eşitmədin atasının dediklərini?
Ailəm haqqında eşitdiyimdən onun ardınca gedib arxasında dayanmışdım.Əsəbilə danışaraq telefonu bağlayıb geriyə döndüyündə məni görüb özünü itirmişdi.
-neynirsən burda?
-atam nə deyib?-atamın nə dediyni çox bilmək istəyirdim amma bunu qaldırıb qaldırmayacağıma əmin deyildim.
-Heç nə,gəl kinoya baxaq-deyib əlini belimə dolayıb qucaqlamaq istəyəndə itələmişdim.
-Axı nə deyib atam?-əlimdən tutub divana oturdaraq saçlarıma sığal çəkirdi.
-Səni qaçırandan sonra atan əmin ilə bizə gəlib səni istəmişdi.Atam qaytarmayacağını,qaytarsa da alan olmaz deməyi ilə atan mənim İnci adında daha qızım yoxdu deyib.Atam babamla qapınıza getsədə qəbul etməyiblər.
Ziyad danışdıqca gözümdən yaş dən-dən əlimə düşürdü...Atam məni övladlıqdan silmişdi...Axı mənim bu işdə günahım olmadığı halda niyə hər cəza mənə kəsilirdi?!!.Ailəm məndən imtina etmişdi.Dayağımı itirmiş biri kimi dünya başıma çökmüşdü.Mən onlardan güc alırdım indi yiyəsiz,kimsəsiz yetim idim.Canım,yaşama səbəbim olan atam,məni artıq istəmirdi.
-Sənə görə oldu.-sakit bunu deyib yerimdə donduğumdan eləcə ona baxaraq tərpənmirdim.-Sənə ancaq nifrətim vardı indi heç ona da layiq deyilsən!-əllərini saçımdan çəkərək qalxıb bir iki addım atmağımla arxadan tutub qucaqlamışdı.Əllərini qarnımda çarpazlayıb hərəkətimə məne olaraq nəfəsini boynumda,saçlarımda gəzdirirdi
-Söz verirəm sənə,necə bu işi zibil etmişəm elədə düzəldəcəm!-sözlərinə gözümdə donmuş göz yaşlarım yanağım boyu axaraq əllərinə düşürdü.Ziyadın sözünə qəlbimdə ümid yaranmışdı..O nə qədər mənə qarşı vəhşilik etsədə sözünün adamı olduğunu hiss edirdim.
-Onlar elə bilir xoşluğumla qaçmışam?-sualımı qorxaraq verib hə cavabını duymaq istəmirdim.Bunu necə düşünə bilərdilər?yəni onların gözündə mən o qədər pis övlad idim.
-Sənə söz vermişəm.Sizi özüm barışdıracam-üzümü özünə çevirib əlləri arasına almışdı.-qoymaram bir daha kimsə sənə nəsə desin amma xahiş edirəm biraz yemək ye...
.Ona söz verdiyinə görə inanmışdım.
-İstəmirəm.-qollarından çıxıb getmək istəyəndə buraxmayaraq əlimdən tutub məsum baxışları ilə baxırdı.-heç deyilsə gəl kinoya baxaq.
Bu dəfə ona qarşı gəlməyib yanında oturdum.Bəlkədə ona haqsızlıq edirdim,amma özümlə bacara bilmirdim.Ziyada da çətin gəlirdi hər gün göz yaşları,isterikalar,qışqırıqlar..
Tv-yə kino diski qoyub mətbəxə keçərək əlində popkorn qabı ilə qayıtmışdı.Aramıza qoyaraq yerini rahatlayıb filmi izləsəkdə fikrim tamam ayrı yerdə idi.Onun bu qədər can yandırması mənə çatmırdı.Sevgisi belə böyük idisə niyə özünü göstərməyi bacarmırdı.Mənə ancaq kobudluqlar edirdi.
Heç film yarısına çatmamışdı gözlərim yumulduğundan dayana bilməyib başımı divana qoyduğumu sandığımdan yuxuya getmişdim.Üzərimin örtülməsi ilə dərin yuxuya dalmışdım.
Səhər yanağımda bir əlin gəzməyinə gözlərimi açmışdım.Onun üzərində yatıb qalmışdım deyəsən bir əli ilə belimdən tutub digəriyləsə üzümə tumar çəkirdi.Üstümüzdə də adyal var idi.Yadıma dünən filmə baxdığımız düşəndə tez üstündən qalxaraq ayağa durmuşdum.
-Sən yatmamısan?-gözlərinin qızarmasından yatmadığı hiss olunurdu.
-Səni izləmək min yuxuya dəyər-gülümsəyib heyran baxışlarını üzərimə dikmişdi.Gözlərim çox ağladığıma həm şişmiş həmdə ağrıyırdı.Ona cavab verməyib yataq otağına keçib uzananda ardımdan gəlib qarşımda yerdən oturub yemək yeməyimi istəyirdi.Arxamı ona çevirib gözlərimi yummuşdum.Həmin an atasından zəng gəlmişdi.-Xoş gəldin normal həyata Ziyad-deyib telefonu açmağı ilə atasının səsi otağı bürümüşdü.Məni soruşub necə olduğumla maraqlanırdı.O, da yanımda oturub yaxşı olduğumu demişdi.Evdəkiləri soruşandan sonra-bu gün anan gələcək-deyib Ziyadın ağzını açmağına imkan verməmişdi-səsində çıxmasın evdə ol.!.
