Möcüzəli Talehim (14 bölüm)

 
Möcüzəli Talehim (14 bölüm)


Ayan bütün yol boyu "saxla maşını"deyə qışqırsada Anarın vecinə belə deyildi.Maşının qapısını açmağa cəhd göstərsədə alınmamışdı.Anar Ayanın qışqırıqlarına tab gətirməyib əlini qulağına qoymuşdu.Daha sonra ağlına gələn fikirlə ona
daha da acıq vermək üçün radionu açıb yüksək səslə mahnı dinləməyə başlamışdı.Təsadüfdən ən sevdiyi mahnı oxunurdu radioda.Anar Ayanın susmadığını görüb mahnının səsini yüksəldib özüdə zümzümə etməyə başlamışdı.


Anar'Ben seni çok sevdimmmm sen oku kelimleri gözlerimdennnnn '
Ayan'Hey, eşitmirsən məni? Sənə deyirəm! Öküz!"
Anar"Ben seni çok sevdimmmm "
Ayan"Cəhənnəmə sev!Səsin batar inşallah!"deyib arxadan Anara hücum çəkir. Anar Ayanı sakitləşdirməyə çalışsada xeyri yox idi. Bu səfər qızın damarına basmışdı.
Anar"Ayan, burax saçımı, Axx. Burax indi qəza törədəcəyik'
Ayan'Sənə dedim axı öz xoşunla saxla maşını"
Anar"Vəhşi pişik"
Ayan"Ayı!indi saxlamasan yoldan keçən maşınlara məni məcbur qaçırdığını deyəcəm "
Anar'Səni qaçırdığımı kim dedi? Sadəcə olaraq sakitləşməyin üçün səni şəhərdən biraz uzaqlaşdırıram" Ayan əlini Anarın saçından çəkib çaşqın halda üzünə baxmışdı"Nə?Başın xarab olub? Nə şəhər xarici? Sevdagil narahat olar mənə görə. Qaytar məni geri'
Anar"Sevdaya görə narahat olma, ona xəbər edərik.Həm də ölümə aparmıram ki,səni"
Ayan"Lənət olsun telefonum evdə qalıb!"
Anar"Mən də telefon var unutdun deyəsən "
Ayan"Anar onsuzda əsəbiyəm sənə danışıb daha da hirsləndirmə məni"
Anar"Bilirəm Ayan, elə özümü əhv etdirmək üçün aparıram səni "
Ayan'Özünü çətin əhv etdirəsən amma nəysə!"deyərək arxaya söykənib əllərini sinəsində birləşdirmişdi.Anarın fikrində onu hər zaman sıxıldığında getdiyi bağ evinə aparmaq var idi. Bəlkə yalnız qalarlarsa Ayanın fikri dağılar, ona olan hirsi soyuyar deyə fikirləşmişdi...

Sevda səhər yuxudan oyanan kimi əsnəyərək saata baxmışdı.Saatın 1 olduğunu görən kimi gözləri bərəlmişdi."Nə qədər yatmışam"deyib əlini ağzına aparmışdı."Ayan, Ayan hardasan? "desədə səs verən yox idi. Ağlına bu səhər Anarla görüşəcəyi gəlmişdi birdən, amma bu qədər gec qayıdacağını təxmin etməmişdi. Telefonu əlinə alıb zəng etdiyində telefonun içəridə çaldığını eşitmişdi."Bircə bu əksik idi.Of Ayan of.Bu diqqətsizliyin məni dəli edir".Son çarə Anara zəng etdiyində isə əhatə xaricində olduğunu eşidib lap nigaran qalmışdı.Ağlına yeni gələn fikirlə cəld Səlimi yığmışdı. İkinci gedən zəngdən sonra qarşı tərəf cavab vermişdi

Səlim"Alo"
Sevda"Salam Səlim, səni yenə narahat edirəm amma işin yoxdursa 1 saat sonra görüşə bilərik? "
Səlim"Biz? bu gün? "
Sevda"Vaxtın yoxdursa eybi yox"
Səlim"Yo-yox, yəni vaxtım var. Həm də sənə dediyim kitabları vermək istəyirdim onsuz"
Sevda"Əla, onda dediyim adresdə görüşərik birazdan"
Səlim telefonu söndürən kimi yerində tullanıb-düşməyə başlamışdı,cəld şkafın önünə keçərək nə geyinəcəyini qərarlaşdırırdı.Sevdanın bir zəngi onu belə həyəcanlandırmağa qadir idi...

Anar sonunda dediyi bağ evinə çatmışdı.Maşın böyük bir darvazanın ağzında dayanmışdı. Ətraf geniş yaşıllıq və səssizlik idi.Ayan maşından enmək istəməsədə Anar qapını açaraq onu qucağına almışdı.

