Qaçdığım qismət (REAL) (1 Bölüm)

 
Qaçdığım qismət (REAL) (1 Bölüm)


Qaçdığım qismət (REAL) (1 Bölüm)

“Birini çox sıxarsan,qırarsan.Biraz boşalt əlini boşalt ki,o da sənin əlindən tuta bilsin.Gözləyəcəksən!Onu qazananadək gözləyəcəksən.Səbrin sonu həmişə xeyirə gedir.Səndə səbrli olmağı öyrənəcəksən!.Yox bacarmırsansa onda qırıb yerlə yeksən edəcəksən ikinizidə..”
******************************************

Həyat qapalı bir qutudur.İçində nələrin olduğundan xəbərsiz hər günün bizə gətirəcəyi duyğular,sevinclər,kədərlər var.Sən istəyirsən deyə bahar gəlməzki?.Aldığın qərarlar həyatına yön verib dəyişdikcə dadacaqsan şirini,acını..
-“Sən ona görə ölmürsən ki xəstəsən və ya qocalmısan.Sən ona görə ölürsənki,yaşamısan deməli ölməlisən”.Televizyada eşitdiyim cümləyə gözlərim daha dolub daşmağa başladı.
-Məndə ölürəm-deyib hönkürtü ilə divana qısıldıım.Yayın bu vaxtında yağışa düşüb ağır xəstələnən,bir tək mən olaram.Evdə heç kimin olmaması məni lap qorxudurdu.Elə indi öləcəyəm kimi hiss edirdim.2 gün idi qızdırmam enmirdi.İnsan xəstələnədə,ağrısının azalmadığını görüb həmişə bədbinliyə qapılır.Məndə elə idim.Qapının döyülməsinə yerimdən qalxıb birtəhərdə olsa addımlarımı atmağa çalışırdım.Gözlərim qaralırdı.Qızdırma bir yandan,halsızlıq,burun axması,öskürək digər yandan məni taqətdən salırdı.Qapını açanda Muradı qarşımda görüb geriyə gedərək divara söykənib ona baxdım.
-Necə oldun İnci?Yaxşı görünmürsən,gəl uzan-belimdən məni qucaqlayıb yeriyərək yatağıma gətirdi.Yerimə uzadıb əlini alnıma qoyaraq qızdırmamı yoxlayırdı.-sənin bu istiliyin niyə keçmir axı!
-Mən öləcəm Murad.Hiss edirəm bunu.
-Axmaq,axmaq danışma!..-əsəb və sakit səslə deyəndə mənim gözlərimin dolduğunu görüb qucaqladı.-Sənə heç nə olmayacaq.Adi bir qrip olmusanda bacı.
-Universitetə girmədən öləcəm-deməyimə qardaşımın üzündə gülüş yarandı.Murad ilə aramız digər qardaşlarıma baxanda həmişə yaxın olmuşdu.Məni heç zaman tək qoymazdı .
-İnci mənə bax?..Sənə heçnə olmayacaq..Söz verirəm.
-Yox öləcəm,tələbəlik üzünə həsrət qalıb gedəcəm dünyadan- mısmırığımı sallayaraq gözlərimi sildim.
-Dedim ölməyəcəksən!..mən hələ sənin toyunda oynayacam.Hələ şahidin olacam.Təbii ki səni alan olsa-söz atıb məni acıtmağa çalışırdı.
Onun sözlərinə gülüş qondu üzümə-məndə sənin toyunda çox gözəl geyinəcəm.Gəlindən gözəl mən olacam-deyib fərəhlə danışırdım.
-Mənim üçün ən gözəl qız sənsən,qorxma.Niyə təksən evdə?Xəyalə hələ gəlməyib?-yanımdan qalxıb qapıya yaxınlaşdı.
-Birazdan gələrlər Ərşad ilə yəqin.