Məndə daha yatmayıb ayağa qalxaraq ayıb olmasın deyə otaqlara əl gəzdirirdim.Biraz keçməmişdi ki anası gəlmişdi.Mən isə otaqda oturub üzə çıxmağa ürək etmirdim.Onun ailəsi qarşısında utanırdım.Əsasda anası..Neçə dəfə qapımıza gəlib yox cavabı ilə qayıtmışdılar.
Qapıdam girən kimi Ziyadı öpüb əzizləməyindən anlamışdım oğluna çox düşkün idi.
-Ana qurban niyə belə arıqlamısan?-qadının sözü məndə qarışıq duyğular yaratmışdı.
-Yaxşı ana,bəsdi..
Onların səslərini eşitdikcə anam yadıma düşürdü.Atama hər dəfə mən çay süzərdim.Anam isə bizim mehribanlığımıza gülərdi.Onları xatırladıqca gözlərim dolduğundan özümü ələ almağa çalışırdım.Elə bu an anası otağa gəlmişdi.
-Ağlama,evdə cavan oğlum var,səs eşidib pis oluram-dodağını büzərək mənə baxanda onu görən kimi ayağa qalxmağımla əlimdən tutaraq oturdub sözünə başlamışdı.
-Bax qızım oğlum səni qaçırıb.Olan-olub keçən keçib,ailən səni qəbul etmir.İstəyirsən evlən istəmirsənsə biz şərait yaradarıq ayrı qalıb yaşayarsan.Yəni səni məcbur eləmirik.
Elə rahat danışmasına özüm özümü hər şeydə günahkar hesab eləyirdim.Sanki hər işi mən etmişdim oğlanlarının günahı yox idi..Mənə onların oğlu dünəndən lazım deyildi.Onun ucbatından bu halda deyildim?.Anasının məni bəyənmədiyi açıq aşkar ortadaydı.Məndə onun oğlu üçün ölmürdüm.O,qadınıda anlayırdım oğlu üçün qapımıza hər gələndə yox cavabı alıb qayıtmışdı.Kim öz balasını bir başqasından əksik bilərdi.
-Seçimini elə sabah gələcəm.
Heç nə deməyib başımı aşağıya salmışdım.Nə deyə bilərdim haqqlı idi.Bəlkə də mən ən böyük günahkar idim.
Qadın gedərkən oğlunu əzizləməsinə yenə kövrəlmişdim.Heç bayaq yaşadığım duyğular bu qədər toxunmurdu mənə.Yenə emosiyalarım baş qaldırdığı üçün ağlayaraq başımı qatladığım dizlərimin üstünə qoyub dodaqlarımı dişləyərək səsimi batırmaq istəyirdim İçimdən qışqırıb üsyan etmək gəlirdi.Ziyad otağa gələndə məni belə görüb narahat olmuşdu.
-Niyə ağlayırsan İncim,yoxsa anam nəsə deyib?
Başımı yelləyərək yox deyib üzünə baxanda yaxınlaşıb qucaqlamaq istəyəndə geriyə çəkilmişdim.Bir hərəkəti ilə əlimdən tutub qucağına oturtmuşdu..
-Ağlama birdə!..o göz yaşların diri-diri öldürür məni-qucaqlamağına həmişə olduğu kimi əllərim yanımda qalmışdı.
-Mən səninlə evlənmək istəmirəm.-sakit tonda deyəndə ondan səs çıxmadığına ürəklənmişdim-Evlənmək istəmədiyimi sabah ailənə deyəcəm.
Sözlərimdən sonra məni özünə bərk sıxmağından əsəbləşdiyini anlamışdım.Çox sıxdığından çabalayıb ayrılmaq istəsəmdə gücüm çatmırdı.Axırı qollarından qaça bilmişdim.Tez qalxıb getmək istəyəndə tutub necə özünə çəkmişdisə yatağa yıxılmışdım.Yıxılmağımla üstümə çıxıb qucaqlayaraq bərk tutmuşdu.Onunla bu qədər yaxınlığa ilk gecə yadıma düşmüşdü.Qorxaraq onu yumrruqlayıb üstümdən qalxmasını istəyirdim.Bir əli ilə belimdən qucaqlayıb özünə sıxmışdı,digəri ilə əllərimdən tutub saxlamışdı.Göz gözə qaldığımızdan zəhmli sifətinə sussamda rəngimin qaçdığına əmin idim.Mən yalvarış dolu baxışlarla ona baxanda o,parlayan gözlərini gözlərimə dikib qaşlarını çatmışdı.
-İnci əgər sən sabah o sözü desən bu otağa bağlayaram səni,heç kimidə yanına buraxmaram!.Evlənəcəksən mənimlə!.
Qorxumdan başımı tərpədərək yaxşı demişdim.
-Mənim İncim ağıllıdır-sanki qarşısında uşaq vardı.Danışığına key kimi baxa qalmışdım.Gah məni hədələyir gahda şirin danışaraq ağlımı qarışdırırdı.Üstümdən qalxıb yanıma uzanaraq məni özünə çəkib başımı sinəsinə qoydu.
-Yum gözlərini yat.
Qısa şok yaşayırdım.Məni qucaqlasada mən heç bir reaksiya vermirdim hər dəfə əllərim yenə yanımda qalırdı..Bu insandan qorxmaqda haqqlı olduğumu bir daha gözəl anlamışdı.Əvvəl onun dəli olduğunu düşünürdümsə indi ruhi xəstə kimi gəlirdi..

