Qaçdığım qismət (REAL) (6 Bölüm)

 
Qaçdığım qismət (REAL) (6 Bölüm)


Anam elçi çıxan ailə haqqında mənə danışmışdı.Mənim şəklimi ona,onunda şəkilini mənə göstərmişdilər.Pis birinə bənzətmədiyimdən tanımağa cəhd edə bilərdim.Təki Ziyad məndən uzaq olsun.Telefon vasitəsilə bir gün ərzində danışaraq görüşüb daha dəqiq qərar qəbul edəcəkdik.Bu görüşü həftə arasına bilərəkdən salmayıb bazar gününə təyin etmişdim.O görsə mane olacaq deyə öz ağlımca bunu düşünüb doğru etdiyimi bilirdim.Ən sevdiyim donumu geyinib saçlarımı da fenləyib açıq qoymuşdum.Güzgü qarşısından çəkilmək niyyətim yox idi həmişə ki kimi..Saatın gec olduğunu görəndə təlaşla qapıdan çıxıb görüşəcəyimiz parka üz tutdum.Özümdən əmin addımlar ilə gələcəyimə addımlayaraq bu gələcəyin mənim üçün xeyirli olmasını arzulayırdım.Parka çatanda onu görən kimi yanına yaxınlaşdım.Oğlan tədirgin gözlərini məndən qaçırırdı.Mənim isə dodaqlarımda olan azacıq gülümsəməm itməyə başlayırdı.
-Salam-verməyimə o da qarşılıq verərək ikimizdə oturacağa oturduq.Danışaraq bir birimizi bəyənib bəyənmədiyimizi soruşanda onun ağzından çıxan hər söz qanımın qaralmasına bəs etmişdi.
-Bağışla.Sən mənim istədiyim tip qız deyilsən.Bəyənə bilmədim..-deməsinə gözlərim doldu.Bir qızın üzünə deyilməyəcək sözləri eşidirdim.Bir anda özümdən utanmışdım.Yəni mən elə eybəcər idim?.Başımı aşağıya əyib susuraraq bu susqunluqla içimdə danışırdım.Nə deyərdim?.Yerimdən qalxıb sağollaşaraq ona xoşbəxtlik diləyib yanından uzaqlaşmışdım..Bəyənmir canı sağ olsun,buna görə birinə düşmən olacaq deyildim.Bir qüsur vardısa o da məndə idi.Evə gəlib anama bu söhbətin qısaca alınmayacağını bildirib otağıma çəkildim.Yerimə uzanıb özümü mühakimə edirdim.Yaşıl gözlərim,ağappaq dərim var idi.Özümü nə çirkin nə də dünya gözəli sayardım amma bir oğlan tərəfindən bunu eşitmək məni sarsıtmışdı.Gün ərzində evdə key kimi dolaşıb təkliyə qaçırdım.Ziyadı az-çox anlayırdım.Bir fərqimiz var idi, onun qısqanclığı məni qorxudurdu.Dəlisov olması məni ondan uzaq tuturdu.Yoxsa bəlkədə onu tanımağa cəhd edərdim.
Dərsə,ordanda işə getsəmdə halsız,düsüncəli idim.İşdən çıxanda gəzərək dayanacağa gedərkən yanımda Ziyad peyda olmuşdu.Bu insana olmaz sözü çatmırdı.Nə vaxt istəsə gəlib sözünü deyib gedirdi.Yanımda mənimlə getsədə onu saymamazlıqdan gələrək ağlımda eybəcərəm düşüncəsi ilə özümü asıb kəsirdim.
-Niyə belə bikefsən?.-onun səsi qulağıma uzaqdan gəlirdi sanki,üzünə baxaraq beynimə ani gələn sualı ona vermişdim-mən eybəcər,çirkinəm?-sözlərimə üzünə gülüş qonmuşdu.
-Səndən gözəli yoxdur mənim üçün.-.Cavab verməyib süzgün halda başımı aşağı dikib yoluma davam edirdim.
-O,oğlanın sözünə görə beləsən?-deməsinə başımı qaldırmağım bir oldu.
-Sən hardan bilirsən?
-Sənə elə deməsini mən demişdim.-bu oğlan dəli idi həqiqətən!.Mənim həyatıma burnunu soxmağı ona kim icazə vermişdi.
-Sənə bir başqası toxunsa mən ölərəm,bunu niyə anlamırsan?!!-bir anda tonu dəyişmişdi.Qorxduğum o gözləri görmək əsməyimə bəs etmişdi.
-Məndən uzaq dur!!.istəmirəm səni-onu orada tək qoyub avtobusa minib,hirsimdən ağlayırdım.Neçə gündü mən özümü boş yerə üzmüşdüm deməli.Bu insana acığım birə beş artmışdı.
Günlərim yerini aylara verərək axarı ilə keçib gedirdi.O,söhbətdən sonra onu tez tez görsəmdə saymamazlıqdan gəlirdimUniversiteti bitirib magisturaya sənəd vermək istəyirdim.Onun üçün üzərimdə işləyirdim..Yaşım artıqca dünya görüşüm,fikirlərim dəyişsə də işləmək,oxumaq arum dəyşməz qalırdı..Hər yaş,hər il öz hökmü ilə gəlirdi.
Bu gün işə yeni aldığım donumu geyinəcəkdim.Dizimdən bir qarış gödək olsada paltonun altından bilinməyəcək deyə rahat idim.Gödək olsada çox abartılı deyildi.İş yerində də masa başında olduğum üçün çox hərəkətdə olmurdum.Otağıma girib üzərimi çıxararaq yerimi aldım.Qeydlərimə baxıb bu günə nələr edəcəyimi nəzərdən keçirirdim ki,Ziyadın gəlməsi ilə qaşqabağımı tökmüşdüm..Qarşımda olan stula əyləşib üzümə zilləmişdi baxışlarını,aramızda sükut hökm sürürdü.Danışıb onun qorxunc üzünü görməkdənsə susmaq mənə sərf edirdi.Zəng gəlməyi ilə Almaza sənəd aparacağımdan yerimdən durub arxamda olan şkafdan həmin sənədi seçib geriyə dönəndə Ziyad yanımda tam qarşımda idi.Bu yaxınlıqdan özümü itirmişdim.-Bu nə geyimdi!..-qolumdan bərk tutub yerimə oturtdu.
Necə qolumdan bərk yapışmışdısa ağrısına görə instiktiv olaraq əlimlə qolumu tutdum.
-Geyimimə görə səndən icazə alacaq deyildim.Xahiş edirəm get burdan.Qorxudursan məni-yenə eyni zəhmli görkəmində idi.Qorxumdan stuluma qısılıb ona baxırdım.