Otağımda tək qalıb uzanaraq tavana baxırdım.Çox xoşbəxt bir qız idim.Məni sevən,əl içində saxlayan ailəm var idi..Adım İncidir.Mənim adımı doğulandan 4 ay sonra qoyublar.Deyəcəksiniz niyə?..Nəslimizdə,həm atam həm anamın tərəfində qız uşağı yoxdur.Hər birinin ancaq oğlu var idi.Elə mənimdə 3 qardaşım var.Atam inad edərək qız istədiyindən axırda arzusuna yetmişdi.İndiyə kimi nəslimizdə qız yoxdur.Yeganə qız bir tək mənəm.Babam məni hər dəfə əzizləyəndə inci balam deyirmiş.Ondan sonrada adım elə qalıb.Düşünərsiniz, yəqin çox ərköyün,özündən razı biriyəm.Əksinə,tam sakit,söz dinləyən,mehriban xasiyyətliyəm.Hər dəfə mənə deyirlər,sən bu oğlanlar içində necə belə sakit böyümüsən? 21 oğlanın içində böyüyən qız düşünürlər oğlan sayağı olar.Amma mən elə deyildim.indiyə kimi heç kimlə dalaşmamışdı.Nə də sözüm çəp gəlməzdi.Söz-söhbəti sevmirdim.Ailəmdəndə bunu görmüşdüm.Atam mənə,məndə atama bir başqa düşgün idik.Onun sözündən heç zaman çıxmamışdım,çıxmazdımda.Çox sərbəst böyümşəm.Bəzən qardaşlarım ya əmim oğlanları mənə qarışanda Atam,babam ya əmilərim onlara kəsin səsinizi deyib susdururdular.Heç bir zaman artıq əskik hərəkətim olmazdı.Nə də açıq saçıq geyinməzdim.Dəbə uyğun geyinməyi xoşlayırdım.Sakit,mehriban olduğumdan hər kəsin sevimlisi idim.Çox ağbəniz idim.Heç cürə qaralmazdı dərim.Yaşıl gözlərim,çiynimdən biraz uzun olardı hər zaman saçlarım.Özümü heç zaman çox gözəl nə də eybəcər saymazdım.Qardaşlarım arasında ən çox mənə yaxın kiçik qardaşım Murad idi.Onun yeri məndə tam başqa idi.Hər anıımda yanımda olurdu.İldirim çaxanda,ya yağış yağanda otağımda qorxurdum tək qalmağa.Onsuz yatmazdım.Böyük qardaşım Ərşad yeni evlənmişdi.Ayrı evdə qalırdılar.Həm ailəmiz geniş olduğundan həmdə atam onların cavan olaraq tək qalmaq istəyəcəyini düşünüb ev almışdı..

Uşaqlığım oğlanlar içində keçmişdi.Əmim oğlanları,qardaşlarım məni də götürüb parka guya oynamağa aparırdılar.Bir besetkada məni oturdub ordan tərpənməməyimi tapşırıb,özləri birliktə başqa uşaqlar ilə futbol oynayardılar.Məndə sakitcə onlara baxaraq əlimdəki kuklam ilə oynayardım.Beləcə mənim park gəzintim belə olardı..
Bir dəfə baxçadan məni əmimoğlu götürmüşdü.Yolun yarısını heç getməmişdik ki dodağımı sallayıb dayanıb yorulduğumu deyərək məni qucuna almağını istəyirdim.O,da dözməyib məni ciynində alıb oturtmuşdu.Evə yıxılma qorxusu içində gəlmişdim.Sonra nə qədər desəmdə çiynindən aşağı endirməmişdi məni..Bir söz ilə şən uşaqlıq yaşamışdım.

Telefonçu qız filmini izləyəndən sonra tək arzum o qız kimi işləmək idi.Bunun üçün dərslərimi yaxşı hazırlayıb sənədlərimi vermişdim.İstədiyim uniyə və peşəyə qəbul olunmağı arzu edirdim..Xəstəliyimdən canımı qurtarıb imtahanımı verdim.Qəbul olmuşdum.Arzuma çatmışdım azda olsa.Murad təbrik edib zarafata ilişirdi mənə-telefonçu xanım gərək arada bezdirim səni.
-Təki sən bezdir həmişə məni qaqaş-deyib məndə onu cırnatmışdım.
-Başa düşmədim?..Məndən başqa bezdirən var səni?-deyəndə cavab verməyib gülürdüm ona.

Bu gün İlk dərs günümə başlamışdım.Mehriban insanlar ilə tanış olurdum.Dediyim kimi sakit və mehriban xarakterim olduğundan insanlar ilə ünsiyyətim çoxda çətin olmurdu..
Günlər keçib gedirdi.Dərslərimə öyrəşmişdim.Qrupda yaxın olduğum qızlar var idi.Onlardan əsas biri mənə daha çox əziz idi...Qəmər..Mənim kimi o, da sakit təbiətli idi.Sözümüz bir idi həmişə.Artıq dərsədə bir gedib bir gəlirdik..