Biz yatanda günorta olduğundan oyananda mən axşam düşmüşdü.Ehtiyatla qolunu üstümdən qaldırıb ayağa dura bilmişdim.Ürəyim hava almaq istədiyindən balkon qapısını açmaq istəyəndə bağlı olmadığına sevinərək çıxıb təmiz havanı ciyərlərimə çəkərək ətrafa baxırdım.Qarşıdaki binaya baxanda 9-cu mərtəbədə olduğumu təxmin edirdim.Əyilib aşağıda uşaqların tonqal qurmasını izləyirdim.İlaxır çərşənbəyə hazırlıq edirdilər.Onların səs küyünə,sevinclərinə mənimdə üzümə gülüş qonmuşdu.Özümü necə qapdırmışdımsa Ziyadın qolumdan tutub içəri atmasına qorxmuşdum.
-Başın xarabdı sənin?-cavab verməyib əlimdən tutaraq mətbəxə aparmışdı.Əsəbindən ağır-ağır nəfəs alıb verməyi məni həyəcanlandırırdı.Mətbəxdə olan divana məni atmağı ilə nervilərim qalxmışdı.
-Nə olub sənə?
-Məndən xəbərsiz birdə balkona çıxsan incimə məndən!
-Daha necə incidəcəksən,etdiyini etmisən-belə danışanda həmin gecə yadıma düşürdü.Ona görə mən bu insanla evlənmək istəmirdim.Evlənməyəcəkdimdə!.Məni nə qədər hədələyib qorxudur qorxutsun özündən uzaqlaşdırmaqdan başqa heçnə idi.Gözlərim işinə keçərək yanaqlarım boyu yaş axırdı.Qalxıb getmək istəyəndə qolumdan tutub saxlamışdı.
-Hara ?
-Cəhənnəmə.-ikimizdə bir birimizə acıqla baxırdıq.Burda necə bir ailədən söhbət gedə bilərdi.
-Yeməyini ye,onsuz acından gedəcəksən ora bir gün.
-Ölsəydim canım qurtarardı səndən ona belə imkan vermirsən.
-Hə icazə vermirəm ölməyinə!.İndi ayağını qırmamış yeməyini ye.
Onun əl çəkməyəcəyinə görə bir iki tikə yeyib çəngəli masaya qoydum-oldu?indi gedim ölüm!!
-gedə bilərsən.
Yataq otağına keçib yerimi rahatlayıb yatmışdım.Oyananda onu yanımda görüb qalxmaq istəyəndə əli ilə yenidən özünə çəkib qucaqlamışdı-Tezdi hələ yat.
Qollarını üzərimdən itələməyimə icazə verməyib möhkəm qucaqlamışdı.Ürəyimdə off çəkib məcbur yatmağa çalışmışdımş.Bu öküzə sözüm çatmırdı. “Yox” sözünü anlamayacaq qədər odun idi.Burnunu boynuma dayayıb arxadan qucaqlayaraq yenidən yuxuya getmişdi. Mən isə düşünürdüm görən o,məni rahat yaşamağa qoyardı?.Onunla evlənsəydim necə olacaqdıq.Günümü zəhər edəcəkdi yoxsa azad nəfəs ala biləcəkdim?.Ziyadın müsbətindən çox gözümdə mənfiləri vardı.Ailəmdən uzaq salmağı hər müsbətini itirirdi.Onları yadıma düşdüyündən yenə kövrəlmişdim.Qəti qərarımı qəbul etmişdim.