-Heç bir yerə getmirəm.Bu geyim ilə ordan ancaq evə gedəndə duracaqsan!.
-Sən axı məndən nə istəyirsən-deyəndə onun baxışlarına dözə bilməyəndə qorxumdan gözlərim sözümə qulaq asmırdı.Yaşlar dənə-dənə yanağımdan diyirlənirdi.Əllərimlə gözümü silib guya ağlamaq istəmirdim.Onun üz ifadəsinin dəyişməsinə lap kövrələrək ağlamaq gəlmişdi.Pis olurdu buna görə,baxışlarından hiss edirdim.Ara bir dodağını sıxmağından əsəbini biruzə versədə baxışlarında yazıqlıq hissinə ürəklənib dilləndim.-Nə olar uzaq dur məndən.Mənidə özünüdə bədbəxt etmə-ona baxaraq mərhəmət gözləyən körpə uşaq kimi insafına sığınmışdım.
-İncim...Ağlama..-yerindən qalxaraq yanıma gəlib əlimə toxunmaq istəyəndə tez geri çəkdim.-Səni gördüyüm gündən ağlımdan çıxmırsan.Bilirəm,səni qorxuduram.Özüm ilə bacarmıram nə edim bəs mən?!-danışanda gah qaşlarını çatıb acıqlanırdı gahda yazıq baxışlara çevrilirdi.-Sənə özümü başa sala bilməmək dəli edir məni!.Ancaq qorxuduram.Xasiyyətim batsın!.Qısqanclığım gözümü tutur..
Onu başa düşməkdə çətinlik çəkirdim.Mən nə edirdim bu qədər qısqanırdı?.Yəni sevgisi bu qədər böyük idi mənə qarşı?Yox..Yox bu hisslər mənə çatmırdı..
Ondan hürkdüyüm görüb yerinə oturmuşdu.Əl üzümü yumaq üçün yerimdən qalxanda o da ayağa durub gözlərini ciddi halda üzümə zilləmişdi.Ondan canımı qurtara bilməyəcəyim açıq aşkar idi.
-Ayaq yoluna gedirəm-deyib yanından keçdim.Telman bəyin tanışı olduğundan burada rahat hərəkət edirdi çəkinmədən gəlib gedən idi.Əmin idim axşama kimi mənimlə bərabər burda oturacaqdı.Üzümə su vurub geri qayıtdıqdan sonra başımın üzərində nəzarətçi kimi dayanmışdı.Oturduğum yerdən tərpənə bilmirdim.Bəxtdən bu gün müdirim ancaq iclaslarda olacaqdı.Artıq 4 il olardı Ziyadın məndən əl çəkmədiyi..Böyük sevgi yaşayan insanlar görmüşdüm həyatımda.Amma onun sevgisi mənə çatmırdı.
Həmin günü zorla başa çatdırıb evə gedəndə yolu da mənimlə gəmişdi.Bu işi belə qoya bilməzdim tezliklə çarə tapmalı idim.Hər dəfə belə desəmdə bir əngəl çıxırdı.
Qış gələndə əhvalım soyuq hava kimi buz olurdu.Fevral ayı olduğundan qar Bakını ağ zərlə bəzəmişdi.Pəncərədən ətrafı seyr edəndə qar topu oynayan uşaqların səslərinə gülümsəyirdim.Həyatım üçün vacib bir qərar qəbul etmişdim.Mənə elçi çıxan bir ailəyə razılığımı verəndə ailəm bu qərarımda yanımda idilər.Adı Həmid idi.Onun ilə bir dəfə görüşüb istəklərimi demişdim..Ailə quranda işləmək arzusunda olduğumdan həyatımda qısqanc birini istəmirdim.Mənim irəli sürdüyüm istəklərimlə razı olmasından Həmidin də mənim kimi düşündüyünə sevinmişdim.Görünüşdən gözəl və baxımlı qız istədiyindən bu kriteryalarına uyğun olduğum üçün mənimlə evlənmək istəyirdi.Qısqanc olmadığını deyəndə isə ürəyim rahatlamış idi.Ziyad məndə qısqanclığa qarşı elə qorxu yaratmışdı ki sərbəstliyimi itirməkdən qorxurdum.Həmid ilə tanış olandan sonra onunla eyni insan olduğumuzun fərqinə varmışdım.Xeyir işin uzadılmasının tərafdarı olmadığından ailələrimiz elçilikdən sonra nişanın vaxtını təyin etmişdilər.İki gün sonra nişanımız olacaqdı.Evdə hazırlıqlar əlindən qaçmaq olmurdu.Həmid ilə bərabər gedib ürəyim istəyən uzun,qırmızı,balıq ətəyi olan kaşmir platyanı almışdıq..Mənə heyran baxışlarında sevgi görməsəmdə hörmətini duyurdum buna görə ürəyim çox rahat idi.Sevgi ilə ailə qurmasamda könlümə xoş olan bir insanı seçmişdim.
Bu müddət ərzində Ziyadı az görürdüm.Son dəfə qarşıma keçib nişanlanmamağımı istəyəndə sərt cavab verib dediyimdən dönməmişdim.Nə desədə dinləməyib uzaqlaşırdım hər dəfə yanından.Bir yola çıxmışdım və bu yoldan qəti dönmək fikrində deyildim.
Sabah nişanım olacağından işdən icazə alıb getməməyimi evdən deyirdilər.Mən tərs isə razılaşmayıb işə yollanmışdım.Evdə olduqca anamgilin həyəcanı mənədə təsir edirdi.İşdə heç deyilsə başım qarışacaqdı.
Qızlar gedib-gəlib nişan haqqında suallar verərək yanımdan ayrılmırdıları üçün günümü deyib-gülərək başa vurmuşdum.Telman bəydən biraz tez getmək üçün icazə alıb üzərimi geyinərək binanı tərk elədiyimdə saat beş olardı.Əllərimi paltomun cebinə salaraq metroya qədər olan yolu gəzərək getmək istəyirdim.Hamı kimi məndə həyəcanlı və sevincli idim.Biraz getmiş olardım,yanımda maşın dayanmasına fikir verməyib irəliyə addımlayırdım ki arxadan bir əli ağzımı digər əl isə qarnımdan qucaqlayıb maşına mindirməyi bir olmuşdu.Heçnə anlamadan özümü maşında tapanda ürəyim sinəmdən çıxıb parçalanmaq istəyirdi.Qorxumdan tir-tir əsərək yanımda oturan insana baxanda bir anlıq hər şey donmuşdu.