Bufetə Qəmərdən əvvəl düşüb oturmuşdum ki qarşımda məndən gözünü çəkməyən oğlan gördüm.Əvvəl-əvvəl buna fikir verməsəmdə artıq baxışlarından narahat olurdum.Qəmər gülərək yanıma oturub bir ona birdə mənə baxdı.
-Adı Kərimdi..Çox yaraşıqlıdı hə İnci?
-Hə.
-Onun səndən xoşu gəlir.Mənə dedi sənə çatdırım.-Hər qız onu sevən yaraşıqlı bir oğlan olduğunu görəndə sevinir.Mənimdə sevinmişdim.O da biranlıq.Çünki mənim sevgiyə aid fikirlərim başqa idi.ilk əvvəl təhsilimi bitirmək sonra işləmək.Daha sonra evlənib balaca-balaca qız uşaqlarının anası olmağı arzulayırdım.Sevgi üzərində deyildə məntiq ilə ailə qurmaq istəyirdim.
Qəmər çox danışıb onun haqqında məlumatlar versədə marağında deyildim..
Kərim hər gün otağımızın qarşısından çəkilmirdi.Bir gün evə gələndə anam məni qarşısında oturdub danışmağa çalışırdı.Amma bacarmırdı.Görünür sözü haradan başlayacağını bilmirdi..Axır da özünü toplayıb sözünə başladı.
-İnci...Əmin Əfqana səni almaq istəyir.Atana deyib fikrini.
Eşitdiklərimə kiçik şok yaşayırdım.Əfqanı bir qardaş kimi görmüşdüm hər zaman.Muraddan bir fərqi yox idi mənim üçün.Hər zaman olduğu kimi bu dəfə də ağzım açıq qalaraq gözlərimi döyürdüm.Adətim idi həyəcanlanada ya qorxanda key kimi dayanıb gözlərimi yumub açmaq.Özümü ələ alıb dillənə bilmişdim birtəhər-Bəs a atam nə deyib ana?
-Atan da cavab verməyib.Nə deyirsən bu işə?
-Ana istəmirəm.O,mənim qardaşım kimidi.
-Yaxşı qızım atana deyərəm.Bilirsən səni zorla heç kimə vermərik.
-Çox sağol ana-deyib sevinərək anamı qucaqladım.inana bilmirdim əmimoğlunun mənə elçi düşməsinə.Aradan iki gün keçmişdi.Evə gələndə əmim uşaqlarını bizdə görüb sevinərək görüşdüm onlarla.Əfqanla da görüşüb otağıma getdim.Az keçmiş qapını döyərək içəri keçdi.Yerimdə oturub telefonumla oynayırdım.O,isə qarşımda dayanıb sözünə başladı.
-İnci sən mənim balaca bacımsan.istəmirəm aramıza soyuqluq girsin.
-Narahat olma..-desəmdə içim bir qəribə narahat idi.
-Atamı bilirsən.O,istədi bunu.Məndə sözündən keçə bilmədim.-duyduqlarıma çiyinlərimdən bir yük götürülmüş kimi rahatladım.Cavab verə bilmirdim.Nə deyim axı? Sadəcə gülümsəmək ilə kifayətlənməyimdən Əfqan məni anlamışdı.

Bu gün bibim oğluna toy edirdi.Atamın kefsiz olması mənədə təsir edirdi.Demişdim məni hər kəs bir başqa sevir.Əsas da babam..Bibimdən sonra meylini mənə salmışdı.Onu niyə bağışlamırdı başa düşmürdüm.Olan olub,keçən keçib,daha küsülülüyün nə mənası vardı.Bu gün varıq sabah olmaya bilərik.Qara torpağa düşmədən niyə sevmirik,niyə bağışlamırıq hər şeyi?.
Bibim sevdiyi oğlana qaçmışdı.Oğlanın ailəsi elçi gəlmiş babam vermədiyindən o,da qoşulub qaçmışdı.İndi üstündən illər keçib amma hələdə babam bağışlamır.Bibimdə mənim kimi 5 qardaşın bir bacısı idi.Babamı da anlayıram,qızının onun sözündən çıxmağını qəbul edə bilmirdi bəlkədə.Ata qəlbi,nə qədər bağışlamaram desədə məncə ürəyinin bir parası qızında qalmışdı.Mən babamı qınamırdım.Sadəcə küsülü olmaqlarını istəmirdim.Atamgilin bu küsülülüyünə görə bizdə gedə bilmirdik toya.Çox istərdim bibimin yanında olmaq.Onu bir qadın kimi az çox anlaya bilirdim.Bir gün tamlıqla anlayacağımı heç düşünməzdim.Yatsam yuxumada girməzdi bəlkədə.Həqiqətən təsadüf varmı görən yoxsa qismətimizi yaşayırıq?..

Salam hər kəsə) Yeni real bir hekayəylə qarşınızdayam) İnşAllah bəyənərsiniz)

Müəllif-MiLady Ovod

Qaçdığım qismət (REAL) (1 Bölüm)


Geri dön

MiSS HaPPy)

  • 12 dekabr 2017 19:29
  • Məqalə: 243
  • Şərh: 1296
  • Bal:
Çox maraqlı hekayəyə bənzəyir..) indi o biri bölümləri də oxuyacam..)

--------------------

Nergiz__Sirinova

  • 27 noyabr 2017 18:26
  • Məqalə: 582
  • Şərh: 5526
  • Bal:
{awards}
Hekayeye gore tesekkurler.

--------------------

aytc.sza

  • 26 noyabr 2017 19:51
  • Məqalə: 294
  • Şərh: 1968
  • Bal:
{awards}
Maragla oxudum ardi tez gelsin

--------------------

Darling

  • 26 noyabr 2017 12:50
  • Məqalə: 694
  • Şərh: 12565
  • Bal:
{awards}
Hekayə Maraqlı gəldi yeni bölümlər də maraqlı olar

--------------------
http://mail.mp3.legend.az/user/imza/

Limon qoxusu

  • 26 noyabr 2017 12:50
  • Məqalə: 267
  • Şərh: 1616
  • Bal:
{awards}
Hekayə ücün təşəkkür

Jesicca

  • 26 noyabr 2017 12:42
  • Məqalə: 67
  • Şərh: 663
  • Bal:
{awards}
Thank you...

--------------------


İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 49
Cəmi: 103

 

Top 10 Müəllif

^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 775
 
 
{slinks}