Ayan"Nə etdiyini sanırsan? Burax məni yerə, tez elə!"
Anar'Yaxşı deyərək Ayanı otların üstünə atmışdı. Otlar yumşaq olduğundan Ayan əzilməmişdi ancaq Anarın etdiyi hərəkətdən heyrətə gəlmişdi."Kobud"deyərək üst-başını çırpıb ayağa qalxmışdı.Anar"Burax məni deyən sən deyildin madam? "deyərək darvazanın qapısını açaraq içəri keçmişdi.Ayan fürsətdən istifadə edib qaçmaq istəsədə buraları tanımadığını düşünüb fikrindən daşınmışdı.Çarəsizcə içəri keçib həyətə boylanmışdı.Ev həddən artıq gözəl və böyük idi.Həyətə balaca hovuz, ağacdan kəndirlə asılmış böyük yelləncək və kölgəlikdə qoyulan balaca çarpayı Ayanın xoşuna gəlmişdi.Uşaqlıdan yelləncəyə marağı olduğundan birbaşa yaxınlaşaraq yanında dayanmışdı. Anarın içərinə keçməyindən istifadə edərək yavaşca əyləşmişdi.Anar həyətə keçib Ayanı o vəziyyətdə gördükdə gülməmək üçün özünü güclə saxlamışdı.Arxadan asta addımlarla ona yaxınlaşıb yelləncəyi itələməyə başlamışdı.Ayan fikrə getdiyindən bu ani hərəkət onun diksinməyinə səbəb olmuşdu.Anar getdikcə sürəti daha da artırıb Ayanı lap yuxarı yelləyirdi.Ayan"dəli olmusan? saxla"desədə xeyri yox idi.Anar saxlamağa çalışsada xeyri yox idi.Ayanın yüksəklik qorxusu olduğundan artıq qışqırmağa başlamışdı.Anar başqa çarəsinin qalmadığını görüb yelləncəyi saxlamaq üçün qabağına keçmiş, Ayan "ayyyy"deyərək onun üstünə yıxılmışdı.Anar Ayanın altında əzildiyindən üz-gözünü turşutsada gözlərini açıb onunla nəfəs-nəfəsə qaldığını görüb özünü itirmişdi.İki gəncin gözləri bir-birinin içinə sabitlənmişdi.O an sanki zaman durmuşdu onlar üçün. Ayan şok vəziyyətdə Anarın üstündə qalaraq nə edəcəyini bilmirdi.Onun ürək döyüntülərini çox aydın hiss edirdi. Dodaqları arasında cəmi bir neçə santimetr məsafə qalmışdı. Anar artıq özünə hakim ola bilmirdi, birazda bu vəziyyətdə qalsaydılar axırı pis ola bilərdi.
Anar"Balacam üstümdən qalxmaq fikrin yoxdu? "
Ayan"N-nə"demişdi özünü itirərək
Anar"Bu qədər ağır olduğunu bilmirdim açığı"
Ayan"Ba-Bağışla'deyərək cəld ayağa qalxmışdı,utancından nə edəcəyini bilmirdi. Anar bunu hiss edib söhbəti dəyişməyə başlamışdı.
Anar'Lap acından ölürəm, keçək içəri sənə öz əllərimlə yemək bişirim;barmaqlarını yeyəcəksən "
Ayan"Sən yemək bişirə bilirsən Anar Məlikov? "
Anar"Niyə də olmasın? Burda belə təəccüblənəcək nə var? "
Ayan"Heç qəribə gəldi niyəsə"
Anar"Keç içəri sənə əsl yemək necə bişirilir öyrədim "
Ayan"hah, çox bilirsən sən"
Anar'Mərcə girərəm ki,bu dediklərinə peşman olacaqsan'
Ayan"Görəcəyik "

Səlim görüş yerinə çatıb Sevdanı gözləyirdi. Biraz sonra uzaqdan gəldiyini görüb özünə çəkidüzən vermişdi. Sevda asta addımlarla masaya yaxınlaşın eynəyini gözündən çıxarmışdı.