Yuxudan oyanıb əl üzümüzü yuduqdan sonra yemək yeməyimi istəsədə yeməmişdim.Yeməyini yedikdən sonra sənədlərini gözdən keçirərkən qapının səsinə gedib açanda Nərminin gəlişinə sevinmişdim.Onun yanında nənəni görəndə məni həyəcan basmışdı.Elçin yuxarı çıxmadığından Ziyad zəng edib tək qalmasın deyə çağırmışdı.Otaqda Nərmin,mən,nənə qalmışdıq.
-qızım neyləmək fikrindəsən?-nənə axır ki gözlədiyim sualı vermişdi.Ondan,onun hədələrindən qorxsamda ürəyimin səsini dinləmişdim.
-Onunla evlənməyəcəm..
Son nöqtəni qoyaraq bundan sonra özümü düşünəcəkdim.Hər kəs özünü düşünüb məni anlamaq istəmirdisə məndə heç kimi anlamayacaqdım.


Geri dön

aytc.sza

  • 10 dekabr 2017 17:11
  • Məqalə: 294
  • Şərh: 1968
  • Bal:
belkede Ziyadla evlense Ziyad onu xowbext eder.

--------------------

Limon qoxusu

  • 6 dekabr 2017 11:07
  • Məqalə: 267
  • Şərh: 1616
  • Bal:
{awards}
Hekayə ücün təşəkkür

Nergiz__Sirinova

  • 5 dekabr 2017 15:13
  • Məqalə: 582
  • Şərh: 5526
  • Bal:
{awards}
Hekayeye gore tesekkurler.

--------------------

Darling

  • 5 dekabr 2017 14:04
  • Məqalə: 694
  • Şərh: 12565
  • Bal:
{awards}
Bədbəxt İnci hekayə üçün sağ olun

--------------------
http://mail.mp3.legend.az/user/imza/http://mail.mp3.legend.az/user/imza/
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 40
Cəmi: 105

 

Top 10 Müəllif

✵Дорогой✵
Xəbərləri: 6
Cəmi: 739
 
 
{slinks}