Müəllif-MiLady Ovod


Geri dön

aytc.sza

  • 10 dekabr 2017 15:42
  • Məqalə: 294
  • Şərh: 1968
  • Bal:
men geride qalmwam hele buralari indi oxuyuram.. ele qzi qacran Ziyaddir.. kecek 7-ci bolume.)

--------------------

Nergiz__Sirinova

  • 1 dekabr 2017 16:23
  • Məqalə: 582
  • Şərh: 5526
  • Bal:
{awards}
Hekayeye gore tesekkurler.

--------------------

AQW

  • 30 noyabr 2017 21:56
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Cox maraqli hekayedi tesekkurler canim.

Jesicca

  • 30 noyabr 2017 21:48
  • Məqalə: 67
  • Şərh: 663
  • Bal:
{awards}
thank you...

--------------------


Limon qoxusu

  • 30 noyabr 2017 21:23
  • Məqalə: 267
  • Şərh: 1616
  • Bal:
{awards}
Hekayə ücün təşəkkür

Darling

  • 30 noyabr 2017 21:12
  • Məqalə: 694
  • Şərh: 12565
  • Bal:
{awards}
Bu Ziyad məni qicilandirir angry .Qızı qaçıran da Elə Ziyadin özüdür. Hekaye get-gedəDaha da
Maraqlı olur

--------------------
http://mail.mp3.legend.az/user/imza/
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 46
Cəmi: 123

 

Top 10 Müəllif

^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 775
 
 
{slinks}