Sevda"Xoşgördük Səlim "
Səlim"Salam,xoşgəldin. Buyur otur'
Sevda"Səninlə çox vacib bir məsələ haqqında danışmalıyam"
Səlim"Vacib məsələ? Buyur görək"
Sevda"Bax, Səlim. Anar sənin yaxın dostundu, onu bizdən çox sən yaxşı tanıyırsan.Bilmirəm keçən gecə olanlardan xəbərin var yoxsa yox amma Anar Ayanı durduq yerə öpdü...Ayan mənim üçün çox dəyərlidi, bacım qədər sevirəm. O çox saf, təmizqəlbli biridi. Sevgi deyilən şey ona yaddı. İstəmirəm kimsə ona boş yerə ümid verib üzsün, Anar bildiyim qədəri ilə hələ də Gülşəni unutmayıb, Ayana qarşı bir şey hiss etmirsə onu qısqanmağı,öpməyi düzgün deyil"
Səlim"Sonuna qədər haqlısan Sevda. Anar sərt, kobud olsa belə çox yaxşı biridi. Onunla bu barədə danışmışam, açığı Ayana qarşı bir şeylər hiss etdiyini mən də sezmişəm amma o bunu inkar edir"
Sevda"Bura gəlməkdə səbəbimdə budur ki,Ayan səhər tezdən Anarla görüşməli idi. Amma indiyə qədər ikisindən də xəbər yoxdu çox narahatam"
Səlim"Görüşəcəklərindən xəbərim var idi,dünən Anarın yanındaydım onlar telefonla danışanda. Ağlıma bir yer gəlir əslində..Amma Bakıdan uzaqdı, 3-4 saatlıq yolumuz var"
Sevda"Eybi yoxdu, qalx gedək lütfən. Çox narahatam"
Səlim"Yaxşı, maşınım restoranın yanındadı min gedək. Sənə söz verdiyim kitablarda ordadı "
Sevda"Təşəkkür edirəm, gedək vaxt itirməyək "

Anar və Ayan birlikdə vaxtın necə keçdiyini hiss etməmişdilər belə. Anar pizza bişirir Ayan isə ona kömək edirdi. Bütün mətbəxt, Ayanın saçları, Anarın sifəti un içində qalmışdı.Anar xəmirin üstündəki ləvazimatlara mayonez və ketçup əlavə edərək bişməsi üçün qızdırıcı sobaya qoymuşdu. Üzünə qondurduğu gülüşlə əllərini bir-birinə çırpıb "bu qədər"demişdi.

Ayan"Nə yaxşı ev belə təmizdi, Həm də mətbəxtə hər cür ləvazimat var"
Anar"Tez-tez gəlib baş çəkirəm bura, beynimi sakitləşdirmək üçün əla məkandı "
Ayan"Doğrudan e,təxmin etməliydim. Yəqin tək gecəliklərini bura gətirirsən işlərini həll etmək üçün"
Anar"Nə oldu? qısqandın Ayan xanım? "
Ayan"Yox, sənin nəyini qısqanım ,özün bilərsən "
Anar"Narahat olma, bura gətirdiyim tək qız sənsən. 2 il öncə aldım bu evi. Gülşəni itirdikdən sonra hər şey üstümə gəlirdi sanki, burda hər kəsdən uzaqda xatirələrimlə boğuşurdum "
Ayan"Başın sağolsun. Siz onunla necə tanış olmuşdunuz? "demişdi ki,Anarın gözlərinin dolduğunu görüb peşman olmuşdu.
Ayan"Bağışla ,səni üzmək istəmirdim "
Anar"Üzr istəniləcək bir şey yoxdu.Onunla univesitetdə tanış olmuşduq.Qrup yoldaşı idik.Onu tanıyan gündən aşiq olmuşdum. Çox yaxşı, gözəl insan idi.Ailəsi yox idi, körpə vaxtından yetimxanada böyümüşdü.Həyatın ən sərt şilləsini yemişdi həyatı dərk edəndən. Kirayədə qalırdı, pulunu güclə ödəyirdi.Pul təklif etsəkdə qəbul eləməyib xadiməlik edib ev pulunu ödəyirdi..Ailəm başda razı olsalarda sonradan bilinməyən səbəbdən Onu istəməmişdilər.Tam hər şeyi yoluna qoyub xoşbəxtliyə doğru addım atırdıq ki,o lənətə gəlmiş qəza onu, məhəbbətimi alıb apardı məndən "
Ayan"ağlama"deyərək Anara sarılmışdı.Anarın hal-hazırda buna ehtiyacı vardı. Ayanı qucaqlayaraq için-için ağlayırdı.Kim deyib ki,kişilər ağlmaz deyə? Məgər kişilərdə insan deyil? onlarda ürək yoxdur? Anar özünə gəlib Ayandan ayrılmışdı"yeməyə baxım deyərək ayağa qalxmışdI. Onun hekayəsi Ayanı çox təsirləndirmişdi.Anar yeməyi böyük boşqaba qoyaraq ortaya gətirmişdi. Dilimlərə ayıraraq ilk öncə Ayana yedirtmişdi.
Ayan"Həqiqətən çox ləzzəli imiş əllərinə sağlıq "
Anar"Nuş olsun madmazel. Yeməyini ye sonra uduzduğun mərci yerinə yetir"
Ayan"Yaxşı Anar bəy,söz ağzımızdan çıxdı bir kərə. Nə istəyirsən? "
Anar"Mənimlə şahmat oynayacaqsan "
Ayan'Nə? istəyin bu idi? mən də böyük bir şey istəyəcəksən sandım "
Anar"Oooo, deyəsən Ayan xanım iddialıdı "
Ayan"İndidən məğlubiyyətə hazır ol Məlikov"
Anar"Görəcəyik Ayan xanım "
Yeməklərərini bitirib şahmat taxtasının arxasına əyləşmişdilər. Ayan Anarı udmaqla məşğul idi. Bu an çalınan qapı onların oyununu yarımçıq qoymuşdu. İkisidə bir-birinin üzünə baxa-baxa qalmışdılar. Çünki heç kimi gözləmirdilər.Qapını açanda qarşılarında Sevdayla Səlimi görüb məəttəl qalmışdılar.
Ayan"Sevda?"
Sevda"Sürprizzz.Qızım hardasan sən? insan xəbər edər ən azından'
Anar"Lap yadımdan çıxıb zəng etmək"
Səlim"Içəri dəvət etməyəcəksiniz? narahat etdiksə biz gedək"
Anar"Səlim az giclik elə, keçin içəri"
Sevda"Acından ölürəm, nə qəşəng iy gəlir.Aaaa pizza'demişdi körpə uşaqlar kimi
Ayan"Pis qarınqulu"
Sevda"Ayan səndən çıxmayan iş, çox ləzzətli bişirmisən "
Anar'Axxaxa.onu Ayan yox mən bişirmişəm "
Ayan"Sevda əlimdən çəkəcəyin var"

Norveç...

Taleh"Leyla xanım? "
Gülşən "Gəl Taleh,qapıda qalma"
Taleh"İstədiyiniz araşdırmanı elədik. Heydər Məlikov ən son 1 il öncə bir evin yandırılması barədə əmr verib. Evdə köhnə iş adamı Əli Qasımov və həyat yoldaşı Zemfira xanım yanaraq ölüblər "
Gülşən "Vicdansız alçaq! Başqa nə öyrəndin? "
Taleh"Əli Qasımovun oğlu yanğın zamanı evdə olmadığından sağ qalıb.Amma Əli Qasımov iflas etdiyindən oğlanın əlindəki hər şey satılaraq borca verilib"
Gülşən"Oğlan kimdi? nə işlə məşğuldu? "
Taleh"Adı Kənandı, Kənan Qasımov"
Gülşən"Tez zamanda Bakıya qayıdırıq!O oğlanı tapın mənim üçün. İndi intiqam vaxtıdı Heydər bəy!Etdiyin pisliklərin bir-bir hesabını verəcəksən!


Geri dön

Limon qoxusu

  • 2 noyabr 2017 16:19
  • Məqalə: 143
  • Şərh: 1116
  • Bal:
Hekayə üçün təşəkkür

--------------------

GuNaY_83

  • 27 oktyabr 2017 20:30
  • Məqalə: 283
  • Şərh: 22336
  • Bal:
{awards}
Tewekkurler..

--------------------

Nergiz__Sirinova

  • 15 oktyabr 2017 15:27
  • Məqalə: 578
  • Şərh: 5417
  • Bal:
{awards}
Hekayeye gore tesekkurler.

--------------------

♔Hе важно∞

  • 12 oktyabr 2017 11:17
  • Məqalə: 301
  • Şərh: 1576
  • Bal:
{awards}
sagol hekaye ucun gozellik winked

--------------------

MiSS HaPPy)

  • 11 oktyabr 2017 23:52
  • Məqalə: 198
  • Şərh: 1251
  • Bal:
{awards}
Bu Anarın atası niyə belə işlər edir ki? Qəribədir..çox maraqlı bölüm oldu..çox sağ ol

--------------------


HEÇ BİR OĞLAN TANIŞLIQLA BAĞLI YAZMASIN. YALNIZ SAYTLA BAĞLI SUAL VƏ PROBLEMLƏRƏ GÖRƏ MÜRACİƏT EDƏ BİLƏRSİZ.

Darling

  • 11 oktyabr 2017 20:43
  • Məqalə: 919
  • Şərh: 11507
  • Bal:
{awards}
hekayə üçün sağ ol

--------------------
http://mail.mp3.legend.az/user/imza/http://mail.mp3.legend.az/user/imza/
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 44
Cəmi: 70

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 39
Cəmi: 143
 
The Shield
Xəbərləri: 36
Cəmi: 296
 
Darling
Xəbərləri: 34
Cəmi: 919
 
aytc.sza
Xəbərləri: 25
Cəmi: 72
 
Nergiz__Sirinova
Xəbərləri: 18
Cəmi: 578
 
❤Queen❤
Xəbərləri: 13
Cəmi: 72
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
♔Hе важно∞
Xəbərləri: 12
Cəmi: 301
 
Jesicca
Xəbərləri: 12
Cəmi: 53
 
AyliN BunyaminovA
Xəbərləri: 6
Cəmi: 488
 
 
{slinks}